Məhkəmə qərarları › İş №2(012)-1200/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1200/2022

27.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1200/2022 27.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş 23.11.2020-ci il tarixli 008359 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 500 manat pul vəsaitinin onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, o, vergi ödəyicisi kimi qeydiyyatdan keçsə də, qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacın mənzil abunəçisi kimi qeydə alındığını hesab etmişdir. Bu səbəbdən də, məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı-abunəçi İddiaçı qeyri-əhali qrupuna aiddir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş abunə haqında saldodan və İddiaçı vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçməsi barədə internet çıxarışından da, bu, açıq şəkildə görünür. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Bu səbəbdən də, sözügedən iş mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki işin aidiyyəti üzrə göndərilməsi zərurəti müəyyən edildiyindən, baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materiallarında olan: -E-taxes.gov.az saytından çıxarılmış məlumatdan görünür ki, İddiaçı ********** Vöen nömrəsi ilə AZ500 ünvan 1 ünvanına qeydiyyata alınmışdır. -Azərişıq ASC-nin 23.11.2020-ci il tarixli 008359 saylı aktından və 15.12.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, X3 məxsus Abşeron rayonu Xırdalan-Masazır qəsəbəsi ünvanında yerləşən ərzaq mağazasına çöl tərəfdə 220 v-luq sayğaca baxış zamanı EEİQ-ya uyğun olaraq sayğacın giriş-çıxış qriflərinin əridiyi, işlədicilərin şəbəkəyə birbaşa qoşulduğu müəyyən edilmiş və sayğacın yenisi ilə əvəz edildiyi qərara alınmışdır. -Abunə haqqında saldodan görünür ki, abunə kodu **********4 olan X3 məxsus Abşeron rayonu Masazır qəsəbəsi Yol altı 1 ünvanında yerləşən ərzaq mağazasına quraşdırılmış sayğaca cəmi 1490 manat cərimə hesablanmışdır. Mülki Prosessual Məcəllənin: 1.1. maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 24.2. maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki iş materiallarından göründüyü kimi, hazırki iş üzrə İddiaçı vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərişıq ASC-nin 23.11.2020-ci il tarixli 008359 saylı aktına və 15.12.2020-ci il tarixli icra vərəqəsinə əsasən, X3 məxsus Abşeron rayonu Xırdalan-Masazır qəsəbəsi ünvanında yerləşən ərzaq mağazasına çöl tərəfdə 220 v-luq sayğaca baxış zamanı EEİQ-ya uyğun olaraq sayğacın giriş-çıxış qriflərinin əridiyi, işlədicilərin şəbəkəyə birbaşa qoşulduğu müəyyən edilmiş və sayğacın yenisi ilə əvəz edildiyi qərara alınmış, abunə haqqında saldoya görə isə sözügedən ərzaq mağazasına quraşdırılmış sayğaca cəmi 1490 manat cərimə hesablanmışdır. Həmin sənədlərdən göründüyü kimi, qeyd olunan iddia tələbi əsasında iddiaçının silinməsini tələb etdiyi cərimə cavabdehin nümayəndələri tərəfindən onun sahibkarlıq fəaliyyətinə görə yazılmış, həmçinin, iddia tələbi ilə sahibkarlıq fəaliyyəti arasında bağlılıq olduğundan, hazırki mülki iş kommersiya mübahisələrinə aiddir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 4 nömrəli Qərarına əsasən, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

24. Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədləri, qanunvericiliyin tələblərini və Ali Məhkəmənin Plenum Qərarlarını nəzərə alıb hesab edir ki, hazırki mülki işdə subyektiv tərkibinə görə iddiaçı vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçdiyindən, tərəflər arasında olan münasibətlər iddiaçının qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə aid olduğundan, həmçinin, iddia tələbi predmetinə görə də iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan mülki işə ümumi icraat qaydasında deyil, kommersiya məhkəməsində baxılmalı, bu səbəbdən də hazırki mülki iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar