Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1201/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən abonent kodu **********58140 olan ev ona məxsusdur. 2018-ci ilin noyabr ayında Cavabdehn nümayəndələri tərəfindən onun yaşadığı ünvana baxış keçirilərək guya sayğacdan kənar boru aşkarlayıblar. Cavabdeh iddia etdiyi həmin boru işlək vəziyyətdə olmayıb yeni qaz sayğacının quraşdırıldığı zaman qaz paylayıcıdan aralanmışdır. O, təbii qazdan istifadəyə görə yaranmış borcları hər ay kartla ödəmişdir. Buna baxmayaraq Cavabdeh əməkdaşları tərəfindən 28.11.2018-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur və aktda qeyd olunmuşdur ki, guya o aktı imzalamaqdan imtina etmişdir. Tərtib olunmuş aktdan ümumiyyətlə xəbəri olmamışdır. Aktda qeyd olunmuşdur ki, sayğacdan kənar qoşulma aşkar olunmuşdur. Onun indiyə qədər təbii qazla istifadəyə görə yaranmış borcla hər hansı mübahisəsi olmamışdır. O istehlakçı olaraq üzərinə düşən öhdəliyi yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcu ödəmişdir. O və onun ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə və ya sayğacdan kənar qoşulma olunmamışdır. İş materiallarında olan Cavabdeh İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının BRQSD-nin görəcəyi işlər barədə tələblər” adlı sənəddən görünür ki, ******* №li akta əsasən itirilmiş qazın bərpası üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 972 manat (4860 m3 x 0,20 manat = 972 manat) məbləğində borc ondan tələb edilir. X2 isə bu borc məbləği 1177.2 manat göstərilmişdir. Onun bu borcdan təqribən bir müddət öncə smart karta pul yükləyərkən kartının blok olunduğunu bildikdən sonra xəbərdar olmuşdur. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin mübahisələndirilən akt tərtib olunarkən istehlakçı tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı olduğu halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”n tələblərinə zidd araq, ona aid olan ünvana qazın verilməsi davam etdirilmişdir ki, bu da mübahisələndirilən aktın əsassız olması qənaətini qaçılmaz edir. Mübahisələndirilən aktın qanuniliyini və əsaslı olaraq tərtib edilməsini sübut etmə öhdəliyi həmin aktı qəbul edən orqanın üzərinə düşür. Əgər onun tərəfdən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma olmuşdursa ünvanına qazın verilməsi nə üçün davam etdirilmişdir? Qazın verilişinin dayandırılmaması belə bir halın yəni, sayğacdan kənar qoşulmanın olmaması deməkdir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiiq olunmuş “Qazdan istifadə Qaydaları’nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz, qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bu səbəbdən də Abşeron rayonu, Saray qəsəbəsində yerləşən abonent kodu **********58140 ev üzrə Cavabdeh İB tərəfindən ona hesablanmış 1177.2 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh 15.04.2021-ci il tarixdə iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddia tam əsassızdır və bu səbəbdən də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011 -ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş ‘‘Qazdan istifadə Qaydaları"nın (bundan sonra Qaydalar) 4.1 bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacı quraşdırılmışdır. Bildiririk ki, 28.11.2018-cu il tarixdə istehlakçının (iddiaçının) qaz syğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, İddiaçı sayğacdan kənar qaz xətti vasitəsi ilə təbii qazdan qeyri-qanuni olaraq istifadə edir. Faktla bağlı verində 2 (iki) ədəd fotoşəkil çəkilmiş və fotoşəkillərdə əvani surətdə istehlakçının (iddiaçının) sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi görünməkdədir. Bununla əlaqədar Birliyin əməkdaşları tərəfindən həmin tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.11.2018-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta müvafiq olaraq itirilmiş təbii qazın bərpası üzrə tələblər müəyyən edilmiş, tələblərə əsasən istehlakçının (iddiaçının) qaz işlədiçilərindən PQ 4-ün (dörd gözlü qaz plitəsi) maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3 /saat orta günlük iş rejimi 18 saat və 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq aşağıdakı nəticə əldə edilmişdir: 1 . 2 x 6 x 90=648 m3, 2.6 x 18x90=4212 m3, 648 m3 + 4212m3 = 4860 m3 4860 m3 x 0,10 manat = 486 manat. Göründüyü kimi İddiaçı hesablanmış dəymiş ziyan məbləği iddia ərizəsində qeyd edildiyi kimi 972 manat deyil 486 (dörd yüz səksən altı) manat təşkil edir. İstehlakçının istifadəsində olan qaz cihazlarının sərfiyyatına uyğun hesabat aparılmış dəyəri ödənilməyən qazın həcmi müəyyən edilmiş və istehlakçıdan qeyri-qanuni istifadə etdiyi qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edilənlərin əsası yoxdur. Hər bir İstehlakçı "Qazdan istifadə Qaydaları”nın tələbinə uyğun olaraq qazdan istifadə etməli və istifadə etdiyi qazın dəyərini tam ödəməlidir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011 -ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələbinə əməl edilməmiş mövcud qanunvericilik kobud şəkildə pozulmuş və dövlət əmlakı talanmışdır. Odur ki qeyd edilənlərə əsasən iddia tələbinin əsassız olduğunu nəzərər alıb iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında verilən etirazı müdafiə edərək iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.11.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, baxış keçirilən zaman istehlakçı İddiaçı adına olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında, İtron 1702AZ**********25 nömrəli sayğacda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar olunub . Aktda dəymiş ziyanın hesablanması tələb olunmuşdur. -Bakı Regional Qaz Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının hesabatından görünür ki, istehlakçı İddiaçı, ünvanı Abşeron rayonu, Saray qəsəbəsi, abonent kodu **********058140 dəymiş ziyanın bərpasına əsas 28.11.2018-ci il tarixli, ******* №-li Akt, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış (cəmi: 4860 m3) məbləğ ödənilməsi barədə qərar qəbul edilmişdir. -Abonent saldosundan görünür ki, abonent kodu **********58140 olan, ailə tərkibi 1 nəfər olan İddiaçı- Abşeron rayonu, Saray qəsəbəsi ünvanında 28.11.2017-ci il tarixdə Smart G-4 İtron Diafraqma tipli, 1702AZ**********25 nömrəli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), abonentin borcu 486 manat hesablanmışdır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən verilmiş vəsiqənin surətindən surətindən görünür ki, Əsədov X1 rayonu, Sarayu qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, ev 107 ünvanında qeydiyyatdadır və 2 (ikinci) dərəcəli (Qarabağ müharibəsi) əlildir. İş materiallarında olan Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.11.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, 1702AZ**********25 nömrəli sayğacda təbii qazdan qanunsuz istifadə edilməsi aşkar müəyyən edilmişdir. Həmin aktdan göründüyü kimi, abonentin qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir və bu akta əlavə edilmiş şəkillərlə də öz təsdiqini tapır. Həmin akta əsasən Bakı Regional Qaz Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının hesabatında abonentin müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4860 m3 qaz sərfiyyatı olduğu qənaətinə gəlmişlər. Məhkəmə həmin hesabatla razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar»ın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qərarın 3.1.3. bəndinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profılaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu qərarın 3.1.7. bəndinə əsasən isə qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin qərarın 4.8. bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Eyni zamanda bu qərarın 5.2. bəndinə əsasən isə Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Sayğacın smart tipli olduğunu, onun mərkəzdən idarə olunduğunu, ona nəzarət edilməli olduğunu, borc yarandıqda kartı bloklamak mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb bir başa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarınm tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Göründüyü kimi «Qazdan istifadə Qaydaları»na əsasən qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı və abonentə üç ay əvvələ qaz sərfiyyatı hesablanmazdı. Ona görə də məhkəmə abonent barəsinə tərtib edilmiş Aktı əsaslı hesab edərək qeyd edir ki, aktdan və fotoşəkillərdən iddiaçının sayğacdan kənar qoşulmasını öz təsdiqini tapır, lakin ona hesablanmış qaz sərfiyyatı əsaslı olmadığından həmin sərfiyyat əvvəlki 3 ay müddətlə deyil 1 aylıq müddət götürülməklə hesablanmalıdır. Məhkəmə sərfiyyatın hesablamasının sadə riyazi üsulla mümkünlüyünü nəzərə alaraq göstərilən qaydada hesablayır (4860 m3 :3 aya =1620m3; 1620m3 x 0.10 qəpik=162 manat) və göstərilən məbləğin bu formada hesablanmasını işin tez və ədalətli həlli hesab edir. Eyni zamanda iddiaçının adına olan ödəniş cədvəlinin kompüter çıxarışından görünür ki, iddiaçının 2019-cu il tarixinə 1177.2 manat borcu vardır. Məhkəmə hesab edir ki, hazırda hesablanmış 162 manat əsas tutulmalı, iddiaçının 1177.2 borcu qismən silinərək 162 manat məbləğində borc məbləği saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 77-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında quraşdırılmış abonent kodu **********058140 olan qaz sayğacına görə 28.11.2018-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 1177.2 manat borc məbləği qismən silinərək 162 manat məbləğində borc məbləği saxlanılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin; 217.4. mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 218.3. mаddəsinə əsаsən hаkim işdə iştirаk еdən şəхslərin vеrdiyi tələblər üzrə qətnаmə çıхаrır. Lаkin hаkim qаnundа göstərilən müstəsnа hаllаrdа iddiа tələblərindən kənаrа çıха bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Saray qəsəbəsi - ünvanında quraşdırılmış abonent kodu **********058140 olan qaz sayğacına görə 28.11.2018-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 1177.2 (min yüz yetmiş yeddi manat iyirmi qəpik) manat borc məbləği qismən silinsin və 162 (yüz altmış iki) manat məbləğində borc məbləği saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-1201/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1201/2021
19.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver