Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-121/2022 23.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Əlisəftər oğluna qarşı qeyri-qanuni tikintinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əlisəftər oğluna qarşı qeyri-qanuni tikintinin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona aid olan ərazidə, yəni evinin darvazasının sol tərəfində tikilən qeyri-qanuni tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25.04.2019-cu il tarixindən qeydiyyat nömrəsi ********** saylı nömrəyə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində tək iddiaçı qeydiyyatdadır. Lakin, həyat yoldaşı, oğlu, gəlini və nəvələri onunla yaşayırlar. Evinin texniki pasportu da vardır. 2020-ci ilin dekabr ayının əvvəllərində səhər yuxudan qalxıb evdən çıxarkən, darvazanın sol tərəfində çox miqdarda inşaat materiallarınının töküldüyünü görmüş və hiddətlənmişdir. Məlum olmuşdur ki, bu materialları onun evinin qarşısına Höküməli qəsəbə sakini Cavabdeh adlı şəxs gətirmişdir. Söhbət əsnasında ona bildirmişdir ki, əlində tikili üçün heç bir sənədi yoxdur, amma tikəcək və onu bu işdən heç kim çəkindirə bilməz. Bu yolla vətəndaş heç kimə tabe olmadan qanunsuz olaraq tikinti başlatmış və hal-hazırda bitirmək üzrədir. Dəfələrlə 102 xidmətinə xəbər versə də, heç bir nəticəsi olmamışdır. 13.01.2021-də Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin, əks tərəf Cavabdeh müxtəlif bəhanələr gətirərək polis idarəsinə gəlməmiş, eyni zamanda yanvar ayında Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinə də yazılı müraciət etmişdir, lakin ordan da heç bir müsbət cavab ala bilməmişdir. Oradakı ərizə yanvarın 11-i, 151 saylı nömrə ilə dəftərxanadan qeydiyyatdan keçmiş, ancaq müvafiq tədbirlər görülməmişdir. Vətəndaş tərəfindən özbaşınalıq davam edir, heç kimə tabe olmur və dövlət qurumlarına qarşı saymamazlıq edir. İddiaçının 65 yaşı var, yoldaşı diabet xəstəsidir, hər gün bu söz-söhbət onun səhhətinə mənfi təsir edir. Artıq bir aydır evlərində narahatçılıq vardır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə prosesində iştirak edən İddiaçı iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verdi, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Əlisəftər oğlu əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və təmin edilməməısini məhkəməədən xahiş etmişdir, sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25.04.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 23.04.2017-ci il tarixli **********08-10301 reyestr nömrəli texniki pasportun surətindən müəyyən olunur ki, ünvan 2 ünvanı İddiaçı mülkiyyətindədir. Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin 05.02.2015-ci il tarixli, 2(012)-54/2015 saylı qətnaməsindən görünür ki, X4, X3, Cavabdeh Əlisəttər oğlunun, X1, X9 və X5 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilmiş, X8, X6, Cavabdeh Əlisəttər oğlu, X2, X12 və X5 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, iddiaçı X13 həmin evə köçürülməsi qət olunmuşdur. Mülki iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 07.04.2021-ci il tarixli məktubdan görünür ki, qeyd edilən torpaq sahəsində aparılan tikinti işinin inşasına heç bir icazə sənədi verilməmişdir. Dəfələrlə tədbir görülməsinə baxmayaraq tikinti işini davam etdirirlər. Əlavə olaraq qanunsuz tikililərin sökülməsi və dayandırılması üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Abşeron rayon Polis İdarəsinə 26 yanvar 2021-ci il tarixli, 6/X/82 nömrəli məktub ünvanlanmışdır. ünvan 5rardadı ilə iş üzrə məhkəmə inşaat-texniki ekspertizası təyin edilmişdir. İşin materiallarında olan Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2022-ci il tarixli 10/165 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.008490 ha torpaq sahəsinin küçəyə çıxış hissəsində darvazadan təqribən 2,8 metr aralıda Cavabdeh Əlisəftər oğlu tərəfindən inşa edilmiş yarımtikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 20-ci maddəsinin (Ərazi planlaşdırılması sənədləri) 20.2-ci bəndinin və ərazidə aparılmış tikinti işlərinə dair hər- hansı bir icazə sənədləri olmadığı üçün həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Sözügedən qanunsuz tikilinin iddiaçının həmin evdən istifadəsinə hər hansı bir maneçiliyinin olub-olmamasının aydınlaşdırılması subyektiv məsələ olduğundan, məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı ona məxsus evin darvazasının sol tərəfində cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparıldığını, tikililərin onun hesabına sökülməsini xahiş edir. İş üzrə ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.008490 ha torpaq sahəsinin küçəyə çıxış hissəsində darvazadan təqribən 2,8 metr aralıda Cavabdeh Əlisəftər oğlu tərəfindən inşa edilmiş yarımtikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 20-ci maddəsinin (Ərazi planlaşdırılması sənədləri) 20.2-ci bəndinin və ərazidə aparılmış tikinti işlərinə dair hər- hansı bir icazə sənədləri olmadığı üçün həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Sözügedən qanunsuz tikilinin iddiaçının həmin evdən istifadəsinə hər hansı bir maneçiliyinin olub-olmaması ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindeh tərəfindən aparılmış tikintinin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin hər hansı sənədi yoxdur, aparılan tikinti özbaşına tikilidir, küçəyə çıxış hissəsində darvazadan təqribən 2,8 metrməsafədə olmaqla iddiaçıının torpaq sahəsinin hasar divarınında yaxınlığındadır,tikinti aparılan torpaq sahəsi isə təqdim olunan foto şəkillərdən də göründüyü kimi iddiaçının evindən küçəyə çixarkən ümumi istifadədə olan torpaq sahəsidir ki, oradan ümumi istifadə həm iddiaçıya, həm də qonçuluqda olan digər şəxslərə aiddiar.Belə yerlərdə hər hansı tikintiinin aparılması isə yolverilməzdir. Beləliklə, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25.04.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin darvazasının sol tərəfində Cavabdeh Əlisəftər oğlu tərəfindən inşa edilmiş özbaşına tikili onun öz vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Eyni zamanda iş üzrə 50 manat məbləğində ekspertiza xərci vardır ki, iddia təmin edildiyindən həmin məbləğ cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25.04.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin darvazasının sol tərəfində Cavabdeh Əlisəftər oğlu tərəfindən inşa edilmiş özbaşına tikili onun öz vəsaiti hesabına sökülsün. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaiti Cavabdeh Əlisəftər oğlundan tutularaq İddiaçı ödənilsin. Cavabdeh Əlisəftər oğlundan 50 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-121/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-121/2022
23.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver