Məhkəmə qərarları › İş №2(012)-1215/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1215/2023

14.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1215/2023 14.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın ləğv edilməsi və ona hesablanmış sayğaca dair 342,70 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu: **********24800 olan qaz sayğacı ona məxsusdur. Qeyd edir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh əməkdaşları tərəfindən onun mənzilinin sayğacına onun iştirakı olmadan baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı sayğacın mənfiyə getməsi müəyyən olunmuş və bununla əlaqədar müvəqqəti olaraq, yeni sayğac verilənədək köhnə sayğac quraşdırılmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı tərtib edilmiş ******* nömrəli akta əsasən G-4 markalı 1502AZ**********79 nömrəli sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilərək təbii qaz itkisinin yaranması və yeni sayğacla əvəz edilməsi müəyyən olunmuşdur. Qeyd edir ki, həmin akt əsassız yerə tərtib olunmuşdur. Belə ki, o, Cavabdeh özünün quraşdırdığı qaz sayğacından heç bir müdaxilə etmədən istifadə etmişdir. Həmin aşkarlanmış nöqsanın onunla heç bir əlaqəsi yoxdur. İtirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın onun adına yazılması qanunsuzdur və əsassızdır. Ümumiyyətlə bu barədə məlumatı olmamışdır və sayğaca baxış keçirilərkən bununla bağlı ona xəbərdarlıq edilməmişdir. Hal-hazırda səhhətiylə bağlı problemlər yaşadığım üçün əməliyyat olunmalıdır. Onun ailə vəziyyəti çox çətindir. Cavabdeh tərəfindən əsassız olaraq onun adına yazılmış 342,70 manat cərimə borcunun silinməsi ilə bağlı müraciət etsə də, cavabdeh qurumdan bugünədək ona bununla bağlı heç bir cavab verilməmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, sayğac başqasıyla əvəz olunmuşdur. xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə abonent İddiaçı 486 manat borc yaranmışdır. Akta əsasən, qaz sayğacının plastmas borusunun deşildiyi müəyyən edilmişdir. Odur ki, o, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********24800 olan sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********24800 saylı abunə kodu üzrə sərf olunan təbii qaza görə abonentin 486 manat borcu yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********24800) xx.xx.2019-cu il tarixli, ******* saylı akt tərtib edilərək 486 manat cərimə hesablanmışdır. Lakin İddiaçı 342,70 manat borcun silinməsini tələb etdiyindən məhkəmə hesab edir ki, məhkəmə iddia tələbi çərçivəsində iddia ərizəsinə qiymət verməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X3 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın istehlakçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 342,70 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan əlavə işin faktiki hallarından görünür ki, sayğacın daxilində olan plastmas borunun deşilmiş vəziyyətdə olması barədə xx.xx.2019-cu il tarixli, ******* saylı aktın tərtib edilməsinə əsas laboratoriyaya rəyi olmuş və qeyd olunan akt yalnız sayğacdakı qüsurla bağlı olan halı müəyyən etdiyindən, məhkəmə iddia tələbinin xx.xx.2019-cu il tarixli, ******* saylı aktın ləğv olunması hissəsinin təmin olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********24800 olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə hesablanmış 342,70 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar