Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1216/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASCtərəfindən (abonent kodu **********00009) itirilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi üçün tərtib edilmiş aktın (NDM 020565) və akt əsasında yazılmış 350 (üç yüz əlli) manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 nömrəli fərdi yaşayış evi onun mülkiyyətindədir. O, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır 16 noyabr 2020-ci ildə cavabdehin Nəzarət Departamentinin əməkdaşları onun mülkiyyətində olan evə məxsus elektrik sayğacına baxış keçirərək 020565 nömrəli akt tərtib etmiş, sayğacın işləmədiyi müəyyən edilmişdir. Sayğac hesablama mexanizmi rəqəmləri dəyişmədiyindən sökülərək yenisi ilə əvəzlənməsi və laboratoriya şəraitində rəy verilməsi kimi qeydlər aparılmışdır. İddiaçı akta etiraz edərək imzalamamış, sayğaca heç bir müdaxilənin olunmadığını və dövlət möhürünün sayğacın üzərində olduğunu əməkdaşların nəzərinə çatdırmışdır. Onlar isə iddiaçıya bildirmişlər ki, o, cərimələnəcəkdir. Sayğac yenisi ilə əvəz edilmişdir. Əvvəlki sayğacın yoxlanılması nəticəsində müəyyən edilmişdir ki, sayğacın dövlət möhürü normaldır, sayğac daxili qüsur nəticəsində işləmir, istifadəyə yararsızdır. Sayğacın daxili qüsuru nəticəsində işləməməsində o, məsuliyyət daşımır. Buna dair hər hansı sübut yoxdur. Əslində cavabdehin əməkdaşlarının səhlənkarlqıları nəticəsində sayğaca nəzarət etməmələri ucbatından qüsur vaxtında aşkar edilməmişdir. İddiaçı "xxxx" ASC- tərəfindən (abonent kodu **********00009) itirilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi üçün tərtib edilmiş aktın (NDM 020565) və akt əsasında yazılmış 350 (üç yüz əlli) manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi və eyni zamanda bildirdi ki, işıq sayğacı onun yaşayış evindən kənarında küçə hissəsində qəfəslikdə quraşdırılmışdır.Azərişıq tərəfindən tərtib edilmiş Aktdan xəbəri olmamışdır. Cavabdeh «Azərişıq” ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, 3 ayda bir dəfə texniki baxış keçirilir. Nəzarətçi hər ay sərfiyyatı qeyd edir və sayğaca nəzarət edir. İddiaçıya məxsus sayğacın hesablama mexanizmi işlək olmamışdır. Lakin daxili qüsura görə abonent məsuliyyət daşımır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - **********00009 abonent kodlu elektrik sayğacına baxış zamanı tərtib edilmiş NDM 020565 nömrəli 16 noyabr 2020-ci il tarixli aktda qeyd olunur ki, EEİQ-na uyğun baxış keçirərkən elektrik sayğacının işləmədiyi, sayğacın hesablama mexanizmi rəqəmləri dəyişmədiyi müəyyənləşmişdir. Akt əsasında 347.45 manat borcun olması qərara alınmışdır. - Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında 23 noyabr 2020-ci il tarixli Protokoldan görünür ki, Abunə kodu **********00009 olan sayğac daxili qüsur nəticəsində işləmir, istismara yararsızdır. - RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reystrindən çıxarışdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. - 04 dekabr 2020-ci il tarixli xəbərdarlıq bildirişində **********00009 abonent kodlu elektrik sayğacında 363.23 manat borc olduğu qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik sayğacında daxili qüsur nəticəsində işləmədiyi, istismara yararsız olduğu aşkar edilmiş, 347.45 manat borc müəyyən edilmişdir. İddiaçı hesab edir ki, borc əsassızdır. Əsas olmadan sözügedən borc məbləğinin yazılması iddiaçını məhkəməyə müraciət edilməsi ilə nəticələnmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 7.17-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdirilməsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.13-cü bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə görə məsuliyyət daşıyır. Eyni Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparılır. Mülki Məcəllənin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə baxışında aktda qeyd olunan 347.45 manat məbləğində cərimənin hesablanmasının əsasları iddiaçı tərəfindən mübahisələndirilmiş, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Belə ki, “Elektrik enerjisindən istifadə qaydaları”na uyğun olaraq elektirik sayğacı evdən və mənzildən kənar qəfəslikdə quraşdırılır. Belə olan halda həmin sayğaca iddiaçı tərəfindən müdaxilə olunması ağılabatan deyildir. Müdaxilə belə olsa cavabdeh tərəfindən müdaxilənin abonent tərəfindən edilməsini sübut edən hər hansı dəlillər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh yalnız istinad etdiyi sübut Azərişığın əməkdaşları tərəfindən tərtib edilmiş NDM 020565 nömrəli 16 noyabr 2020-ci il tarixli aktdır ki, həmin akt tədiqiq edilərkən görünür ki, aktın tərtibatı qüsurludur. Akt hər hansı bir faktın sənədləşdirilməsi üçün tərtib olunur. Akt tərtib edilərkən işdə maraqlı olmayan ən azı iki hal şahidlərinin iştirakı ilə tərtib edilir və aktın düzgünlüyü onların imzaları ilə təsdiq edilir. Azərişığın əməkdaşları tərəfindən iddiaçıya tərtib edilmiş Aktda isə hal şahidlərinin imzaları yoxdur və abonentin iştirakı təmin edilməmişdir. Ona görə də akt əsaslı hesab edilə bilməz. Eyni zamanda aktda göstərilənlər nəzərə alınsa belə akta əsasən elektrik sayğacının işləmədiyi, sayğacın hesablama mexanizmi rəqəmləri dəyişmədiyi müəyyənləşmişdir. Yəni sayğacda olan qüsurun daxili qüsur olduğu surğucunun bütövlüyünün pozulmadığı göstərilmişdir. Sayğaçın daxili qüsuruna görə isə abonent məsuliyyət daşıya bilməz. Bunu cavabdeh də izahatında təsdiq etmişdir. Azərbaycan Respublikası MPM-nin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda şərh edilənlənlərə əsasən abonent İddiaçı, qeydiyyatsız abonent kimi tərtib olunmuş akta əsasən hesablanmış ümumilikdə 347.45 manat borcu ödəməyə görə məsuliyyət daşımır. Ona görə də iddia əsaslı olduğundan təmin edilməlidir. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş NDM 020565 nömrəli 16 noyabr 2020-ci il tarixli akt ləğv edilsin, abonent kodu **********00009 üçün İddiaçı ünvanına akt əsasında yazılmış 347.45 (üç yüz qırx yeddi manat qırx beş qəpik) manat cərimə borcu silinsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-1216/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1216/2021
19.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver