Məhkəmə qərarları › İş №2(012)-1217/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1217/2020

30.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1217/2020 30.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 nümayəndəsi və vəkili-Abşeron rayon Vəkil Bürosunun vəkili X20 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X19 cavabdehlər Cavabdeh və İddiaçı MMC-yə qarşı “əqdin etibarsız sayılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X30 cavabdehlər Cavabdeh və İddiaçı MMC-yə qarşı “əqdin etibarsız sayılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizələri ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə baxışı zamanı X22 mübahisə predmeti barəsində (iddiaçının tələbi üzrə) müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh “xxxx” MMC-nin ünvan 1 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2ci blokunda 8-ci mərtəbəsində ümumi sahəsi 85 kvadratmetr olan 109 saylı mənzilin tikilib cavabdehə verilməsini nəzərdə tutulub, xx xxxxxx 2010-cu il tarixli müqavilə və guya cavabdehin həmin mənzilə görə “xxxx” MMC-yə 34.000 manatı pul ödəməsi barədə maliyyə arayışı verib. Lakin Abşeron rayon İcra Hakimiyyətinin 2226 saylı xx xxxxxxxx 2017-ci il tarixli məktubundan və Azərbaycan Respublikası Baş Prokuroru yanında X13 İdarəsinin ********* saylı xx xxxxxxxx 2017-ci il tarixli məktubunu aldıqdan sonra iddiaçıya məlum olub ki, əslində “xxxx” MMC tərəfindən cavabdehin adına mübahisəli mənzilə dair xx xxxxxx 2010-cu il tarixli müqavilə və maliyyə arayışı qanunsuz olaraq verilib. Belə ki, Cavabdeh “xxxx” MMC-yə bir manat da olsun pul ödəməyib. İddiaçı Abşeron rayon İcra Hakimiyyətinin 2226 saylı xx xxxxxxxx 2017-ci il tarixli məktubunu və Azərbaycan Respublikası Baş Prokuroru yanında X13 iarəsinin ********* saylı xx xxxxxxxx 2017-ci il tarixli məktubunu aldıqdan sonra ona məlum olub ki, Cavabdeh onun adına yazılmış mübahisəli mənzilə görə “xxxx” MMC-yə pul ödəməyib. Cavabdeh mənzil üçün pul ödəmədiyindən, müqavilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında X13 İdarəsində aparılan cinayət işində zərərçəkmiş qismində tanınmamışdır. Cavabdeh X23 ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X30 tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə xx xxxx 2008-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq onun Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa etdiyi 14 mərtəbəli binanın 2-ci girişi, 8-ci mərtəbə, 109 nömrəli, 2 otaqlı, 85 kv.m olan mənzilini almışdır. Buna görə o, MMC-nin hesabına 30.600 manat pul ödəmişdir. MMC tərəfindən ona müqavilə və maliyyə arayışı verilmişdir. Hazırda ona məlum olmuşdur ki, ona satılmış mənzilə dair ondan sonra Cavabdeh adına müqavilə yazılmışdır. Həmin mənzilin Orxana satılması qanunsuz olmuşdur. Müqavilə və maliyyə arayışından görünür ki, guya o, müqaviləni MMC-nin direktoru X28 ilə bağlamışdır. Halbuki, Qasım Məmmədov 2010-cu ildə MMC-nin direktoru olmamışdır. Belə ki, xx xxxxxx 2009-cu il tarixdə Qasım Məmmədov MMC-ni X2. Həmin tarixdən də Qasım Məmmədovun rəhbər kimi səlahiyyətlərinə xitam verilmişdir. Yəni, Cavabdeh əlində olan müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Ona görə də bu müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa əlində olan Baş Prokuror yanında X13 Baş İdarəsinin məktubundan görünür ki, Cavabdeh və digər bir neçə şəxsin yaşayış və qeyri-yaşayış sahələri almaları ilə bağlı cəmiyyətə pul ödəmələri kifayət qədər təsdiq olunmadığına görə onlar iş üzrə zərərçəkən qismində tanınmamışlar. “xxxx”-nin hüquqi varisi olan İddiaçı MMC həmin mənzilin ona aid olmasını təsdiq edir, lakin Cavabdeh həmin mənzilə olan müqaviləsi onun həmin mənzildən istifadə etməyinə imkan vermir. Ona görə də Cavabdeh müqaviləsi məhkəmə tərəfindən etibarsız sayılmalıdır. Cavabdeh ilə “xxxx” MMC arasında sonuncunun ünvan 2 ünvanında inşa etdiyi 14 mərtəbəli binanın 2-ci girişi, 8-ci mərtəbə, 109 nömrəli, 2 otaqlı, 85 kv.m olan mənzilinə dair bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının iddia tələbinə dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(012)- 957/2013 nömrəli mülki iş üzrə qətnaməsi ilə iddiaçılar X25, Cavabdeh, X11 və X10 cavabdeh “xxxx” MMC-yə qarşı “öhdəliyin icra edilməsi“ tələbinə dair iddia tələbləri təmin edilmişdir. İddiaçı MMC (əvvəl “xxxx” MMC adlanırdı) həmin məhkəmə qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş və hər bir halda Abşeron Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(012)-957/2013 nömrəli mülki iş üzrə qətnaməsi dəyişdirilməmiş qüvvədə saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(012)-957/2013 saylı mülki iş üzrə qətnaməsi hüquqi qüvvəyə minmişdir. xx xxxx 2013-cü il tarixdə verilmiş icra vərəqəsi icra edilərək mənzil istifadəsinə və sahibliyinə verilərək icra sənədi üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq İddiaçı MMC 4 ildən sonra, yəni 2017-ci ildə (iddia ərizəsində tarix göstərilməmişdir) ona qarşı “əqdin etibarsız sayılmasına” dair iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir və iddia ərizəsi icraata qəbul edilmişdir. Mübahisə predmeti olan mənzil, yəni ünvan 3 ünvanda inşa edilmiş 14 mərtəbəli yaşayış binasının 2-ci blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 85 kv.m olan 109 saylı mənzili üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Abşeron Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(012)- 957/2013 nömrəli mülki iş uzrə qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən İddiaçı MMC-nin ona qarşı “əqdin etibarsız hesab edilməsi”nə dair iddia ərizəsi yolverilməzdir. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən həmin hallarda iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili-Abşeron rayon Vəkil Bürosunun vəkili X15 iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, mənzil xx xxxx 2008-ci il tarixli müqavilə əsasında X1. Mənzilə dair digər müqavilə xx xxxxxx 2010-cu il tarixdə Cavabdeh adına yazılsa da, onun tərəfindən müqavilə üzrə pul köçürülməmişdir. Prokurorluqda bununla bağlı araşdırma da aparılmışdır. “Rəşid R” firması ilə problem olduğuna görə Cavabdeh ilə müqavilə bağlanmışdır ki, qapı-pəncərə məsələsi həll edilsin. Real müqavilə yalnız X30 ilə bağlanmışdır. X30 dəfələrlə müraciət etmiş, lakin mənzilin hazır olmadığı, hazır olanda təhvil veriləcəyi bildirilmişdir. “Rəşid R” firması müqaviləni Qasım Məmmədovla bağlamış, mənzilləri satmışdır ki, pulu ilə qapı-pəncərə qoyulsun. Qasım Məmmədov mənzilləri firmanın adından verməmişdir, ona görə o, həbs olunmuşdur. İddiaçı, üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X15 məhkəməyə ərizə təqdim edərək iddia tələbini müdafiə etdiyini, üçüncü şəxs X19 iddiası isə qəbul etdiyini, üzrlü səbəbdən növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş, onun iştirakı olmadan işə baxılmasını və qərar qəbul edərkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə almışdır. Məhkəmə iclasında hər iki iddia üzrə Cavabdeh nümayəndəsi X11 iddia tələblərini qəbul etməyərək yazılı etirazda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, 2010-cu ildən mübahisəli mənzili almışlar. Bu illər ərzində mənzilin X3 barədə heç bir məlumat olmamışdır, indi hardan meydana çıxmışdır, bu, saxtakarlıqdır. Bundan başqa, o, neçə illərdir ki, məhkəmələrdədir, iddiaçının nümayəndəsinin izahatında göstərdiyi “Rəşid R” firmasının adı hallanmamışdır. X34 müqavilə bağlamışlar. Yoldaşı onun gözünün qabağında ödəniş etmişdir. Korrupsiya idarəsinə gedə bilməmişlər, yoldaşı xəstə olmuşdur. Sonra gedəndə isə məhkəməyə müraciət olunmasını demişlər. Mənzil məhkəmə qərarına əsasən ona verilmiş, o, mənzilə qapı qoymuş, bağlayaraq gəlmişdir. İndi isə yenidən iddia qaldırılmışdır. İddiaçının və üçüncü şəxsin iddialarının rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 nümayəndəsi və vəkili X31 iddia tələbini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, müqavilənin və maliyyə arayışının əsilləri onun özündədir. Mənzil özünün olduğuna görə X30 mənzilin ona təhvil verilməsini gözləmişdir. Belə ki, hər dəfə şifahi maraqlandıqca mənzilin hazır olmadığı, hazırlanıb təhvil verilcəyi bildirilmişdir. Yalnız tərəflərindən İddiaçı MMC-yə ünvanlanmış rəsmi məktuba cavabdan məlum olmuşdur ki, mənzil X5 başqa şəxsə, yəni Cavabdeh satılmışdır. Ona görə hesab edirlər ki, həmin şəxslə bağlanmış müqavilə etibarsız hesab edilməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən X22 məhkəmə iclaslarına gəlməmiş, bunun üzrlü səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını, müvafiq sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməli, üçüncü şəxsin iddia tələbi isə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -“xxxx” MMC-nin (İcraçı) sədri X28 ilə Cavabdeh (Payçı) arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqavilədən görünür ki, “İcraçı” ünvan 5 ünvanında tikilən 9 girişli, 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, mərtəbə 8-də, 109 nömrəli mənzili “Payçıya” verməyi öhdəsinə götürür. Mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 85 kv.m-dir, mənzil üçün hər kvadratmetrinin dəyəri 400 manat olmaqla ümumi dəyəri 34.000 manat təşkil edir; -Abşeron Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(012)-957/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, “xxxx” MMC-nin üzərinə xx xxxxxx 2010-cu il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbədə sahəsi 85 kv.m olan 109 saylı mənzilinin Cavabdeh təhvil verilməsi; xx xxxxxx 2010-cu il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 9-cu mərtəbədə sahəsi 85 kv.m olan 112 saylı mənzilinin X9 təhvil verilməsi; xx xxxxxx 2011-ci il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 6-cı mərtəbədə sahəsi 85 kv.m olan 96 saylı mənzilinin X12 təhvil verilməsi; xx xxxxxx 2010-cu il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 13-cü mərtəbədə sahəsi 85 kv.m olan 132 saylı mənzilinin X17 təhvil verilməsi öhdəliklərini yerinə yetirmək vəzifəsi qoyulmuşdur; -Abşeron Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 8(012)-339/2014 nömrəli qərardadının surətindən görünür ki, izah olunmuşdur ki, “xxxx” MMC-nin adının dəyişdirilib İddiaçı MMC olması ilə əlaqədar Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(012)-196/2009 nömrəli, xx xxxxxx 2011-ci il tarixli 2(012)-1643/2011 nömrəli, xx xxxxxx 2012-ci il tarixli 2(012)-1522/2012 nömrəli və xx xxx 2013-cü il tarixli 2(012)-957/2013 nömrəli qətnamələrinin icrası ilə əlaqədar tələblər İddiaçı MMC-yə yönəldilməlidir; -Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(85)- 3826/2017 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh, X25, X21 və X7 iddiaları təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(012)-957/2013 nömrəli qətnaməsi üzrə icra hərəkətlərinin davam etdirilməsi öhdəliyi Abşeron rayon icra şöbəsinin üzərinə qoyulmuşdur; -Azərbaycan Respublikası Baş prokuroru yanında X13 Baş İdarəsinin İstintaq idarəsinin xx xxxxxxxx 2017-ci il tarixli ********* nömrəli məktubundan görünür ki, “xxxx” MMC-nin keçmiş direktoru Qasım Məmmədovun Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaqı tamamlanıb məhkəməyə göndərilmiş ********* nömrəli və hazırda istintaqı davam etdirilən ********* nömrəli cinayət işləri üzrə topalanmış istintaq maaterialları ilə həmin cəmiyyətin keçmiş direktoru Qasım Məmmədov cəmiyyətin digər vəzifəli şəxsləri tərəfindən Cavabdeh və qeyrilərinin yaşayış və qeyri-yaşayış sahəsinin satılması adı ilə aldadılaraq əmlaklarının ələ keçirilməsi və sonuncuların mənzil və qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı şəxsən, Rəşad Məmmədov və qeyriləri vasitəsi ilə cəmiyyətə pul ödəmələri kifayət qədər təsdiq olunmadığına görə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışlar; -Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən xx xxxxxx 2016-cı il tarixə olan çıxarışının surətindən görünür ki, xx xxxxxx 2003-cü il tarixdə qeydiyyata alınmış İddiaçı MMC-nin təsisçiləri X32 - 50% və X8r - 50%; -Hüquqi şəxsin nizamnamə kapitalındakı payının hüquq və vəzifələrin alqı-satqısına dair xx xxxxxx 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, X28 (satıcı) X32 (alıcı) arasında bağlanmış həmin müqaviləyə əsasən satıcı Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Bakı şəhəri X4 Hüququ şəxslərin qeydiyyatı idarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə **********079300 saylı reyestrdən (əvvəlki dövlət qeydiyyatı 0103-P34-38844) çıxarışa əsasən “xxxx” MMC-dəki hüquq, vəzifələrini, nizamnamə kapitalını alıcıya 5000 manata satmışdır. Alıcı da həmin qiymətə almışdır. “xxxx” MMC-dəki hüquq, vəzifələr, nizamnamə kapitalı alqı-satqı müqaviləsinə kimi qeydə alınan bütün yazılı öhdəliklər satıcıya, alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra isə alıcıya aiddir; -Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli **********643600 nömrəli məktubunun surətindən görünür ki, dövlət reyestrində “xxxx” MMC-nin (VÖEN **********) xx.xx.2003-cü il tarixdə 0103-P34-38844 nömrə ilə dövlət qeydiyyatından keçməsi, təsisçilərin xx.xx.2013-cü il tarixli qərarı ilə adının İddiaçı MMCyə dəyişdirilməsi, X18 xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Cəmiyyətin rəhbəri olması barədə məlumat mövcuddur; -“xxxx” MMC-nin (İcraçı) sədri X28 ilə X30 (Payçı) arasında bağlanmış xx xxxx 2008ci il tarixli müqavilədən görünür ki, “İcraçı” ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 109 nömrəli mənzili “Payçı”ya verməyi öhdəsinə götürür. Mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 85 kv.m-dir, mənzil üçün hər kvadratmetrinin dəyəri 360 manat olmaqla ümumi dəyəri 30.600 manat təşkil edir; -Müqavilədə müvafiq qaydada təsdiq edilərək aparılmış qeydiyyatdan və xx xxxx 2008-ci il tarixli 00417 nömrəli kassa mədaxil orderindən görünür ki, X30 mənzilə görə müqavilə üzrə müəyyən edilmiş 30.600 manat pulu xx xxxx 2008-ci il tarixdə “xxxx” MMCyə ödəmişdir; -İddiaçı MMC-nin nümayəndəsinin X26 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 8/76 nömrəli məktubundan görünür ki, o, 30.600 manat ödəməklə “xxxx” MMC ilə xx xxxx 2008ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa edilmiş 14 mərtəbəli binanın 2-ci girişi, 8-ci mərtəbə, 109 nömrəli, 2 otaqlı, 85 kv.m olan mənzili almışdır. Lakin “xxxx” MMC-nin rəhbəri Qasım Məmmədovun haqqında cinayət işi qaldırıldığından mənzil ona təhvil verilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, ona satılmış mənzillə bağlı sonradan Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi ev 7, mənzil 34-də qeydiyyatda olan Cavabdeh adına da müqavilə yazılmışdır. Bu səbəbdən də mənzilin ona təhvil verilməsi prosesi gecikir. Əlavə olaraq qeyd olunur ki, İddiaçı MMC tərəfindən Abşeron Rayon Məhkəməsində Cavabdeh qarşı “əqdin etibarsızlığı” barədə iddia qaldırılmışdır, məhkəmənin yekun aktı barədə ona məlumat veriləcəkdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC-nin (İcraçı) sədri X28 ilə X30 (Payçı) arasında bağlanmış xx xxxx 2008-ci il tarixli müqaviləyə əsasən “İcraçı” ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 109 nömrəli mənzili “Payçı”ya verməyi öhdəsinə götürmüşdür. xx xxxx 2008-ci il tarixli 00417 nömrəli kassa mədaxil orderinə əsasən X30 mənzilə görə müqavilə üzrə müəyyən edilmiş 30.600 manat pulu xx xxxx 2008-ci il tarixdə “xxxx” MMC-yə ödəmişdir. Bundan sonra, “xxxx” MMC-nin (İcraçı) sədri X28 ilə Cavabdeh (Payçı) arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqaviləyə əsasən “İcraçı” ünvan 5 ünvanında tikilən 9 girişli, 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, mərtəbə 8-də, 109 nömrəli mənzili “Payçıya” verməyi öhdəsinə götürmüşdür. Hazırda müqavilə tərəfləri hər iki müqavilənin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmışlar. Məhkəmə İddiaçı MMC-nin iddia tələbinə münasibətdə qeyd edir ki, etibarsız sayılması tələb edilən xx xxxxxx 2010-cu il tarixli müqavilə təsisçilərin xx xxxx 2013-cü il tarixli qərarı ilə adı İddiaçı MMC-yə dəyişdirilmiş “xxxx” MMC-nin (İcraçı) sədri X28 ilə Cavabdeh (Payçı) arasında bağlanmışdır, həmin müqaviləyə əsasən “İcraçı” ünvan 5 ünvanında tikilən 9 girişli, 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, mərtəbə 8-də, 2 otaqdan ibarət, ümumi sahəsi 85 kv.m, hər kvadratmetrinin dəyəri 400 manat olmaqla ümumi dəyəri 34.000 manat təşkil edən 109 nömrəli mənzili “Payçıya” verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin etibarsız sayılması ilə bağlı həmin iddia xx xxxxxxxx 2017-ci il tarixdə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki qanunvericiliyə görə, istinad olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, faktiki olaraq kəsici müddətdir. Belə olan halda, həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər isə iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən olunmuş halda həmin müddət uzadıla bilər. Məlumdur ki, mənzilə dair ikinci, xx xxxxxx 2010-cu il tarixli müqavilə onun tikintisini başa çatdırıb Cavabdeh təhvil vermək öhdəliyini üzərinə götürmüş İddiaçı MMC (əvvəlki “xxxx” MMC) tərəfindən bağlanmışdır, o zaman müqaviləni bağlamış iddiaçı MMC-nin müvafiq səlahiyyətli şəxsləri müqavilənin etibarsız sayılmasına əsas verən halları bilmişlər, başqalarından fərqli olaraq isə hətta bilməli idilər. Çünki, həmin mənzil daha əvvəl, yəni xx xxxx 2008-ci il tarixdə “xxxx” MMCnin (İcraçı) sədri X28 ilə X30 (Payçı) arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti olmuş, buna dair müvafiq qeydiyyat həmin MMC-də aparılmış, müqavilə saxlanılmış və mənzilin pay dəyəri tam olaraq ödənilmişdir. Beləliklə, iddiaçı tərəf xx xxxxxx 2010-cu il tarixli müqavilənin bağlanmasından sonra kəsici müddəti ötürərək həmin müqavilənin etibarsızlığı ilə bağlı yalnız xx xxxxxxxx 2017-ci il tarixdə, 7 ilə yaxın müddət keçdikdən sonra iddia qaldırmışdır. Həmin hal iddia tələbinin ikinci-maliyyə arayışının etibarsız hesab edilməsi hissəsinə də aiddir, əsas sənəd hesab olunan müqavilənin etibarsız hesab olunması barədə iddianın rədd edilməli olduğu halda onun əsasında verilmiş sənədin etibarlılığı məsələsinin müzakirəsinə zərurət qalmır. Bununla da, məhkəmə hesab edir ki, həmin əsasla iddiaçının iddia tələbi ümumilikdə təmin edilməməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X19 iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbəsində, 2 otaqdan ibarət, ümumi sahəsi 85 kv.m olan, hər kvadratmetrinin dəyəri 360 manat olmaqla ümumi dəyəri 30.600 manat təşkil edən 109 nömrəli mənzilin alqı-satqısına dair müqavilə “xxxx” MMC-nin (İcraçı) sədri X28 ilə X30 (Payçı) arasında xx xxxx 2008-ci il tarixdə bağlanmışdır, müqavilənin şərtinə görə “İcraçı” mənzili “Payçı”ya verməyi öhdəsinə götürmüş, “Payçı” isə mənzilin dəyəri kimi müəyyən edilmiş 30.600 manat pulu xx xxxx 2008-ci il tarixli 00417 nömrəli kassa mədaxil orderi əsasında “xxxx” MMC-yə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. X35 Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx xxxxxx 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X14 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla da, üçüncü şəxs X30 həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir, bundan irəli gələrək isə həmin üçüncü şəxs əmlakı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydə aldıraraq sərəncam vermək hüququ əldə etməklə bağlı “qanuni gözləntiyə” malik olmuşdur. Lakin sözügedən mənzilə dair üçüncü şəxs X30 ilə bağlanmış xx xxxx 2008-ci il tarixli müqavilə hal-hazıradək mübahisələndirilmədiyi, etibarsız hesab olunmadığı, qüvvədə olduğu halda, müqavilənin predmeti olan mənzilə dair “xxxx” MMC-nin (İcraçı) sədri X28 ilə Cavabdeh (Payçı) arasında xx xxxxxx 2010-cu il tarixdə alqı-satqı müqaviləsi də bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh fərqli olaraq üçüncü şəxs X30 tərəfindən mənzilin pay dəyərinin ödənilməsini təsdiq edən, mötəbər sübut qismində qəbul ediləcək xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədi, ciddi hesabat blankı mövcuddur. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Baş prokuroru yanında X13 Baş İdarəsinin İstintaq idarəsində “xxxx” MMC-nin keçmiş direktoru Qasım Məmmədovun Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair və hazırda istintaqı davam etdirilən cinayət işləri üzrə topalanmış istintaq maaterialları ilə həmin cəmiyyətin keçmiş direktoru Qasım Məmmədov cəmiyyətin digər vəzifəli şəxsləri tərəfindən Cavabdeh və qeyrilərinin yaşayış və qeyri-yaşayış sahəsinin satılması adı ilə aldadılaraq əmlaklarının ələ keçirilməsi və sonuncuların mənzil və qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı şəxsən və qeyriləri vasitəsi ilə cəmiyyətə pul ödəmələri kifayət qədər təsdiq olunmadığına görə o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Bununla da, Cavabdeh mənzilin pay dəyərinin ödənilməsini təsdiq edən sübutu-maliyyə arayışını təqdim edə bilməməsi və sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasına əsasların müəyyən edilməməsinin özü Cavabdeh ilə bağlanmış müqavilənin etibarsızlığına kifayət qədər dəlalət edir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, üçüncü şəxsin iddiası həmin iddia üzrə cavabdeh, müqavilə tərəfi olan İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında və yazılı ərizəsində iddianı etiraf etmişdir. Mülki qanunvericiliyə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb olan iradə ifadəsidir. Bütün hallarda əqdlər müəyyən hüquqların və vəzifələrin yaranmasının əsasında dayanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli mənzilə dair üçüncü şəxs X30 ilə xx xxxx 2008-ci il tarixdə bağlanmış müqavilə qüvvədə olduğu halda, həmin müqavilənin predmeti olan mənzilə dair Cavabdeh ilə sonradan, xx xxxxxx 2010-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün əsaslar onun bağlandığı andan mövcud olmuşdur. Məhkəmə “xxxx” MMC-nin üzərinə xx xxxxxx 2010-cu il tarixli müqavilə əsasında üzərinə götürdüyü ünvan 1 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 8-ci mərtəbədə sahəsi 85 kv.m olan 109 saylı mənzilinin Cavabdeh təhvil verilməsi öhdəliyini yerinə yetirmək vəzifəsinin qoyulmasına dair Abşeron Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(012)-957/2013 nömrəli qətnaməsi ilə bağlı qeyd edir ki, marağına toxunduğu halda üçüncü şəxs X30 həmin iş üzrə cəlb edilməmiş, işdə işirak edən tərəf olmamışdır, hazırda isə xx xxxxxx 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, həmin qətnamənin mövcud olması müqavilənin etibarsız sayılmasına maneə deyildir. Məhkəmə iclasında müəyyən edilərək təsdiqini tapan işin faktiki halları müqavilənin etibarsız sayılması üçün kifayət qədər tutarlı əsaslardır, ona görə məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiası təmin edilməlidir. Bununla yanaşı, məhkəmə üçüncü şəxsin iddiasında X18 “xxxx” MMC-ni xx xxxxxx 2009-cu il tarixdə X6, həmin tarixdən də Qasım Məmmədovun rəhbər kimi səlahiyyətlərinə xitam verildiyi, bununla da Cavabdeh hazırkı mübahisələndirilən müqaviləni səlahiyyəti olmayan şəxslə bağladığı barədə göstərilənlərə münasibətdə qeyd edir ki, istinad olunan xx xxxxxx 2009-cu il tarixli müqavilə X28 (satıcı) X32 (alıcı) arasında fərdi qaydada bağlanmışdır, notarial qaydada təsdiqlənməmişdir, müqavilənin məhz həmin tarixdə bağlandığına dair mötəbər sübutlar da yoxdur. Nəzərə alınsa ki, həmin müqaviləni sübut qismində qəbul edib qiymətləndirmək olar, belə halda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları rəhbər tutulmalıdır, həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Qanunun 12.1-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Hansı ki, Qasım Məmmədov xx xxxxxx 2009-cu il tarixli müqavilə ilə hüquqi şəxsin nizamnamə kapitalındakı payının hüquq və vəzifələrinin alqı-satqısını Azər Tağıyevin xeyrinə həyata keçirsə də, bu dəyişiklik yuxarıda göstərilən qaydada hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmamışdır. Vergilər Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli məktubunda da qeyd edildiyi kimi, X18 xx xxxxxx 2009-cu il tarixdən xx xxxx 2013-cü il tarixədək “xxxx” MMC-nin (təsisçilərin xx xxxx 2013-cü il tarixli qərarı ilə adı İddiaçı MMCyə dəyişdirilmiş) rəhbəri olması barədə dövlət reyestrində məlumat mövcuddur. Ona görə məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiasında bu barədə irəli sürülən dəlilin əsası yoxdur, həmin hal “xxxx” MMC-nin sədri X28 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməli olmasının əsaslarından biri kimi qəbul edilə bilməz, ona görə nəzərə alınmır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, İddiaçı MMC-nin “cavabdeh X23 ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 iddiası təmin edilməli, ünvan 2 ünvanındakı 14 mərtəbəli binanın 2-ci girişi, 8-ci mərtəbə, 109 nömrəli, 2 otaqlı, 85 kv.m olan mənzilinə dair Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçılar tələb etmədiklərindən, məhkəmə xərclərinə aid olan, iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçıya və üçüncü şəxsə aid edilməlidir. İnsan hüquqlarının və X14 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin “cavabdeh X23 ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 iddiası təmin edilsin. ünvan 2 ünvanındakı 14 mərtəbəli binanın 2-ci girişi, 8-ci mərtəbə, 109 nömrəli, 2 otaqlı, 85 kv.m olan mənzilinə dair Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqavilə etibarsız hesab edilsin. İddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar