Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1219/2023 13.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qaz sayğacının yoxlanılması haqqında Aktın qanunsuz hesab edilməsinə və həmin aktın əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı hesablanmış borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə 13 mart 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı qaz sayğacının yoxlanılması haqqında Aktın qanunsuz hesab edilməsinə və həmin aktın əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii X3nın pozulması haqqında ******* nömrəli akta görə (Abonent kodu: **********00064) onun adına hesablanmış 1641, 60 (min altı yüz qırx bir manat, 60 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Təbii X3nın pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2021-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli və ******* nömrəli xx.xx.2022-ci il tarixli aktlar əsasında (Abonent kodu: **********00064) ümumilikdə onun adına hesablanmış 1641,60 (min altı yüz qırx bir manat, 60 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İlkin iddia üzrə İddiaçı iddia ərizəsinin rədd edilməsi və qarşılıqlı iddia üzrə Cavabdehnə vurulmuş zərərin ümumilikdə 1641.60 (min altı yüz qırx bir manat, altmış qəpik) manat məbləğində və 37,00 (otuz yeddi manat) manat dövlət rüsumuna görə pulun cavabdeh İddiaçı məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təbii X3nın pozulması haqqında ******* nömrəli 03.2022-ci i, tarixli akt əsasında 1641,60 (min altı yüz qırx bir manat, 60 qəpik) manat məbləğində cərimə yazılmışdır. Guya həmin akt tərtib edilən zaman o, akt ilə razılaşmayaraq imza etməkdən imtina etmişdir. Halbuki həmin aktın hansı şəraitdə, nə vaxt tərtib edilməsindən onun xəbəri belə yoxdur. Guya tərtib edilmiş akta və abonentin saldosuna fotoşəkillər əlavə edilmişdir. Halbuki həmin fotoşəkillərdə göstərilən ev, divar və sayğacın şəkilləri onun evinə aid deyildir. Belə ki, mexaniki qaz sayğacının onun evinə quraşdırılması ilə bağlı Azəriqaz İB-nə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə, 14/101557 nömrəli Müqaviləyə əsasən qaz sayğacı quraşdırılmışdır. Lakin həmin gün də köhnə tarix ilə cərimə aktı tərtib edilmişdir. Halbuki mexaniki qaz sayğacının quraşdırılması ilə bağlı Azəriqaz İB-nə özü məlumat vermişdir. Hazırda sərf etdiyi təbii qaza görə ödədiyi pulun 50 %-i cərimə məbləğinə çıxılır. O isə həmin cərimə məbləği ilə qəti şəkildə razı deyildir, hüquqlarının qanun çərçivəsində bərpa olunmasından ötrü və bu ciddi məsələnin məhkəmə vasitəsi ilə araşdırılması üçün hazırkı iddia ərizəsini məhkəməyə ünvanlamışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə abonent İddiaçı (bundan sonra - abonent) arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonent İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00064 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G- 4 markalı qaz sayğacı quraşdırılmışdır. Abonent yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1054,08 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2022ci il tarixli ******* saylı akt əsasında 103,68 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 181,44 manat; cəmi 1641.60 (min altı yüz qırx bir manat, altmış qəpik) manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Abonent tərəfindən Cavabdeh İB-yə ödənilməli borc məbləği abonent Saldosu üzrə hazırda ümumi olaraq 1424.10 (min dörd yüz iyirmi dörd manat on qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək təmin edilməsini, ilk iddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01 iyul 2022-ci il tarixli 14/10/557 №-li Müqavilənin surətindən müəyyən edilir ki, paylayıcı Azəriqaz İBBRQSD-nin rəisi Zamin Mehrəliyev ilə istehlakçı İddiaçı müqavilə bağlamış, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan Cavabdeh Bakı RQSD-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii X3nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlardan müəyyən edilir ki, həmin tarixlərdə Cavabdeh əməkdaşları tərəfindən cavabdeh İddiaçı məxsus ünvanda (abonent kodu: **********00064) qaz sayğacına baxış keçirilən zaman sayğacsız qazdan istifadə edildiyi aşkar olunmuşdur, bununla əlaqədar olaraq istehlakçının iştirakı ilə aktlar tərtib olunmuşdur, lakin istehlakçı akta imza etməkdən imtina etmişdir. Mülki iş materiallarında olan abonentin saldo cədvəlindən müəyyən edilir ki, İddiaçı Cavabdeh İB-yə 2022-ci ilin mart ayından dekabr ayınadək qalıq və aktlar üzrə ümumilikdə 1641,60 manat borcu yaranmışdır, həmin ünvana Tip: Zenner G4T Smart № **********021 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X3”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üçün 1054,08 man., xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üçün 302,40 man., xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üçün 103,68 man. və xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üçün 181,44 man. İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən sayğacsız qazdan istifadə etdiyinə görə cərimə məbləği hesablanmışdır. Məhkəmə hesablanan cərimə borclarından orta hesabla 100 manat cərimə məbləğini orta hesabla götürülmüş məbləğ hesab edərək dörd akt üçün çəmi 400 manat cərimə borcu müəyyən etməli, bu əsasda, ilkin iddia qismən təmin edilərək 1641,60 manat cərimə məbləğinin 1241,60 manat hissəsi silinməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək ilkin iddiaçıdan cavabdeh-qarşılıqlı iddiaçının xeyrinə 400 manat borc məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qarşılıqlı iddia tələbi qismən təmin eildiyindən qarşılıqlı iddia üzrə ödənilmiş 36.42 manat dövlət rüsumunun 15 manat hissəsi ilk iddiaçıdan tutularaq cavabdeh- qarşılıqlı iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. Təbii X3nın pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2021-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli və ******* nömrəli xx.xx.2022-ci il tarixli aktlar əsasında (Abonent kodu: **********00064) ümumilikdə onun adına hesablanmış 1241 (min iki yüz qırx bir) manat məbləğində borc silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Cavabdehnə vurulmuş ümumilikdə 400 (dörd yüz) manat məbləğində zərər və 15 (on beş) manat dövlət rüsumuna görə pul tutularaq iddiaçı Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1219/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1219/2023
13.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver