Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1224/2025 14.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abunə kodu **********03230 olan ünvana 006529 saylı akrt əsasında əsassız hesablanmış 2025 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, elektrik enerjisindən istiadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri də yaşadığı müddətdə ödəmişdir. Azərişıq ASC əməkdaşları tərəfindən ona akt tərtib edilmişdir. Yaşadığı müddət ərzində heç vaxt sayğaca müdaxilə etməmişdir. Bundan əlavə olaraq hər ay nəzarətçi mühəndislər tərəfindən elektrik sayğacı yoxlanır. Əgər elə bir fakt olsaydı sayğac yoxlanılan zaman bu fakt aşkar edilərdi. Hal-hazırda 2164 manat borcu var. Bu borcun 2025 manatı cərimə əsasında yazılmış borc məbləğidir. Ümumilikdə 15 ildir ki, elektrik enerjisindən istifadə edir və heç 15 il müddətində o, 2000 manatlıq enerji işlətməmişdir. Bu necə olurki sayğac hər ay yoxlanılır əgər sayğacda hər hansısa qüsur varsa yaxud hər hansısa qanunsuzluq varsa sayğacı 1 ay əvvəl oxuyan nəzarətçi bunu görməli idi və ona da həmin vaxt akt tərtib etməli idi. Həmçinin müdaxilə faktı olarsa belə sonrakı aylıq sərfiyyatlar nəzərə alınıb hesabat verilməli idi. Ona hesablanan cərimə borcu tamamilə əsassızdır. Bu səbəbə görə məhkəməyə müraciət edir. Həmiçinin 2024-cü ildə "xxxx" ASC tərəfindən akt tərtib edilən zaman inzibati qaydada onlara nəzarət edən orqana da müraciət olunmalı idi. Əgər həqiqətən də müdaxilə yaxud kənar xətt varsa onlarında rəyi nəzərə alınmalı idi. Ona tərtib olunmuş aktda isə qanunun tələblərinə düzgün əməl edilməmişdir. Sayğacda müdaxilə faktı varsa sayğac çıxarılaraq labaratoriyaya göndərilməli və onu da ora təqdim etməli idilər. Labaratoriya yoxlanışına da dəvət edilməmişdir. Bəlkə də sayğaca orada müdaxilə edilib. Onun həqiqətən də sayğaca müdaxilə etməyi barədə heç bir əsaslı sübut yoxdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, bildirdi ki, akt yazılan zaman mübahisəli evdə yaşayış olmayıb və sayğac evdən kənarda quraşdırılmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək, bildirdi ki, sayğaca müdaxilə olunub və bunun əsasında akt tərtib edilərək, cərimə hesablanmışdır. Aktla bağlı heç bir inzibati orqana müraciət edilməmiş və bununla bağlı hər hansı protokol və ya məhkəmə qərarı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: - "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 006529 saylı aktdan görünür ki, abonent kodu **********03230 olan, Abşeron rayonu, Xırdalan şəhərində ünvanında İddiaçı yaşadığı mənzilə E.E.İ.Q-na uyğun olaraq yoxlama zamanı quraşdırılmış elektrik sayğacının üst qapaq örtüyününü gövdəyə bərkidən sağ və sol vintlərin üzərinə vurulmuş möhürə müdaxilə izləri müşahidə edilir və sayğacın dövlət holloqramı möhürü gövdədən aralı vəziyyətdə olması aşkarlanmışdır. - Abonent kodu **********03230 nömrəli, ünvan 2 ünvanında yaşayan İddiaçı saldosundan görünür ki, tərtib edilmiş akt nəticəsində ona xx.xx.2024-cü il tarixdə 2025,92 manat borc yazılmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenergetika haqqında, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 5.3-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi aşağıdakı kimi müəyyən edilir: 5.3.1. hava budaqlanmasında-binada, yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatorda; 5.3.2. kabellə daxil olduqda- binanın, yaşayış evinin və ya mən-zilin girişindəki qidalandırıcı kabelin uclarında. Yaşayış binalarının, yaxud yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonent İddiaçı məxsus elektrik sayğacı yaşayış sahəsindən kənarda quraşdırılmışdır. Belə olan halda o, sayğacın texniki vəziyyətinə və sazlığına görə məsuliyyət daşıya bilməz. Qaydaların 7.13-cü bəndinə əsasən Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş yuxarıda qeyd olunan aktda qüsurlara yol verilmiş, faktı təsdiq edən akt yazılarkən bitərəf olan hal şahidlərinin iştirakı təmin edilməmişdir. Hal şahidlərinin imzasının zəruriliyi ondan ibarətdir ki, akt tərtib edilərkən onu tərtib edənlər özlərinin marağı əsasında deyil, obyektivlik əsasında tərtib etsinlər. Məhkəmə qeyd edir ki, abonentə yazılmış cərimə borcu akta əsasən yazıldığından və akt E.E.İ.Q.-nın tələblərinə uyğun tərtib edilmədiyindən borc da öz növbəsində əsassız hesab edilərək silinməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda şərh edilən işin hallarına əsasən xx.xx.2024-cü il tarixli 006529 saylı aktda göstərilən qüsura görə abonent məsuliyyət daşımır. Ona görə də iddia tələbi təmin edilməli, iddiaçının abunə kodundan silinməsini tələb etdiyi məbləğdən xx.xx.2024-cü il tarixli 006529 saylı akt əsasında yazılan 2025 manat borc silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********03230 saylı abonent kodu üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 006529 saylı akta əsasən İddiaçı hesablanmış 2025 (iki min iyirmi beş) manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-1224/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1224/2025
14.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver