Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1237/2021 05.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə xx xxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-069A KOD 30800118 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş «X1»nın AZE 04542820 seriyalı şəxsiyyət vəsiqəsində qeyd edilən «X2» ilə eyni şəxs olması və sənədin ona məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Namazov X6 rayonu, Novxanı kəndində yerləşən ona və onun ailə üzvlərinə məxsus 0.08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2020-ci il tarixdə ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı JN-069A KOD 30800118 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin ad və ata adında şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad və ata adı ilə kəskin fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-069A KOD 30800118 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə «X1» olaraq göstərildiyi halda, AZE 04542820 seriyalı şəxsiyyət vəsiqəsində «X2» qeyd edilmişdir. Qeyd edilənlərə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş, bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizəsinin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan AZE seriyalı 04542820 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X2 xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Mülki işin materiallarında olan JN-069A KOD 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən edilir ki, 2-ci sırada «X1» olaraq qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli, **********14 №-li məktubdan müəyyən edilir ki, JN-069A KOD 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin ad və ata adında vətəndaşın şəxsiyyət vəsiqəsində göstərilən ad və ata adı ilə kəskin fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-069A KOD 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə «X1» göstərildiyi halda vətəndaşın şəxsiyyət vəsiqəsində «X2» kimi qeyd aşkar olunmuşdur. Bunun üçün də ərizəçi X4 ərizəsinin icrasından imtina edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İHB-nın Novxanı kəndi üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 987 №-li arayışdan müəyyən edilir ki, həqiqətən də, torpağın mülkiyyətə verilməsinə dair JN-069A KOD 30800118 saylı şəhadətnamədə «X1» yazılmışdır. Əslində isə “X2” olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, JN-069A KOD 30800118 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş «X1»nın AZE 04542820 seriyalı şəxsiyyət vəsiqəsində qeyd edilən «X2» ilə eyni şəxs olması hüquqi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-069A KOD 30800118 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş «X1»nın AZE 04542820 seriyalı şəxsiyyət vəsiqəsində qeyd edilən «X2» ilə eyni şəxs olması və JN-069A KOD 30800118 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin həmçinin ona məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1237/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1237/2021
05.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver