Məhkəmə qərarları › İş №2(012)-1237/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1237/2022

01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1237/2022 01.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 01 mart 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-1198A nömrəli şəhadətnamənin (KOD ********) Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi adına Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 1198A nömrəsi şəhadətnamə (KOD ********) verilmişdir. Lakin həmin şəhadətnamədə Ərizəçi adı yanlış olaraq X2 yazılmışdır. Ərizəçinin soyadının səhv yazılmasının səbəbi soyadını dəyişmədiyi halda həyat yoldaşının soyadının yazılması olmuşdur. Ərizəçi həmin torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsinə müraciət etmiş, müraciətə cavab olaraq bildirilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, müraciətə əlavə edilmiş JN-1198A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin soyadı və adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən soyad və ad arasında fərq olduğu aşkar edilmiş, şəhadətnamədə hüquq sahibinin adı “X4” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edilmiş, ona görə də müraciətin təmin edilməsindən imtina edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən verilmiş arayışda da şəhadətnamədə adın və soyadın səhv qeyd edildiyi öz təsdiqini tapmışdır. Göstərilən hallara görə ərizəçi JN-1198A nömrəsi şəhadətnamənin (KOD ********) ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş bildirişdə qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-1198A nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə göstərilən hüquq sahibinin soyadı və adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən soyad və ad arasında fərq oluğu aşkar edilmişdir.Belə ki, JN-1198A nömrəli şəhadətnamədə hüquq sahibi “X4” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd olunmuşdur. Mülki işin materiallarında olan AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1936-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan 17.03.1999-cu il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-1198A, KOD 30800066 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsi sakini X3 Abşeron rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Mülki iş materiallarında olan Digah qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən DƏRX-nin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış 06 yanvar 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Abşeron rayon aqrar islahat komissiyasının Qərarı ilə Digah qəsəbə sakini Ərizəçi adına verilmiş 0.06 ha torpaq sahəsinə dair JN-1198A saylı şəhadətnamədə səhvən onun soyadı və adı X4 yazılmışdır, nəzərə almağınızı xahiş edirik. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə müəyyən olundu ki, 21.12.1997-cİ il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-1198A, KOD 30800066 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət X1 kimi qeyd edilən şəxs xx.xx.1936-cı il tarixdə anadan olmuş Ərizəçi olması müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 21.12.1997-ci il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-1198A, KOD 30800066 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21.12.1997-ci il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-1198A, KOD 30800066 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar