Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1265/2022 12.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə olan mülki işə 12 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada k*AFB Bank5' ASC-nin xeyrinə əsas borc üzrə 2296.65 (iki min iki yüz doxsan altı manat 65 qəpik) manat, 29.12.2021-ci il tarixə faiz borcu üzrə 12.00 (on iki manat 00 qəpik) manat, cəmi 2308.65 (iki min üç yüz səkkiz manat 65 qəpik) manat kredit borcunun və 43.08 (qırx üç manat 08 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 17 oktyabr 2019-cu il tarixli, 1**-HF-***9/1 №-li kredit müqaviləsinə əsasən ona illik 1 (bir) faiz dərəcəsi ilə 2405.83 (iki min dörd yüz beş manat 83 qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun Banka əsas borc üzrə 2296.65 (iki min iki yüz doxsan altı manat 65 qəpik) manat, 29.12.2021-ci il tarixə faiz borcu üzrə 12.00 (on iki manat 00 qəpik) manat, cəmi 2308.65 (iki min üç yüz səkkiz manat 65 qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh2 yuxarıda qeyd olunan Kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onunla Bank arasında 17 oktyabr 2019-cu il tarixli, 101-HFZ-3709/1 №-li Zaminlik müqaviləsi bağlanmışdır. Kredit üzrə borc axırıncı dəfə 06.07.2021-ci il tarixdə cəmi 50 (əlli) manat məbləğində ödənilmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki Cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmlərinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan, 17 oktyabr 2019-cu il tarixli, 1**-HF-***9/1 №li kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1 faiz olmaqla 2405.83 manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə müqavilədə göstərilmiş müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri İddiaçı ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan ödəniş qrafikindən müəyyən edilir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 18.11.2019-cu il tarixdən 17.10.2024-cü il tarixədək hər ay 51.15 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materıallarında olan 29.12.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 17 oktyabr 2019-cu il tarixli, 1**-HF-***9/1 №-li kredit müqaviləsi üzrə əsas borc üzrə 2296.65 (iki min iki yüz doxsan altı manat 65 qəpik) manat, faiz borcu üzrə 12.00 (on iki manat 00 qəpik) manat olmaqla, cəmi 2308.65 (iki min üç yüz səkkiz manat 65 qəpik) manat məbləğində kredit borcu vardır. Mülki iş materiallarında olan bildiriş-xəbərdarlıqdan görünür ki, bank tərəfindən cavabdehlərdən kredit borcunun 3 (üç) iş günü ərzində ödənilməsi tələb olunmuş əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə və 17 oktyabr 2019-cu il tarixli, 101- HFZ-3709/1 №-li Zaminlik müqaviləsinə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçı bank qarşısında, digər cavabdeh olan Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli, 1**-HF-***9/1 №-li kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17 oktyabr 2019-cu il tarixli, 1**-HF-***9/1 №-li kredit müqaviləsi üzrə 2296.65 (iki min iki yüz doxsan altı manat altmış beş qəpik) manat, faiz borcu üzrə 12.00 (on iki manat 00 qəpik) manat olmaqla, cəmi 2308.65 (iki min üç yüz səkkiz manat altmış qəpik) manat məbləğində kredit borcu İddiaçı ASC-yə qaytarmalıdır. Azərbaycan Respublikası 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 43.08 (qırx üç manat 08 qəpik) manat pul Cavabdeh1 alınaraq İddiaçı ASCnə ödənilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216- 220, 227 və 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət e t d i: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli, 1**-HF-***9/1 №-li kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2296.65 (iki min iki yüz doxsan altı manat altmış beş qəpik) manat, faiz borcu üzrə 12.00 (on iki manat 00 qəpik) manat olmaqla, cəmi 2308.65 (iki min üç yüz səkkiz manat altmış qəpik) manat məbləğində kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 43.08 (qırx üç manat 08 qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1265/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1265/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver