Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1266/2022 17.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X3 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Azəriqaz İB-yə vurulmuş 758.35 manat dəymiş zərər və 30 manat ödənilmiş dövlət rüsumu əvəzi olmaqla, ümumilikdə 788.35 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X: Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi X8 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə abonent Cavabdeh arasında 03.04.2020-ci il tarixində 14/1109 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etməkdədir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00231 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində 27.04.2020-ci il tarixdə Natek Enerji G-4 mexanika tipli, 40014175 nömrəli qaz sayğacı quraşdırılmışdır. 1) Lakin hələ müqavilə bağlanmazdan əvvəl cavabdeh qurğu sahibindən icazəsiz digər qurğudan qaz almış, iddiaçıya məxsus olan qaz xətti şəbəkəsinə özbaşına qoşulmaqla X11 qaydalarını pozmuş, eyni zamanda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq məsuliyyəti yaranmışdır. Həmin maddəyə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. "Azəriqaz” İB-nin əməkdaşları cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması fakt aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “X11 qaydalarının pozulması haqqında” 30.04.2020-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Cavabdeh tərəfindən sayğacdan kənar qaz xəttinə qeyri-qanuni qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “X11 qaydalarının pozulması haqqında” tərtib edilmiş 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında hesablama aparılaraq “Dəymiş ziyanın bərpasına dair” tələbnamə üzrə 259.20 manat miqdarında maddi ziyan hesablanmışdır. 2) Cavabdeh həmçinin «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.1 (qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir) və 2.3.5.-ci bəndinin (təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir) tələblərini pozmuş, 40014175 saylı mexaniki sayğacın göstəriciləri üzrə 04/2020-11/2021 müddəti üzrə yaranmış 532.90 manat borcunu da tam ödəməmişdir. Beləliklə, 06.01.2022-ci il tarixə istehlakçı Cavabdeh İddiaçı İB-yə borcu: (259.20 manat (akt üzrə borc) + 532.90 manat (sərfiyyat borcu)+ 21.25 manat (limitdən artıq istifadəyə görə yaranan borc) - 55 manat (ödəniş) = 758.35 manat təşkil edir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı və müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, cavabdeh tərəfindən az miqdarda ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azəriqaz İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 03.04.2020-ci il tarixli, 14/1109 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -30.04.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh yaşadığı evə baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız X11 etməsi aşkar olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Azəriqaz İB-nin 30.04.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 2592 m3 ödənilməsi, sayğacdan kənar qeyriqanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Əsas olaraq 30.04.2020-ci il tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********00231 olan, Cavabdeh adına olan abonent saldosundan görünür ki, ünvan 2i ünvanında 27.04.2020-ci il tarixdə Natek Enerji G4 Mexanika tipli 40014175 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1) abonentin aktlara əsasən 2020-ci ilə aid olan borcu 259.20 manat, qaz sərfinə görə isə 2020-ci il üçün ödənilməmiş 120.60 manat, 2021-ci il üçün 412.30 manat, yeni tarifə keçidlə əlaqədar olaraq 21.25 manat olmaqla cəmi 813.35 manat hesablanmışdır. Həmin borc məbləğindən abonent 2020-ci il tarixdə 35 manat, 2021-ci il tarixdə 20 manat olmaqla cəmi 55 manat ödəniş etmişdir. Beləliklə də, abonentin 758.35 manat (813.35-55=758.35) borcu hesablanmışdır. -Mədaxil qəbzindən görünür ki, Azəriqaz İB tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 08.10.2021-ci il tarixli arayışdan görünür ki, Elxanov X9 rayonu Hökməli qəsəbə ərazi dairəsi Hökməli qəsəbəsi Xaqani küçəsi 21 saylı evdə qeydiyyatdadır. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Elxanov X6 İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla 03.04.2020-ci il tarixli, 14/1109 saylı müqavilə əsasında fasiləsiz X11 etmişdir. Həmin ünvana Azəriqaz İB tərəfindən **********00231 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Natek Enerji markalı, G-4 Mexanika tipli, 40014175 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qaz xəttinə qeyri-qanuni qoşulduğuna görə ona akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. Ziyan hesablanarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən X11 qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları əsas götürülmüşdür. Cavabdeh onunla bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və ona X11yə görə tərtib olunmuş akt əsasında 758.35 manat dəymiş ziyan hesablanmışdır. X3 Bakı Regional Qazın Satışı Departamentinin X11 qaydalarının pozulması haqqında 30.04.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı sayğacdan əvvəl qeydiyyatsız olmaqla təbii qazdan qeyri-qanuni istifadə etdiyindən X11 qaydalarını pozmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Borclu Cavabdeh onunla bağlanılmış 03.04.2020-ci il tarixli, 14/1109 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçının bu müqavilənin və Qazdan istifadə Qaydalarının tələblərinə əməl etməsi onun vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin Əhalinin X11 üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında Fərmanın 9-cu bəndində qeyd olunur ki, X7 təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Fərmanın 3.10-cu bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən fıziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq); 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, X3 Bakı Regional Qazın Satışı Departamentinin X11 qaydalarının pozulması haqqında 30.04.2020-ci il tarixli ******* saylı akta əsasən istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində təbii qazın uçotu və X11 Qaydalarına riayət olunması yoxlanılmış və sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, Cavabdeh onunla bağlanılmış Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun mülki iş materiallarına əlavə olunmuş abonent saldosuna əsasən 758.35 manat borcu yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən X11 qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları əsas götürülmüşdür. Beləliklə, Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirib, qanunun tələblərini rəhbər tutub hesab edir ki, iddia ərizəsi təmin edilməli, X3 30.04.2020-ci il tarixli ******* saylı aktına əsasən abonentə hesablanmış 758.35 manat (259.2+120.6+412.3+21.55-55=758.35) pul vəsaiti Cavabdeh tutularaq X5 ödənilməlidir. Bundan başqa iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin olunduğundan iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. X1 istifadə qaydalarının pozulması haqqında aktına əsasən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 758.35 (yeddi yüz əlli səkkiz manat otuz beş qəpik) manat dəymiş ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu X3 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1266/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1266/2022
17.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver