Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1271/2025 08.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi və artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00990 olan sayğaca qanunsuz olaraq hesablanmış 3576,96 manat məbləğində cərimə borcunun silinməsi və kartla ödəniş etdiyi zaman tutulmuş 380,50 manat pul vəsaitinin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00990 olan qaz sayğacından istifadə edir. Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə ona məxsus abonent kodu **********00990 olan sayğaca xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2023-cü il tarixdə ******* nömrəli və xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktlar tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamədə Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanması barədə xx.xx.2019-cu il tarixli, 29/1710- 01643-2 №-li aktına əsasən G-4 markalı, 1702AZ**********81 №-li sayğacın hesablama mexanizminin qoruyucu örtüyü sınaraq gövdədən qopub, gövdəsi əzilib və informasiyanın və göstəricinin oxunması mümkün olmaması; xx.xx.2023-cü il tarixli tələbnamədə Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, 29/1710-04594-1 №-li aktına əsasən G-4 markalı, **********9 №-li sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı sınıq olması, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması; xx.xx.2023-cü il tarixli tələbnamədə Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-4561-Q001 №-li aktına əsasən G-4 markalı, **********550 №-li sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd edilmişdir. Barəsində əsassız olaraq tərtib edilmiş aktlara əsasən itirilmiş 29808 m3 qaza görə ümumilikdə, 3576,96 manat məbləğində cərimənin ödənilməsi öhdəsinə qoyulmuşdur. Qeyd edir ki, sayğaca baxış keçirilərkən və aktlar tərtib olunarkən ona və ailə üzvlərinə heç bir xəbərdarlıq edilməmiş, nə rəsmi, nə də şifahi olaraq rəsmi məlumat verilmişdir. Həmin aktlarda göstərilən nöqsanlar tamamilə əsassızdır. Sayğaca o və ailə üzvləri heç vaxt müdaxilə etməmiş, ümumiyyətlə, toxunmamışdırlar. Onlar tərəfindən sayğacdan kənar xətdən istifadə edilməmişdir. Qeyd edir ki, Cavabdeh İB-nin əməkdaşları onun icazəsi olmadan sayğacı söküb aparmışdırlar. Sayğac fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmışdır. Hər gün ətrafından yüzlərlə insan keçir, çöldə quraşdırılmış sayğacın təhlükəsizliyinə və texniki nasazlığına görə o, hər hansı bir məsuliyyət daşımır. Cavabdeh İB onun yaşadığı ünvan 1i belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Demək olar ki, yaşadığı ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. Əlavə olaraq qeyd edir ki, ilk dəfə sayğacda nasazlıq olduqda o, Cavabdeh İB-nin əməkdaşlarını çağırmış, ikinci dəfə avtomobil sayğaca dəydiyi üçün sayğac gövdədən ayrılmış, bu səbəbdən o, Cavabdeh İB-yə müraciət etmiş, üçüncü dəfə sayğac qoyulduqdan bir həftə sonra cavabdeh təşkilatın nümayəndəsi ona sayğacın deşik olduğunu bildirmişdir. Cavabdehnə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı şifahi olaraq müraciət etsə də idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bütün bu qeyd etdiklərinə əsasən o, məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən o, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019cu il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********00990) sayğaca baxış keçirilən zaman MSK-29/1710- 01643-2 saylı rəyə əsasən 1702AZ**********81 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün sınaraq gövdədən qopduğu və gövdəsinin əzildiyi aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********00990) sayğaca baxış keçirilən zaman MSK-29/1710- 04594-1 saylı rəyə əsasən **********9 nömrəli sayğacın hesablama mexanizminin açıq vəziyyətdə olduğu və sərfi qeyd etmədiyi aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********00990) sayğaca baxış keçirilən zaman MSK-14-2-2/3- 5-4561-Q001 saylı rəyə əsasən **********550 nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********00990) sayğaca baxış keçirilən zaman sayğacda nöqsan aşkar edilmiş, qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 6480 m3 hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********00990) sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan 28 fevral 2025-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00990) xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1555,20 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1555,20 manat və xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 777,60 manat məbləğində borc hesablanmışdır və hazırda İddiaçı qalıq və aktlar üzrə 3888 manat borcu vardır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar ilə yanaşı xx.xx.2019-cu il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar əsasında hesablanmış 3576,96 manat məbləğində cərimə borcunun silinməsini xahiş etsə də iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00990) xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1555,20 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1555,20 manat və xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 777,60 manat məbləğində borc hesablanmışdır və hazırda İddiaçı qalıq və aktlar üzrə 3888 manat borcu vardır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X1 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə cavabdeh təşkilat məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinin əsassız olduğuna dair mülahizə və ya etiraz göndərməmiş,həmçinin sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddiaçı ünvan 1ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından iddiaçı tərəfindən silinməsi tələb edilən 3576,96 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan başqa iddiaçı iddia ərizəsində kartla ödəniş edildiyi zaman tutulmuş 380,50 manat məbləğində pul vəsaitinin Cavabdeh İB tərəfindən ona qaytarılmasını xahiş etsə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından rədd edilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 55,77 (əlli beş manat, yetmiş yeddi qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı (abonent kodu: **********00990) ünvan 1ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə hesablanmış 3576,96 manat cərimə silinsin. İddia tələbi kartla ödəniş edildiyi zaman tutulmuş 380,50 manat məbləğində pul vəsaitinin Cavabdeh İB tərəfindən ona qaytarılması hissəsində rədd edilsin. Cavabdehndən 55,77 (əlli beş manat, yetmiş yeddi qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1271/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1271/2025
08.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver