Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1284/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Ərizəçi, Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 14.12.1970-ci il tarixdə anadan olmuş X6 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 14.12.1970-ci il tarixdə anadan olmuş X14 aldığı xəsarətdən fəaliyyət qabliyyətsiz olmuşdur. Fəaliyyət qabliyyətsiz olduğu üçün onun himayəsində yaşayır, ona özü qulluq edir. Qardaşı aldığı xəsarət nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə psixiatrik ekspertiza mərkəzinin psixiatrik və psixoloji ekspertizasının 13.11.2020-ci il tarixli 2259 saylı rəyinə əsasən qardaşı fəaliyyət qabliyyətsiz hesab olunmuşdur. Həmin sənədə əsasən xəstəyə qulluq lazımdır və əmək qabliyyətini itirmişdir. Qardaşı əqli cəhətdən hərəkətlərinin mənasını başa düşmür. Heç bir hərəkəti şüurlu deyil və hüquqi baxımdan heç bir hərəkətini başa düşmür. Onun üzərində qəyyum olmadığı üçün pensiyasının alınmasında və lazımi sənədləri düzəltməkdə onun əvəzindən idarə və təşkilatlarda çətinlik çəkir, tez-tez problemlıər yaşayır. Ona görə də hesab edir ki, qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs, Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X2 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2. maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron RPŞ tərəfindən 31.10.2013-cü ildə verilmiş AZE № 13896918 nömrəli vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 14.12.1970-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. -AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Orucova X9 rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində qeydiyyatdadır. -4 nömrəli MTİİTS tərəfindən 11.12.2020-ci il tarixdə verilmiş 5845 və 5846 №-li arayışlardan görünür ki, Ərizəçi və X3 rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, S.Bəhlulzadə küçəsi, dalan 1, ev 25A ünvanında qeydiyyatdır. -Abşeron rayon ZAQS bürosu tərəfindən 30.01.1959-cu ildə verilmiş AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1969-cu ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, atası X10, anası X12r. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən 05.08.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, 1970-ci il təvəllüdlü Əli Cəfərov sol arxa-yuxarı təpə payında kottikosubkortikal lokalizasiyada 29x12 mm ölçülü, ətrafında ödem sahəsi olan, sol yan mədəciyin arxa şaxəsində uzanan hematoma qeyd olunur. Yan mədəciklərin arxa şaxələrndə qan yığıntısı qeyd olunur. Arxa kəllə çuxurunda, arxa yarımkürələrarası yarıq və sol yuxarı təpə nahiyəsində subaraxnoidal qansızma qeyd olunur. Ol təpə sümüyündə -25 mm sümük defekti qeyd olunur. İV, İİİ mədəciklərin genişliyi adidir. Supratentorial sahədə orta xətdə dislokasiya müşahidə olunur. “Medistyle” Hospital tərəfindən 28.11.2020-ci il tarixdə verilmiş müayinə vərəqəsindən görünür ki, X1 təpə sümüyündə 27 mm ölçüdə sümük deffekti, sol beyin yarımkürəsində təpə və gicgah paylarının kortikosubkortikal nahiyədə ensefalomalazik sahələr və ətrafında qliotik dəyişikliklər nəticəsinə gəlinmişdir. Abşeron Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməpsixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 16.03.2021-ci il tarixli 577 saylı rəylində X8 BAŞ BEYİN TRAVMASİNDAN SONRAKİ AĞİR DEMENSİYA (AĞİL ZƏİFLİYİ) (F01) qeyd olunur. Bunu anamnestik məlumatlar-05.08.2020-ci il tarixdə ağır açıq kəllə-beyin travması alması, bundan sonra Respublika Klinik Xəstəxanasında və 5 saylı ŞKX-də müalicə olunması, aldığı müalicələrə baxmayaraq nevroloji vəziyyətinin ciddi yaxşılaşmaması, psixi funksiyalarının zəifləməsi, yaddaş və intellektinin enməsi, 13.11.2020-ci il tarixdə keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası zamanı yuxarıda göstərilən diaqnozun təyin edilməsi, həmçinin hazırkı müayinə zamanı ünsiyyətə çox çətin daxil olması, bələdliyinin pozulması, ona ünvanlanan sualları başa düşməməsi, nitq pozuntularının qeyd olunması, fikrini ifadə edə bilməməsi, yaddaş və intellektinin nəzərəçarpacaq dərəcədə enməsi, emosiyalarının qeyri-adekvatlığı, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 14.12.1970-ci il təvəllüdlü X6 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. Cavab: X8 baş beyin travmasından sonrakı ağır demensiya (ağıl zəifliyi) qeyd olunur. X14 onda qeyd olunan demensiya (ağıl zəifliyi) nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 2-ci sual: X6 xəstəliyi onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas verirmi? Cavab: X8 qeyd olunan ağır demensiya (ağıl zəifliyi) onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 28.1. maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, Respublika Klinik Xəstəxanası tərəfindən 05.08.2020-ci il tarixdə verilmiş arayışdan, “Medistyle” Hospital tərəfindən 28.11.2020-ci il tarixdə verilmiş müayinə vərəqəsindən və eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsi, kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 13.11.2020-ci il tarixli 2259 saylı rəylindən müəyyən olunur ki, 14.12.1970-ci il tarixdə anadan olmuş X14 baş beyin travması almış və baş beyin travmasından sonra (demonsiya) ağıl zəifliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertizası üzrə alınmış 16.03.2021-ci il tarixli 577 saylı rəydə X14 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyilərini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə psixiatrik ekspertizanın rəylərini əsas sübut kimi nəzərə alıb, işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən hesab edir ki, ərizəçinin qardaşı 14.12.1970-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2. maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14.12.1970-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə, fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1284/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1284/2021
19.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver