Məhkəmə qərarları › İş №2(012)-1299/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1299/2023

04.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1299/2023 04.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair mülki işə 04 aprel 2023-cü il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən **********17369 abunə koduna hesablanmış 487.58 (dörd yüz səksən yeddi manat, əlli səkkiz qəpik) manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ailəsi ilə birlikdə məcburi köçkün kimi ünvan 1-də yaşayır. Ona məxsus **********17369 abonent koduna 487.58 (dörd yüz səksən yeddi manat, əlli səkkiz qəpik) manat məbləğində borc yaranmışdır. Həmin borcun hansı səbəblə yazılması barədə heç bir məlumatı yoxdur. Bununla bağlı "xxxx" ASC-nə müraciət etmişdir. Onun müraciətindən sonra ona 04 noyabr 2022-ci il tarixdə tərtib edilmiş akt verilmiş və həmin aktın yazılmasına səbəb E.E.İ.Q-nə uyğun sayğaca baxış zamanı məlum omuşdur ki, abonent sayğaca daxil olan 0 farasını kənarlaşdıraraq sayğacı dövriyyədən kənarlaşdırılması göstərilmişdir. İddiaçı həmin akt və tərtib edilmiş cərimə pulu ilə qəti şəkildə razı deyildir. İddiaçı sayğaca müdaxilə etməmişdir. Sərf etdiyi enerjiyə görə hər ay vaxtı-vaxtında ödəniş etmiş, sayğaca baxış keçirilən zaman guya tərəfimdən müdaxilə olunduğu üçün onu cərimə ilə yüklü etmişdirlər. Bu ciddi məsələnin həllindən ötrü məcbur olub hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 04 noyabr 2022-ci il tarixli, 283307 №-li aktın surətindən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanındakı abonent kodu **********17369 olan İddiaçı məxsus sayğaca baxış zamanı abonent sayğaca daxil olan 0 farasını kənarlaşdıraraq sayğacı dövriyyədən kənarlaşdırmışdır. Mülki işin materiallarında olan qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı məxsus ünvan 1 ünvanı üzrə (abonent kodu **********17369) elektrik enerjisindən istifadəyə görə 487.58 manat borc yazılmışdır. Mülki iş materiallarında olan abunə haqqında məlumat cədvəlindən görünür ki, abonent kodu **********17369 olan İddiaçı məxsus sayğac üzrə 487.58 manat ümumi borcun 468,52 manat hissəsi cərimə borcu, qalan hissəsi isə debitor borc təşkil edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. “Qaydaların” 5.3.2-ci bəndinə əsasən cərəyan kabellə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. “Qaydalar”ın 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. “Qaydalar”ın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi məsuliyyət daşıyır. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. “Qaydalar”ın 8.32-ci “a” bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. “Qaydalar”ın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı işin materiallarında olan 04 noyabr 2022-ci il tarixli, 283307 №-li aktın surətindən müəyyən edilir ki, ünvan 1 ünvanındakı abonent kodu **********17369 olan İddiaçı məxsus sayğaca baxış abonent sayğaca daxil olan 0 farasını kənarlaşdıraraq sayğacı dövriyyədən kənarlaşdırmışdır. İddiaçı ünvan 1 ünvanındakı abonent kodu **********17369 olan sayğac üzrə 04 noyabr 2022-ci il tarixli, 283307 №-li akt əsasında 468,52 manat cərimə borcu hesablanmışdır. Cərimə borcunun məbləği abonentin elektrik enerjisindən aylıq istifadə üzrə reallığa uyğun olmadınından üç aylıq 468,52 manat cərimə borcunun 315 manat hissəsi **********17369 saylı abonent kodundan silinməli, iddia qismən təmin edilməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul cavabdeh "xxxx" ASC-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 04 noyabr 2022-ci il tarixli, 283307 №-li akta əsasən hesablanan 468,52 manat cərimə borcunun 315 manat hissəsi **********17369 saylı abonent kodundan silinsin. Cavabdeh "xxxx" ASC–dən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar