Məhkəmə qərarları › İş №2(012)-1318/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1318/2024

14.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1318/2024 14.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 29 mart 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 1555,20 manat cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onun sahibliyində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Həmin evə təbii qaz verilmiş və bununla bağlı sayğac quraşdırılmış, 2023-cü ilin mart ayında isə həmin evdə olan sayğac dəyişdirilmişdir. Belə ki, o, işdə olarkən Cavabdeh İB-nin əməkdaşları onun xəbəri olmadan sayğacı söküb aparmışlar. Cavabdeh İB-dən sayğacın dəyişdirilməsinin səbəbini soruşduqda onlara bildirmişdirlər ki, sayğac istismar müddəti keçdiyi üçün dəyişdirilmişdir. Lakin əvvəlki sayğac işlək vəziyyətdə olmuşdur və onlar hər ay istifadəyə uyğun ödənişlər etmişdirlər. Ona yazılan cərimələrdən isə ümumiyyətlə, xəbəri olmamışdır. Smart karta ödəniş edən zaman etdiyi ödənişdən pul məbləği çıxıldıqdan sonra ona Cavabdeh İB tərəfindən cərimə yazıldığından xəbərdar olmuşdur. Belə ki, Cavabdeh İB tərəfindən ona verilmiş sənədlərdən görünür ki, 29 mart 2023-cü il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən 1555,20 manat məbləğində cərimə edilmişdir. Sözügedən aktda əsassız olaraq qeyd edilmişdir ki, o, akta imza etməkdən imtina etmişdir, halbuki həmin aktın tərtib edilməsindən onun xəbəri olmamışdır. Bundan başqa sayğac həyətdən kənarda yerləşir və tərəflərindən sayğaca heç bir müdaxilə edilməmişdir. Hazırda onun təbii qazdan istifadə üçün etdiyi ödənişlərin 50 faizi sözügedən akt üzrə əsassız olaraq hesablanmış cərimə məbləğinə görə çıxılır. Hesab edir ki, ona hesablanmış cərimələr tamamilə əsassız və qanunsuz olduğuna görə məhkəmə qaydasında mübahisəyə baxılmalıdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Cavabdeh nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus (abonent kodu: **********00570) ünvan 2 yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın borusunun deşildiyi aşkar olunmuş, bununla bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, həmçinin sözügedən sayğac yenisi ilə əvəz olunmuşdur. O, növbəti iclasda iddiaçının yaşadığı yerdə quraşdırılmış sayğaclar üzrə qaz sərfiyyatının həcmini göstərən abonentin saldolarını gətirəcəyini bildirmiş, lakin xx.xx.2024-cü il tarixdə keçirilmiş növbəti məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus (abonent kodu: **********00570) ünvan 2 yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman MSK 14-2-2/3-5- 3172-1 saylı rəyə əsasən 1202AQ**********6 nömrəli sayğacın klapanının işlək vəziyyətdə olmadığı və xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə Alarm-1 rejiminin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evə (abonent kodu: **********00570) 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evə (abonent kodu: **********00570) 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X2 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********00570) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1555,20 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 29 mart 2023-cü il tarixli, ******* saylı akta əsasən (abonent kodu: **********00570) hesablanmış 1555,20 manat məbləğində cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar