Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-132/2022 13.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2351,50 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2381,50 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh qarşı olan 2(012)- 1844/2022 nömrəli iş üzrə məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, "Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 26.03.2020-ci il tarixində 14/0615 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus ev təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00040 nömrəli abonent kodu verilmişdir. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2” nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaıuası faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, 05.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 810 manat; 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, cəmi 2318,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri edənilməmiş sayğac üzrə 2020-ci il üçün 34,20 manat borcu qalmışdır. Məlumat üçün bildirir ki,cavabdeh 2018-2020-ci illər ərzində 2 ilə təbii qaza cəmi 30 manat pul ödəmişdir. Buda onu göstərir ki, cavabdeh mütamadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatı dayandırılmışdır (bu barədə kəsim aktları tərtib olunmuşdur), lakin cavabdeh yenidən qanunsuz xətti bərpa etmişdir (cavabdehin bu əməli qaz itkisindən əlavə həyat təhlükəsi ilə yanaşı həm də, qaz xətlərinədə ziyan vurur). Cavabdeh tərəfindən cüzi ödəniş edildikdən sonra İddiaçı İB-və ödənilməli borc məbləği itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumi 2351,50 manat təşkil etməkdədir. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə 2351,50 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Hökməli kəndində yerləşən evdə 2020-ci ildən bəri yaşayış vardır, 2020-ci ilin mart-fevral aylarında o, evə köçmüşdür. Ev təzə tikilmişdir və 2020-ci ildən əvvəl həmin evdə yaşayış olmamışdır. Həmin ünvana 2017-ci ildən sayğac çəkilmişdir. Yeni sayğac qoyulduqdan sonra ona əsassız olaraq cərimə yazılmışdır. Sayğac evin çölündə yerləşir. Fotoşəkillərdə göstərilən ev ona məxsudur. Hazırda onun qaz sərfiyyatına görə 400 manat borcu vardır. Sayğacdan kənar xətt isə heç vaxt olmamışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi bir neçə qonşunun sayğacı biryerdədir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materialarında olan 05.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 810 manat; 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, cəmi 2318,40 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 noyabr 2021-ci il tarixli, № 10/4964 saylı ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş Abşeron rayonu, Hökməli qəsəbəsi, Nəsimi küçəsində Cavabdeh məxsus ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı aşkar edilməmişdir. Yuxarıda göstərilən daşıyıcı qaz xəttinin üzərində olan borucuğun sonluğu qaynaqla bağlanmış vəziyyətdədir. Qeyd olunan borucuğun sonluğunun açıq olduğu halda, həmin borucuq vasitəsi ilə sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Bununla da, iddiaçının yaxud digər abonentin həmin borucuq vasitəsi ilə sayğacdan kənar təbii qazdan istifadə edib-etməməsi məhkəmə tərəfindən araşdırmalarla müəyyən edilə bilər. İş materiallarında olan arayışdan görünür ki, Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14.12.2021-ci il tarixli, 4025 №-li arayışdan görünür ki, vətəndaş Cavabdeh qeydiyyatda olduğu ünvan 3 ünvanına təbii qazın verilməsi 2020-ci ilin aprel ayından olmuşdur. Məhkəmə cavabdehi dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməlidir. İddiaçı, 05.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 810 manat; 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, cəmi 2318,40 manat məbləğində maddi zərər və cavabdehin faktiki istifadə edilmiş dəyəri edənilməmiş sayğac üzrə 2020-ci il üçün 34,20 manat borcu olmaqla, Cavabdeh sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində hesablanmış ümumilikdə 2351,50 manat cərimə borcu məhkəmə iclasında iş materiallarında olan fotoşəkillərlə, müvafiq aktlarla təstiq olunmuş və həmin halları cavabdehin izahatından başqa təkzib edəcək digər sübutlar müəyyən edilmədiyindən məhkəmə cavabdehin izahatına tənqidi yanşmışdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 noyabr 2021-ci il tarixli, № 10/4964 saylı ekspert rəyi ilə bağlı qeyd edir ki, həmin rəydə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nəsimi küçəsində Cavabdeh məxsus ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı aşkar edilməməsi göstərilsədə,lakin rəyin məzmunundan müəyyən etmək olur ki,ekspert bu halı ekspertiza keçirilən dövrü nəzərdə tutmuş, yəni ekspertiza keçirilən zaman kənar qoşulma halı müşayət edilmədiyini göstərmiş, ekspert həmçinin həmin rəyində daşıyıcı qaz xəttinin üzərində olan borucuğun sonluğu qaynaqla bağlanmış vəziyyətdə olduğunu, abonentin həmin borucuq vasitəsi ilə sayğacdan kənar təbii qazdan istifadə edib-etməməsi məhkəmə tərəfindən araşdırmalarla müəyyən edilə biləcəyini də qeyd etmiş və nəzərə alsaq ki, Cavabdeh barəsində tərtib edilmiş aktlar da 2019-2020-ci illəri əhatə etdiyindən abonentin həmin borucuq vasitəsi ilə sayğacdan kənar təbii qazdan istifadə etməisnə kifayət qədər şübhələr yaradır və iş materialarında olan fotoşəkillər də həmin şübhələrin həqiqiliyinə əsas verir. İş materillarınd olan tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş «İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları»na əsasən istehlakçılar tərəfindən X2nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablaşmahesabına ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X2»nın 2.2.2-ci bəndiı əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən səxs qaz qurğusu sahibinə dəvmis ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2351,50 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 2381,50 manat məbləğində pul cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-132/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-132/2022
13.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver