Məhkəmə qərarları › İş №2(012)-132/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-132/2023

10.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-132/2023 10.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh Baıramov Shamıstanın nümayəndəsi Baıramov Metlebin, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Baıramov Shamıstan və üçüncü şəxs "xxxx" ASC-yə qarşı “qanunsuz yarımtikilinin sökülməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Saray qəsəbəsi ərazisindən keçən, "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kV-luq 5-ci Sənaye Qovşağı HX-nin 22-23 saylı dayaqlararası aşırımın tam altında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş yarımtikili qanunsuz olduğu üçün sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən və "xxxx" MMC-nin balansında olan 110 kV-luq 5-ci Sənaye Qovşağı HX-nin 22-23 saylı dayaqlar arası aşırımın qeyri-qanuni olaraq hasar (və artırma) inşa etmişdir. Sumqayıt şəhəri və səhər təsərrüfatına daxil olan ətraf ərazilərdən keçən bir çox yüksək gərginlikli elektrik veriliş xətlərinin etibarlığını azaldan və təhlükəsizlik istismarını pozan hallar baş vermiş və verməkdədir. Bunlara xəttin mühafizə zolağının pozulması, xəttin altında hasarların və yaşayış binalarının tikilməsi halları aiddir. Bütün bunlar xətlərin istismarını və təmirini çətinləşdirir. Xətlərdə naqillərin qırılması, dayaqların hər hansı bir səbəbdən yıxılması zamanı bədbəxt hadisələrə, insan tələfatına səbəb ola bilər. Eyni zamanda həmin sahədən keçən yüksək gərginlikli xətlərə xidmət olunmasını çətinləşdirir. Cavabdeh "xxxx" MMC-nin 5-ci Sənaye Qovşağı HX-nin 22-K23 saylı dayaqlararası aşırımın tam altında tikinti işləri aparması əməkdaşları tərəfindən 07 sentyabr 2021-ci il tarixində aşkar edilmişdir. Həmin ərazidə tikinti işlərinin dayandırılması barədə şifahi və yazılı surətdə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq tikinti işini davam etdirmişdir. 07 sentyabr 2021-ci il tarixində 33 saylı akt tərtib edilmişdir. Bildirilmiş iradlara baxmayaraq tikinti işlərini davam etdirmiş, öz hərəkətləri ilə qanun pozuntusuna yol vermişdir. Bu məsələ ilə bağlı 10 sentyabr 2021-ci il tarixli 16/01-20/776 saylı məktubla Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi cənab C. Xanlarova, xx.xx.2021ci il tarixində 16/01-20/777 saylı məktubla Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İ.Gülməmmədovaya, xx.xx.2021-ci il tarixli 16/01-20/778 saylı məktubla Abşeron Rayon Saray Bələdiyyəsinin sədri cənab M.Y. Həsənova, xx.xx.2021-ci il tarixli 16/01-20/779 saylı məktubla Abşeron Rayon Polis polkovniki Ş.Şəmşirliyə müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixli 16/01- 20/890 saylı məktubla təkrarən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədovaya müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixli 6/X/1412 saylı məktubla cavab verərək bildirmişlər ki, heç bir icazə sənədi verilməmişdir. xx.xx.2021-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin **********4 saylı məktubunun cavabında həmin idarənin müstəntiqi polis kapitanı X6 18 sentyabr 2021-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. xx.xx.2021-ci il tarixli xx/xx-01172 saylı məktubla Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini X9 Rayon İcra Hakimiyyətinə müraciət etməkləri tövsiyə etmişlər. Lakin bütün bu müraciətlərə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. İddianın təsviri hissəsində göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, məsələnin hüquqi müstəvidə həll edilməsi üçün məhkəməyə müraciət etmək zəruriyyətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005 ci il tarixli “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” haqqında 103 №-İi Qərarına əsasən Elektrik Şəbəkələrinin mühafizə zonalarında bina və qurğuların tikilməsi, bağ və bostanların salınması və s. işlərin aparılması qadağan edilmişdir. Cavabdeh "xxxx" MMC-nin xəbəri və razılığı olmadan həmin ərazidə qanunsuz tikinti aparmışdır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Baıramov Shamıstanın nümayəndəsi Baıramov Metleb məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh X3 vətəndaşıdır, əvvəllər Gürcüstanda yaşasa da, Sumqayıt şəhəri, Saray qəsəbəsində sözügedən ərazidə 2003-cü ildən etibarən yaşayır. 2012-ci ildən isə həmin ərazidə talvar vardır. Talvar heç bir tikintinin aparılmasına maneçilik törətmir. Həmin ərazidə olan bir çox evlər yüksək gərginlikli elektrik xəttinin altında yerləşir, lakin yalnız cavabdeh məhkəməyə verilmişdir. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə prosessi gedişində obyetkiv həqiqətə nail olmaq üçün məhkəmə tikinit-texniki ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/8523 saylı rəyindən göründüyü kimi cavabdeh tərəfindən inşa olunmuş talvar tikilisinin "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kv-luq 5-ci Sənaye Qovşağı HX-dən 4 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin talvar tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci maddəsinə əsasən müəyyən edilmiş 20 metrlik mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Cavabdeh tərəfindən "xxxx" MMC-nin balansında olan 110 kV-luq 5-ci Sənaye Qovşağı HX-nin 22-23 saylı dayaqlararası aşırımın tam altında qanunsuz yarımtikili inşa edildiyi ekspert rəyi ilə öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Saray qəsəbəsi ərazisindən keçən, "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kV-luq 5-ci Sənaye Qovşağı HX-nin 22-23 saylı dayaqlararası aşırımın tam altında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş yarımtikili sökülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005 ci il tarixli “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” haqqında 103 №-İi Qərarına əsasən Elektrik Şəbəkələrinin mühafizə zonalarında bina və qurğuların tikilməsi, bağ və bostanların salınması və s. işlərin aparılması qadağan edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində və ya buna lazımi icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi sürətlə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək,onu satmaq, bağışlamaq, icarəyə vermək ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 17 mart 2023-cü il tarixli, 10/8523 saylı məhkəmə tikinti-texniki ekspertizasına 50 manat ekspertiza xərci cavabdeh Baıramov Shamıstandan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, Saray qəsəbəsi ərazisindən keçən, "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kV-luq 5-ci Sənaye Qovşağı HX-nin 22-23 saylı dayaqlararası aşırımın tam altında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş yarımtikili sökülsün. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 17 mart 2023-cü il tarixli, 10/8523 saylı məhkəmə tikinti-texniki ekspertizasına 50 manat ekspertiza xərci cavabdeh Baıramov Shamıstandan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod- 210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar