Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1329/2024 09.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 3110,40 manat məbləğində cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, o, İddiaçı bacısıdır və hazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Lakin əvvəllər qeyd edilən ünvanda iddiaçı yaşadığından, iddiaçı həmin fərdi yaşayış evi üzrə cavabdeh tərəfindən abonent kimi tanınmışdır. Cavabdeh əməkdaşları heç bir əsas gətirmədən onların sayğacını söküb aparmış, daha sonra sayğacı yenisi ilə - mexaniki sayğacla əvəz etmişdirlər. Cavabdeh əməkdaşları tərəfindən 31 may 2023-cü il tarixində ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktdan da göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-5584/Q002 saylı rəyinə əsasən G-4 markalı 1502AZ**********01 №-li sayğacın çıxış plastmas borusunun deşilməsi, qaz itkisi aşkar edilmişdir. Sözügedən akt qanunsuz və əsassızdır. Belə ki, iddiaçının bu aktın tərtib edilməsi barədə, ümumiyyətlə, məlumatı olmamışdır. İddiaçı hər zaman ödənişlərini vaxtı-vaxtında etmişdir, eyni zamanda iddiaçı və onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Bununla belə qanunsuz və əsassız olaraq, heç bir əsas gətirilmədən 31 may 2023-cü il tarixində “Azəriqaz İB” tərəfindən ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan kimi 3110,40 manat məbləğində borc hesablanmışdır. Belə ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərkən iddiaçının aktın tərtib edilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Cavabdeh İB isə qanunvericiliyin tələblərini pozaraq iddiaçının iştirakını təmin etməmiş, qanunvericiliyin tələblərini pozmuşdur. “Azərqaz” İB qanunvericiliyin tələblərini pozaraq iddiaçının iştirakını təmin etmədiyi halda aktın yekun hissəsində onun aktı imza etməkdən imtina etdiyini qeyd etmişdir. Buradan məlum olur ki, akt tamamilə qanunsuz və heç bir əsas göstərilmədən tərtib olunmuşdur. Halbuki, qanunvericiliyin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən qaz paylayıcısının işçiləri ildə bir dəfədən az olmayaraq yoxlama keçirməli olduğu halda, sayğaca heç bir yoxlanış keçirilməmişdir. Bundan əlavə dəymiş ziyanın hesablanmasından müəyyən etmək mümkündür ki, Cavabdeh İB-nin əməkdaşlarının əməlləri tamamilə qanunsuzdur. Cavabdeh sayğacda aşkar olunan zədələrin nədən ibarət olduğunu qeyd etsə də bunu əsaslandırmamış, hətta bu nəticəyə gələrkən iddiaçının iştirakını təmin etməmişdir. Bu da onu göstərir ki, burada heç bir araşdırmadan söhbət gedə bilməz. Buradan da məlum olur ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş akt saxtadır. Sayğac həyətdən çöldə quraşdırılmışdır. Əlavə olaraq qeyd edir ki, yazılmış cərimə borcundan iddiaçının sadəcə 2023-cü ilin noyabr ayında məlumatı olmuşdur. Göründüyü kimi heç bir sübut və əsas olmadığı halda iddiaçıya borc yazılmış, əksinə olaraq onun iştirakı təmin olunmamış, hüquqları pozulmuş, qanunsuz, əsassız və saxta olaraq barəsində akt tərtib edilmişdir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Rəhimova (Nəzərova) Anaxanım Şükür qızının (abonent kodu: **********00020) Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman müvafiq rəy əsasında sayğacda qaz itkisi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, Rəhimova (Nəzərova) Anaxanım Şükür qızının Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evinə (abonent kodu: **********00020) 3110,40 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evinə (abonent kodu: **********00020) 3110,40 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X1 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********00020) Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 3110,40 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00020) hesablanmış 3110,40 manat məbləğində cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1329/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1329/2024
09.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver