Məhkəmə qərarları › İş №2(012)-1337/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1337/2024

27.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1337/2024 27.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz borcuna görə Cavabdeh tərəfindən hesablanmış 453 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Cavabdeh işçiləri tərəfindən ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, guya qaz sayğacından kənar qazdan istifadə halı müəyyən edilmişdir. Bununla əlaqədar ona 453 manat məbləğində borc hesablanmışdır. Lakin aşkar edilmiş qanunsuz qoşulma ona məxsus evə aid deyil. Evin çəkilmiş foto şəkillərindən də görünür ki, həmin ev onun deyil, başqasına məxsusdur. Cavabdeh borcun alınması ilə əlaqdar onu Abşeron Rayon Məhkəməsinə vermişdir və e-2(012)-4023/2023 saylı mülki iş hakim Elman Məmmədovun icraatında olmuşdur. Məhkəmədə araşdırma zamanı müəyyən olundu ki, borc yazılan ev ona aid deyil. Ona görə də iddiaçı ərizəsini geri götürmüş, o isə etiraz etməmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-4023/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, lakin Cavabdeh tərəfindən yazılmış borc silinməmişdir. Bununla əlaqədar aidiyyatı orqanlara dəfələrlə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinadən iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli akta əsasən ona hesablanmış 453,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2020-ci ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00347) baxış keçirilən zaman mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi qərara alınmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən abonent 4536 kub metr təbii qazı istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********00347 olan abonentin saldosundan görünür ki, 2020-ci ilin may ayında qaz sərfiyyatı “4536 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 453,60 manat məbləğində borc hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh əməkdaşları tərəfindən məhkəmə sorğusu ilə bağlı İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, ABİS proqramındakı fotoşəkillərin həmin evə aid olmadığı aşkar edilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-4023/2023 saylı qərardadından görünür ki, Cavabdeh X1 Niyaz Seyidağa oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi iddiaçının nümayəndəsinin ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, daha öncə Cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2023-cü il tarixli aktla Cavabdeh əməkdaşları tərəfindən məhkəmə sorğusu ilə bağlı İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, ABİS proqramındakı fotoşəkillərin həmin evə aid olmadığı aşkar edilmişdir. Bundan sonra isə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-4023/2023 saylı qərardadı ilə Cavabdeh X1 Niyaz Seyidağa oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi iddiaçının nümayəndəsinin ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Hazırda İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz borcuna görə Cavabdeh tərəfindən hesablanmış 453,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş materiallarına əsasən iddiaçı tərəfindən qaz xəttinə sayğacdan kənar qoşulma faktının baş verməsi təsdiq olunmur. İşdən görünür ki, abonentə tətbiq edilmiş cərimənin heç bir hüquqi əsası yoxdur, çünki xx.xx.2020-ci il tarixli akt Cavabdeh İB-nin əməkdaşlarının səhvi nəticəsində tərtib olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 453,60 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00347) dair xx.xx.2020-ci il tarixli akta əsasən Cavabdeh İB tərəfindən hesablanmış 453,60 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar