Məhkəmə qərarları › İş №2(012)-1358/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1358/2024

26.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1358/2024 26.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən ona əsassız olaraq yazılmış 1555,20 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamentinin əsl cavabdeh olan Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ona məxsus Abşeron rayonu, Qobu kəndində yerləşən fərdi yaşayış mənzilə Cavabdeh İB BRQSD-nin Abşeron rayonu nümayəndələri tərəfindən quraşdırılmış Smart tipli, G4 1602AZ**********62 nömrəli, **********15490 abonent kodlu sayğacına baxış keçirilən zaman onun xəbəri olmadan və ona heç bir xəbərdarlıq edilmədən Bakı şəhəri, Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri Fuad Şükürov, Elçin Mehdiyev və Məhəmməd Ələsgərlinin imzası ilə təsdiqlənərək 28 aprel 2023-cü il tarixində ******* nömrəli akt tərtib edilmişdir. Daha sonra Cavabdeh İB-nin əməkdaşları 03 may 2023-cü il tarixdə ona məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacı yenisi ilə əvəz etmişdirlər. Qeyd edir ki, onun 2023-cü ilin sentyabr ayına qədər ona məxsus evə dair sayğac barədə akt tərtib edildiyindən və akt əsasında cərimə yazıldığından xəbəri olmamışdır. Belə ki, o, 2023-cü ilin sentyabr ayının 11-də qazdan istifadəyə görə borc məbləğini ödəyərkən ona sözügedən akt əsasında 1555,20 manat məbləğində cərimə hesablandığını öyrənmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt ilə pozuntunun qısa məzmununda qeyd olunmuşdur: “Abonentin qaz sayğacına baxış keçirildi və qaz sayğacı keçən qazda sərfini qeyd etmir, Dəymiş ziyan hesablansın və ödənilsin”. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən cəmi 12960 kub metr dəymiş ziyan, yəni 1555,20 manat cərimə məbləği hesablanmışdır. Bundan əlavə tələbnamə sənədində dəymiş ziyanın hesablanma forması göstərilmişdir. Belə ki, tələbnaməyə əsasən qeyd olunmuşdur ki, Qaz sayğacının maxsimal saatlıq sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin (6x24x90=12960 m3). Qeyd edir ki, abonent olaraq ona məxsus evə dair sayğaca tərtib olunmuş bu ziyan məbləği ilə bağlı qazın sərfiyyatı 90 gün ərzində 24 saat dayanmadan istifadəsi ilə mümkünsüzdür. Bakı şəhəri, Bakı Regional Qazın Satışı Departamentinin gəldiyi bu qənaətini və mövqeyini qanunsuz və əsassız hesab edir. Abonentin saldosundan da aydın görünür ki, onun təbii qazdan istifadəsi hər ay sərf edilmiş kub metrə uyğun olaraq tərəfindən ödənilmişdir. Təbii qazdan istifadəsi aylıq olaraq normal 6-15 manat arası olmuşdur. Yaşayış mənzilində birdən-birə 12960 kub metr (1555 manat) təbii qazın istifadəsi mümkünsüzdür. Həmçinin faktlar və sübutlar göstərilsə də Azəriqaz” İB Abşeron RQİİ-nin ona qarşı bu hərəkətlərini qanunsuz hesab edir və istehlakçı hüquqlarının kobud surətdə pozulduğunu bildirir. O, qeyd edilən qanun pozuntularından və özbaşınalıqdan irəli gələrək öz konstitutsion hüquqlarının təmin edilməsi və bərpası, eləcə də ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Cavabdeh İB-nin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş 28 aprel 2023-cü il tarixli, ******* nömrəli aktla da təsdiq olunmuş əsaslar nəzərə alınmalı və ona aid edilən 1555,20 manat borc qanunsuz olduğundan ləğv edilməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı (abonent kodu: **********15490) Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın qaz sərfiyyatını qeyd etmədiyi aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evə (abonent kodu: **********15490) 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evə (abonent kodu: **********15490) 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X1 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********15490) Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1555,20 manat məbləğində hesablanmış cərimə silinməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 35,55 (otuz beş manat, əlli beş qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********15490) 28 aprel 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 1555,20 manat məbləğində cərimə silinsin. Cavabdehndən 35,55 (otuz beş manat, əlli beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar