Məhkəmə qərarları › İş №2(012)-137/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-137/2022

16.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-137/2022 16.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi, ev 0Q, mənzil 673, abonent kodu: **********46730 olan onun adına hesablanmış 458 manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cəbrayıl rayonundan məcburi köçkün kimi hazırda ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivi adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşayır. Yaxın günlərdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt ilə tanış olmuşdur. Həmin aktda mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunduğu göstərilmişdir. Məktub vasitəsi ilə həmin aktın surəti, bəzi sənədlər və guya ona məxsus evin fotoşəkilləri məktuba əlavə edilmişdir. Fotoşəkillərə baxan zaman məlum olmuşdur ki, abonent kodu onun evinə aid olsa da, guya sayğacın yerləşdirildiyi göstərilən ev ona məxsus deyildir, başqa bir şəxsin evidir. O, bununla bağlı Bakı Regional Qazın Satışı Departamentinə müraciət edərək, qanunsuz şəkildə ona borc kimi yazılmış 458,80 manat məbləğində cərimə pulunun silinməsini və bu işin araşdırılaraq, ona tərtib edilmiş aktın ləğv edilməsini xahiş etmişdir. Ona şifahi olaraq bildirmişlər ki, yaranmış yalnışlıq aradan qaldırılacaqdır. Lakin bir müddətdir ki, bu məsələ ilə bağlı heç bir ciddi tədbir görülməmişdir. O daha sonra Azəriqaz İB-nə müraciət edərək, kömək olunmasını xahiş etmişdir. Ona gözləməsini və qısa zamanda məsələnin öz həllini tapacağını bildirmişlər. Lakin yenə də bir təsiri olmamışdır, həmin pulu ondan tələb edirlər. O, sərf etdiyi təbii qaza görə hər dəfə smart tipli qaz kartına pul yükləyən zaman pulun bir hissəsini qanunsuz şəkildə cərimə edildiyi pulun ödənilməsinə çıxılır. Onun evinə quraşdırılmış təbii qaz sayğacı evinin küçəyə baxan divarına quraşdırılmış və həmin yolu müxtəlif-müxtəlif insanlar istifadə edir. Bundan əlavə həmin sayğac çıxarılan zaman onun iştirakı təmin olunmamış bu barədə ona heç bir məlumat verilməmişdir. Hadisədən 2 ilə yaxın müddət keçdikdən sonra onu cərimə məbləği ilə məlumatlandırmışdırlar. X3 əməkdaşları qanunsuzluqlar edərək, onun kimi bir çox vətəndaşların başına sözün əsl mənasında bu oyunları açmışdırlar. Öz səhvlərini vətəndaşlara yükləyərək, xeyli miqdarda pul cəriməsi ilə yüklü etmişdirlər. Yaşadığı ərazidə onun başına gələn hadisə digər qonşularında başına gəlmiş və hamıya cərimə tətbiq edərək, guya qaz sayğacına müdaxilə olunduğu və kənar xəttdən istifadə edildiyi aşkar edilmişdir. Bu yalandır. X1 vətəndaşları hədəfə alaraq, qanunsuzluq edərək, hüquqlarını pozmaqla məşğuldurlar. Qaz sayğacını yoxlamaq üçün qapıya hər dəfə başqa-başqa işçilər gəlir. Əvvəl gələn işçini soruşduqda qanunsuz əməllərinin aşkara çıxarıldığını deyərək, işdən uzaqlaşdırıldığını bildirmişlər. Onların başına bu oyunlar vəzifə səlahiyyətlərindən sui-istifadə edən işçilər tərəfindən edilir. Qeyd etdiklərinə əsasən o, hüquqlarının bərpa olunmasında ötrü məhkəməyə müraciət etmək qərarına gəlmişdir. **********46730 saylı abonent koduna tətbiq edilmiş borc əsassız olduğu üçün silinməlidir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X6 məhkəmədə izahatında və ünvanladığı etirazda bildirdi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3.-cü bəndində qeyd olunur ki, “Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar”. Hesab edir ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddia tam əsassızdır və bu səbəbdən də təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra Qaydalar) 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacı quraşdırılmışdır. Bildirir ki, xx.xx.2019-cu il tarixdə istehlakçının (iddiaçının) qaz syğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, İddiaçı sayğacdan kənar qaz xətti vaxitəsi ilə təbii qazdan qeyri-qanuni olaraq istifadə edir. Faktla bağlı verində 3 ədəd fotoşəkil çəkilmiş və fotoşəkillərdə əyani surətdə istehlakçının (iddiaçının) sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etdivi görünməkdədir. Bununla əlaqədar Birliyin əməkdaşları tərəfindən həmin tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.20219-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta müvafiq olaraq itirilmiş təbii qazın bərpası üzrə tələblər müəyyən edilmiş, tələblərə əsasən istehlakçının (iddiaçının) qaz işlədiçilərindən PQ 4-ün (dörd gözlü qaz plitəsi) maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ (qənaətli su qızdırıcısı) -nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq aşağıdakı nəticə əldə edilmişdir: 1.2x6x90=648 m3, 1.5x8x90=1080 m3, 1.4x18x90=2268 m3, 648 m3 + 1080 m3 + 2268 m3 =3996 m3, 3996 m3 x 0.10 man = 399,60 manat. Göründüyü kimi İddiaçı hesablanmış dəymiş ziyan məbləği iddia ərizəsində qeyd edildiyi kimi 458 manat deyil, 399,60 manat təşkil edir. Bundan əlavə iddiaçı təbii qazdan istifadəyə görə əlavə borcu olduğundan bu günə olan borcu 566,10 manat təşkil edir. İstehlakçının istifadəsində olan qaz cihazlarının sərfiyyatına uyğun hesabat aparılmış dəyəri ödənilməyən qazın həcmi müəyyən edilmiş və istehlakçıdan qeyri-qanuni istifadə etdiyi qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edilənlərin əsası yoxdur. Hər bir İstehlakçı ‘‘Qazdan istifadə Qaydaları”nın tələbinə uyğun olaraq qazdan istifadə etməli və istifadə etdiyi qazın dəyərini tam ödəməlidir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş ‘‘Qazdan istifadə Qaydaları”nın tələbinə əməl edilməmiş mövcud qanunvericilik kobud şəkildə pozulmuş və dövlək əmlakı talanmışdır. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X8”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunmuşdur. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin“Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oqurlua hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsənin 21.1-ci maddəninə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 72-ci maddəsində qeyd olunur ki, “Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsində qeyd olunur ki, “ Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir.” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci bəndində qeyd olunur ki, “Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar”. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən "Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən abonent kodu **********46730 olan sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 399,60 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən abonent kodu **********46730 olan sayğac üzrə Cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında xx.xx.2019-cu il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 399,60 manat cərimə edilmişdir. İddiaçı 458 manat cərimə olunduğunu, həmin cərimənin silinməsini xahiş etsə də, yuxarıda qeyd olunduğu kimi məhkəmədə sübutların tədqiqatı zamanı sonuncunun 399,60 manat cərimə olunduğu təsdiqini tapmış,iddiaçı özünün izahatından başqa məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən məhkəmə həmin izahata tənqidi yanaşmışdır. Lakin cavabdeh təşkilatın nümayəndəsi 399,60 manat cərimənin hesabat müddətinin 90 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (399,60 : 3 = 133,20 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********46730 olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə hesablanmış 399,60 manat borcdan 133,20 manat saxlanılmaqla, qalan borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 2.2.2-ci bəndiı əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən səxs qaz qurğusu sahibinə dəvmis ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********46730 olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə hesablanmış 399,60 manat borcdan 133,20 manat saxlanılmaqla, qalan borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar