Məhkəmə qərarları › İş №2(012)-137/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-137/2024

21.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-137/2024 21.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi övladı xx.xx.1981-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu - xx.xx.1981-ci il təvəllüdlü Ramil Osmanov İİ dərəcə əlildir. O, əqli qüsurlu olduğuna görə müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ona orta dərəcəli əqli gerilik, davranış pozuntuları diaqnozu qoyulmuşdur. Kənar şəxslərin qulluğuna və nəzarətinə ehtiyacı var. Oğlu onun himayəsindədir və ona özü baxır. X1 vəziyyətdə yaşaması, özünü idarə etməsi mümkün deyildir, çünki öz davranışlarını qavraya bilmir. O, oğlu Ramil Osmanovun adına olan sənədləşmə işlərində iştirak etməsi üçün onun qəyyumu təyin edilməlidir. Onun özünün düzgün qərar vermək üçün psixi vəziyyəti uyğun deyil və özünü hər hansı bir idarəyə, orqana aparıb gətirmək qeyri-mümkündür. Hazırda övladının məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşdə olan AZ-T 234542 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X8 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçidur. İşdə olan ƏƏSMN MEİS-nin verdiyi sosial müavinət və təqaüd haqqında xx.xx.2022ci il tarixli arayışdan görünür ki, ikinci dərəcəli əlil X6 əlilliyə görə hər ay 180 manat müavinət verilir. İşdə olan X2 xx.xx.2009-cu il tarixli arayışının surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X8 2000-ci ildən debillik, orta dərəcəli psixopatabənzər sindrom diaqnozu ilə Dispanserdə qeydiyyatdadır. İşdə olan Səhiyyə Nazirliyi Məhkəmə X7 PHŞ-nin xx.xx.2023-cü il tarixli, 6435 saylı rəyindən müəyyən edilir ki, işdə olan tibbi sənədlər və şəxsin atasının məhkəməyə verdiyi ərizəsini tədqiq edərək aparılan (qiyabi) müayinə əsasında belə nəticəyə gəlinir ki, X8 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə formasında psixi pozuntudan əziyyət çəkir. xx.xx.1981-ci il təvəllüdlü X3 yuxarıda göstərilən diaqnozlu psixi pozuntu ilə əlaqədar o, öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.1981-ci il təvəllüdlü X4 orta dərəcəli əqli gerilik, davranış pozuntuları formasında psixi pozuntu müəyyən edilir. Onun daimi qulluğa ehtiyacı var və hərəkətlərinə nəzarət etmək, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1981-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar