Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1379/2021 11.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı ASC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq müqaviləsinin ləğvi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyə n etdi: İddiaçı ASC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq müqaviləsinin ləğvi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5880 manat əsas borc, 294 manat faiz borcu, 1764 manat cərimə borcu olmaqla, cəmi 7980 manat borcun və 30 manat rüsuma görə pulun tutulması və tərəflər arasında bağlanan 15 may 2019-cu il tarixli lizinq müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 2019-cu il 15 may tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən “Lada Qranta” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 42 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2019-cu il iyun ayından başlayaraq, lizinq alan hər ay lizinq verənə 420 manat icarə haqqı ödəməlidir. Lizinq alan Cavabdeh 2019-cu ilin oktyabr ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırır. 2021-ci il yanvarın 16-ı vəziyyətinə Cavabdeh 5880 manat əsas borcu vardır. Bundan əlavə, lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən “Lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 (iki) ay dalbaal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 (bir) faizi həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, borcun məbləğinin illik 5 (beş) faizi həcmində faiz borcunu ödəməlidir. 2021-ci il yanvarın 16-dək Cavabdeh Xəzər-Lada” ASC-yə 5880 manat əsas, 294 manat faiz, 1764 manat cərimə, cəmi 7980 manat borcu vardır. Lizinq müqaviləsinin 8.4-cü bəndinə əsasən lizinq alan borc öhdəliyini vaxtında və layiqincə icra etmədikdə, lizinq verənin müqaviləni ləğv etmək hüququ vardır. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı ASC tərəfindən iddia ərizəsinə əlavə verilərək, iddia ərizəsində iddia tələbinin 1-ci bəndinin aşağıdakı redaksiyada verilməsini: “1. Cavabdeh İddiaçı ASCnin xeyrinə 420 manat icarə haqqı, 5500 manat vurulmuş ziyanın əvəzi, cəmi 5920 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun.” xahiş etmişdir.Həmçinin, qeyd etmişdir ki, cavabdeh tərəfindən 2019-cu ilin avqust ayında avtomobil qəzaya uğramışdır, həmin ilin dekabrında avtomaşın lizinqverənə qaytarılmışdır. Qəza ilə əlaqədar sığorta şirkəti avtomobilin bərpası üçün onun mülkiyyətçisinə 6346 manat ödəmişdir.Lakin bu məbləğ avtomobilin təmirinə kifayət etmir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Bildirdi ki, “Lada Qranta” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobil onun istifadəsində olarkən ödənişləri etmişdir. Avtomobili 2019-cu ilin oktyabr ayında iddiaçıya təhvil verdikdən sonra ödənişləri dayandırmışdır. Avtomobil yenidən onun istifadəsinə verilərsə ödənişləri davam etdirəcəkdir və habelə əlavə hissələr ki, geyd edilir, həmin hissələri də bərpa edə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlər əsasında və məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 may 2019-cu il tarixli 1 saylı Uzun müddətli icarə (daxili lizinq) müqaviləsinə əsasən sonuncunun sifarişi ilə 2018-ci il buraxılışlı, “Lada Granta” minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı, XTA219020K0593013 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil 17.640 manat məbləğində cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 15 may 2019-cu il tarixli 1 saylı Uzun müddətli icarə (daxili lizinq) müqaviləsinin tərkib hissəsi olan Lizinq ödəniş cədvəlinə əsasən Cavabdeh oğlu ilə 42 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 420 manat, ümumilikdə isə 17.640 manat məbləğində pulu ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 15.05.2019-cu il tarixli “X1” 2 nömrəli Əlavə Qəbul aktından görünür ki, lizinq obyekti olan 2018-ci il buraxılışlı, “Lada Granta” minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı, XTA219020K0593013 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobili Cavabdeh təhvil verilmişdir. Mülki iş materiallarında olan Maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15.05.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən “Lada Granta” markalı ** PN *** dövlət nömrə nişanlı avtomobil aylıq 420 manatdan 42 (qırx iki) ay müddətinə ona icarəyə verilmişdir. 1) aylıq icarə haqqı: 420 manat; 2) avtomobilin lizinq dəyəri: 17640 manat, 3) müştəri tərəfindən cəmi ödənilmiş məbləğ: 4105 manat, 4) son ödənilmiş tarix: 16.10.2019-cu il, 5) avtomobilin lizinq üzrə qalıq dəyəri: 14795 manat, 6) aylıq icarə borcu 420 x 14 ay= 5880 manat, 7) 16.01.2021-ci ilə əsas borcun qalığı: 5880 manat, 8) illik 5 faizlə hesablanmış faiz borcu- 294 manat, 9) bir aylıq ödənişin 1%-i (4,2 x 420 gün) həcmində cərimə - 1764 manat. 16.01.2021-ci ilə cəmi borc: 7980 manat. Mülki işin materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2018-ci il buraxılışlı, “Lada Granta” minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı, XTA219020K0593013 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Mülki işin materiallarında olan 23.11.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh oğluna borc məbləğinin 5 gün ərzində ödənilməsi barədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdar edilmişdir. Mülki iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 13.09.2019-cu il tarixli Zərər dəymiş Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Lada Granta” minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 6446 manat təşkil edir. Və 646m . və 810 m. sığorta ödənişi edilmişdir. Mülki iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, “Lada Granta” minik markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin tam təmiri üçün sığorta şirkətinin ödədiyi vəsaitdən əlavə cəmi 5318 (beş min üç yüz on səkkiz) manat, xidmət haqqı: 400 (dörd yüz) manat, ümumi məbləğ: 5718 (beş min yeddi yüz on səkkiz) manat tələb edilir. Mülki iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, ** PN *** nömrəli avtomobilin lizinqə verilməsinə dair lizinq müqaviləsinə əlavə edilmiş cədvəl üzrə lizinq alan Cavabdeh ödənişləri: 15.05.2019-cu il - 420 manat, 24.07.2019-cu il – 1000 manat, 08.10.2019-cu il – 485 manat, 08.10.2019-cu il – 510 manat, 16.10.2019-cu il – 420 manat, cəmi 2845 manat təşkil edir. Mülki iş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş qəbzin surətindən görünür ki, iddiaçı "xxxx" ASC –yə 6346 manat sığorta ödənişi edilmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh X1 əsasən lizinq obyektini alan şəxs qismində öhdəsinə götürdüyü vəzifələri yerinə yetirmiş, yəni lizinq müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə aylıq ödənişi və faiz borcu da daxil olmaqla göstərilən ödənilməli olan aylıq məbləği «Xəzər-Lada” ASC-yə avtomobil onun istifadəsində olduğu 15 may 2019-cu ildən 15 oktyabr 2019-cu il tarixədək olan beş aylıq müddət üçün 15.05.2019-cu il - 420 manat, 24.07.2019-cu il – 1000 manat, 08.10.2019-cu il – 485 manat, 08.10.2019-cu il – 510 manat, 16.10.2019-cu il – 420 manat olmaqla, cəmi 2845 manat ödəməklə (420 x 5=2100manat təşkil edir), müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmişdir.Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 420 manat aylıq ödənməmiş icarə haqqı tələbində əsassızdır və təmin edilməməlidir. İddia tələbindən görünür ki, iddiaçı «Xəzər-Lada” ASC ilə Cavabdeh arasında bağlanmış 15 may 2019-cu il tarixli lizinq müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə müddəti bitməmişdir, lakin avtomobil faktiki olaraq 2019-cu ilin oktyabr ayından iddiaçıya qaytarılmışdır, iddiaçı vaxtından əvvəl müqavilənin ləğv edilməsini məhkəmədən xahiş edir.Göründüyü kimi tərəflər müqavilə münasibətlərini davam etdirmək fikrində deyillər.Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğvi hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. MM-nin 421.3 maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 04.10.2021-ci il tarixli 9/5992 nömrəli rəyində nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 13.09.2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən 2018-ci il buraxılış “Lada- Qranta” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərc təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən:
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 5881,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 3956,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 1925,00 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5727,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 3802.00 manat; Təmir- bərpa işlərinin qiyməti - 1925,00 manat. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş Paşa Sığorta” ASC tərəfindən verilmiş 13.09.2019-cu il tarixli Zərər dəymiş Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən sığorta təşkilatı tərəfindən avtomobilin təmiri üçün iddiaçıya 6346 manat sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə ekspertizasının rəyindən göründüyü kimi avtomobilin təmirinə 5727 manat məbləğində pul vəsaiti lazımdır. İddiaçının sübut kimi təqdim etdiyi avtomobilin tam təmiri üçün sığorta şirkətinin ödədiyi vəsaitdən əlavə lazım olan ehtiyat hissələri barədə arayış əsasında iddiaçının tələbinə münasibətdə məhkəmə qeyd edir ki,iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 13.09.2019-cu il tarixli Zərər dəymiş Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatla bu uyğunsuzluq təşkil edir. Həmin Arayışın hüquqi əsası yoxdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi 5500 manat ziyan tələbi hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırki iş üzrə məhkəmə xərci iddia ərizəsinin verilməsinə görə bank tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat və məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyinə görə, iddiaçı «Xəzər-Lada” ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manatın 10 manatı Cavabdeh tutularaq iddiaçı «Xəzər-Lada” ASC-nə ödənilməli, 20 manatı iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 30 manatı iddiaçıdan, 20 manatı isə Cavabdeh tutulmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh oğlu ilə «Xəzər-Lada” ASC arasında bağlanmış 15 may 2019-cu il tarixli lizinq müqaviləsi ləğv edilməli və Cavabdeh oğlundan 10 manat pul alınaraq iddiaçı «Xəzər-Lada” ASC-yə verilməli,Ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 30 manatı iddiaçıdan, 20 manatı isə Cavabdeh tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlu ilə «Xəzər-Lada” ASC arasında bağlanmış 15 may 2019-cu il tarixli lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh oğlundan 10 manat pul alınaraq iddiaçı «Xəzər-Lada” ASC-yə verilsin. «Xəzər-Lada” ASC-dən 30 manat, Cavabdeh 20 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon şəhər məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin MİÜMK-na apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Səfiyeva