Məhkəmə qərarları › İş №2(012)-138/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-138/2025

30.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-138/2025 30.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin və daş hasarın sökülməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə edərək, cavabdeh tərəfindən mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küçəsində yerləşən 94 nömrəli evin torpaq sahəsində 50 metr uzunluğunda, 15 metr enində, 2 metr hündürlüyündə mişar daşından özbaşına tikilmiş qanusuz tikilinin sökülməsinin cavbadehin özünə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mülkiyyətində Xırdalan şəhəri, B.Səfəroğlu küçəsində yerləşən 94 nömrəli evin torpaq sahəsində 50 metr uzunluğunda, 15 metr enində, 2 metr hündürlüyündə mişar daşından özbaşına tikilmiş qanusuz daş hasarın və digər əlavə tikililərin sökülməsinin cavbadehin özünə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Xırdalan şəhəri, B.Səfəroğlu küçəsi, 94 nömrəli ünvanda yerləşən mülkiyyətindəki 1,6593 ha torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin, 50 metr uzunluğunda, 15 metr enində, 2 metr hündürlüyündə mişar daşından özbaşına tikilmiş daş hasarın cavabdehin özü tərəfindən sökülməsi, torpaq sahəsinin boşaldılaraq onun istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küçəsində yerləşən 94 nömrəli ev onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun razılığı olmadan mülkiyyətində olan həmin torpaq sahəsində 50 metr uzunluğunda, 15 metr enində, 2 metr hündürlüyündə mişar daşından özbaşına divar tikmişdir. Bununla əlaqədar olaraq aralarında mübahisə yaranmış və nəticədə cavabdeh barədə cinayət işi başlanmışdır. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Buna baxmayaraq cavabdeh haqqında hökmündən 3 il keçsə də cavabdeh mülkiyyətində olan qanunsuz tikilini sökmək istəmir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh barəsində qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin hökmündə cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikilinin, 50 metr uzunluğunda, 15 metr enində, 2 metr hündürlüyündə mişar daşından özbaşına tikilmiş daş hasarın tikilməsi, bununla da onun mülkiyyət hüququnun pozulması dəqiqliyi ilə araşdırılmış və göstərilmişdir. Ona görə də hesab edir ki, mülkiyyətinə qəsd maneə aradan qaldırılmalı və qanunsuz tikili cavabdehin hesabına sökülməlidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçıya məxsus ərazi cavabdeh tərəfindən zəbt edilməmiş və qanunsuz hər hansı hərəkət edilməmişdir. Bu səbəbdən o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında öz vəkili və nümayəndəsinin izahatına uyğun izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 79,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 94,5 m2 olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********97- 06301 reyestr nömrəsi ilə xx.xx.2014-cü il tarixində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, **********97-06301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron Rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsində yerləşən ümumi sahəsi 79.10 kvadrat metr olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 1.6293 ha torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşürmü? Əgər düşmürsə, hansı həcmdə koordinatlardan kənardadır? 2. İddiaçı məxsus olan çıxarışda qeyd olunan torpaq sahəsinin hüdudlarında cavabdeh tərəfindən tikililər inşa edilmişdirmi? Mövcuddursa, hansı tikililərdən ibarətdir? Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********97-06301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə mülkiyyətində olan texniki pasportda göstərilən torpaq sahəsi sxemdə göstərilmişdir. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və köməkçi tikilisi **********97-06301 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş texniki pasportda göstərilən cizgilər ilə üst-üstə düşür.Sxemdə göstərilmişdir. Qeyd: Digər şəxslərin faktiki istifadəsində olan tikililərin bir hissəsi **********97-06301 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş texniki pasportda göstərilən cizgilər ilə üst-üstə düşür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8759 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-14220/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş **********97-06301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə mülkiyyətində olan texniki pasportda göstərilən torpaq sahəsi mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və köməkçi tikilişi **********97-06301 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş texniki pasportda göstərilən cizgilər ilə üst-üstə düşür. Qeyd: Digər şəxslərin faktiki istifadəsində olan tikililərin bir hissəsi **********97-06301 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş texniki pasportda göstərilən cizgilər ilə üst-üstə düşür. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh adına mülkiyyət hüquqi ilə hər hansı bir tikili qeydə alınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 79,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 94,5 m2 olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********97-06301 reyestr nömrəsi ilə xx.xx.2014-cü il tarixində qeydiyyata alınmışdır. İddia ərizəsində göstərilənlərə əsasən, torpaq sahəsinə baxış keçirərkən iddiaçı orada cavabdeh tərəfindən qanunsuz tikililərin, 50 metr uzunluğunda, 15 metr enində, 2 metr hündürlüyündə mişar daşından özbaşına daş hasarın tikildiyinin şahidi olmuşdur. Həmin özbaşına tikinti işlərini aparan cavabdehə iddiaçı öz iradını bildirmiş, həmin tikinti işlərinin dayandırılması və ərazinin boşaldılaraq tərk edilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək qanunsuz tikililərin və daş hasarın sökülməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə verilməsinı xahiş etmişdir. Mübahisə üzrə düzgün hüquqi nəticəyə gəlinməsinin təmin olunması üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8759 saylı rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-14220/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş **********97-06301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə mülkiyyətində olan texniki pasportda göstərilən torpaq sahəsi mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və köməkçi tikilişi **********97-06301 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş texniki pasportda göstərilən cizgilər ilə üst-üstə düşür. Qeyd: Digər şəxslərin faktiki istifadəsində olan tikililərin bir hissəsi **********97-06301 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş texniki pasportda göstərilən cizgilər ilə üst-üstə düşür. Rəyə əlavə olunmuş sxemdə də, cavabdeh tərəfindən tikilmiş tikililərin iddiaçıya məxsus torpaq daxilinə düşməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə müəyyən və tədqiq olunmuş sübutları bir-biri ilə əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsində cavabdehin faktiki istifadəsində olan tikililərin mövcud olması barədə məhkəmə tikintitexniki ekspertizasının verdiyi rəy digər sübutlarla birlikdə, mötəbər sübut kimi qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Cavabdehin izahatından, işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən inşa edilmiş tikililərin hər hansı hüquqmüəyyənedici sənədi yoxdur, özbaşına tikilidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. 1 saylı Protokolun 1ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Konvensiyanın müddəaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquqları baxımından məhkəmə cavabdehlər tərəfindən iddiaçıya edilən müdaxilələrin iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin İİ bəndinə əsasən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına və ekspert rəyinə əsasən, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Xırdalan şəhəri, B.Səfəroğlu küçəsi, 94 nömrəli ünvanda yerləşən 1,6593 ha torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililər, 50 metr uzunluğunda, 15 metr enində, 2 metr hündürlüyündə mişar daşından özbaşına tikilmiş daş hasar Cavabdeh tərəfindən sökülməli, torpaq sahəsi boşaldılaraq İddiaçı istifadəsinə verilməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən, dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatına görə 100 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Xırdalan şəhəri, B.Səfəroğlu küçəsi, 94 nömrəli ünvanda yerləşən 1,6593 ha torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililər, 50 metr uzunluğunda, 15 metr enində, 2 metr hündürlüyündə mişar daşından özbaşına tikilmiş daş hasar Cavabdeh tərəfindən sökülsün, torpaq sahəsi boşaldılaraq İddiaçı istifadəsinə verilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar