Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1429/2024 03.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2022ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qaz sayğacı (abonent kodu: **********00050) ilə bağlı 777,60 manat məbləğində hesablanmış cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini tam müdafiə etdiyini bildirdi və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur və həmin evdə istifadə etdiyi qaz sayğacı onun adına qeydiyyata alınmışdır. Bu barədə Cavabdeh ilə onun arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır (abonent kodu: 01 **********050). Belə ki, Cavabdeh İB tərəfindən xx.xx.2022-ci tarixdə yuxarıda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair quraşdırılmış sayğacının istismar müddəti bitdiyi üçün dəyişdirilmiş və bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli, xx.xx.2022-ci tarixli akt tərtib olunmuşdur. Sonradan isə Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacı ilə bağlı ona 777,60 manat məbləğində cərimə yazılmışdır. Həmin cərimənin səbəbi kimi də qaz sayğacının istismar müddəti bitdiyi üçün əvəzlənməsi zamanı qaz sayğacının yoxlanılması barədə 29/1710- 03467-1 nömrəli akta əsasən guya sayğaca müdaxilə və qaz itkisi müəyyən edilmişdir. Qeyd edir ki, nə o, nə də ailəsi tərəfindən həmin sayğaca müdaxilə edilmişdir, lakin buna baxmayaraq Cavabdeh İB məsələni düzgün araşdırmadan baş vermiş texniki nasazlığa görə məsuliyyəti əsassız olaraq onun üzərinə qoymuşdur. Qanunvericiliyə əsasən qaz sayğacının saz vəziyyətdə olmasına məsuliyyəti Qaz İstismar İdarəsi daşıyır. Sözügedən qaz sayğacına müdaxilə əməkdaşlar tərəfindən edilmişdir, çünki hər ay həmin əməkdaşlar sayğacları yoxlamışdırlar. Digər tərəfdən cərimənin məbləği fantastik dərəcədə şişirdilmişdir. Hesab edir ki, həmin cərimə qanunvericiliyin tələblərini pozmaqla qanunsuz olaraq onun üzərinə qoyulmuşdur. Buna görə də Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt ləğv edilməli və qanunsuz yazılmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərindən mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 29 avqust 2022-ci il tarixli, ******* №-li “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evə quraşdırılmış İtron tipli, G4 markalı, 1102AQ**********1 nömrəli qaz sayğacı Zenner tipli, G4 markalı, **********6 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğaca baxış keçirilən zaman 29/1710-03467-1 nömrəli rəy əsasında sayğaca müdaxilə və qaz itkisi aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evə (abonent kodu: **********00050) ümumilikdə 777,60 manat cərimə hesablanmışdır. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosuna əsasən, İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evə (abonent kodu: **********00050) ümumilikdə 777,60 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X3 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi əsaslarını sübut edə bilməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən evə (abonent kodu: **********00050) quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 777,60 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan başqa Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 28 dekabr 2022-ci il tarixli, ******* saylı akt işin faktiki hallarından göründüyü kimi, sayğacdakı qusurla bağlı həmin aktın tərtib edilməsinə əsas laboratoriya rəyi olduğundan və həmin rəy borcun silinməsinə mahiyyəti üzrə təsir etmədiyindən, bu hal aktın ləğv olunması zərurətini aradan qaldırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Cavabdeh tərəfindən 28 dekabr 2022-ci il tarixli, ******* nömrəli akta əsasən İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00050) quraşdırılmış qaz sayğacına dair əsassız hesablanmış 777,60 manat məbləğində borcu silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1429/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1429/2024
03.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver