Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-143/2023 27.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Nuriyeva Nüşabə Ələddin qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizəsi zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 noyabr 2023-cü il tarixdə, Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin 30.5-ci km-də, kəmərdən təqribən 5-6 metr aralı məsafədə, kəmərə perpendikulyar, 1-ci sırada, kəmərin mühafizə zonası daxilində, 39 T 0386671;4489226 saylı koordinat üzrə ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin 30.5-ci km-də, kəmərdən təqribən 5-6 metr aralı məsafədə, kəmərə perpendikulyar, 1-ci sırada, kəmərin mühafizə zonası daxilində, 39 T 0386671;4489226 saylı koordinat üzrə ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikilisi aşkar edilmişdir. Məhkəmənin əvvəlki iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etmiş, təmin edilməsini xahiş etmişdir,sonuncu məhkəmə iclası barədə məlumatlandırılmış iddiaçı onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.Lazımi qaydada məlumatlandırılmış cavabdeh isə məhkəmə iclasına gəlməmişdir,əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmişdir. Hazırkı vəziyyətdə məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşin materiallarında olan DƏDRX tərəfindən Cavabdeh adına verilmiş 32317 saylı reyestr qeydli Qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi, yeni məhəllə üçəsində yaşayış sahəsi 41.0kv.m. köməkçi sahəsi 24,4 kv.m .olan 03 otaqdan ibarət yaşayış evi xüsusi mülkiyyət kimi onun adına qeydiyyatdan keçmişdir, onun xüsusi mülkiyyətindədir. Abşeron Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(012)-2000/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/501 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş 4,7 x 9,4 metr ölçüdə çardaq tikilisinin Böyükşor Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərindən 7-11 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında ekspert rəyinə etiraz edərək bildirdi ki, iş üzrə alınmış ekspert rəyində yalnız çardaq tikilisi qeyd edilmişdir. Lakin iddia tələbində mühafizə zonasına Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikilisinin düşdüyü göstərilmişdir. Odur ki, iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmiş,lakin qərardadı icra etmək cavabdehin ekspertizada iştirakını təmin etmək mümkün olmadığından ica etmək mümkün olmamışdır. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin 30.5-ci km-də, kəmərdən təqribən 5-6 metr aralı məsafədə, kəmərə perpendikulyar, 1-ci sırada, kəmərin mühafizə zonası daxilində, 39 T 0386671;4489226 saylı koordinat üzrə ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. DƏDRX tərəfindən Cavabdeh adına verilmiş 32317 saylı reyestr qeydli Qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi, yeni məhəllə küçəsində yaşayış sahəsi 41.0kv.m. köməkçi sahəsi 24,4 kv.m .olan 03 otaqdan ibarət yaşayış evi xüsusi mülkiyyət kimi onun adına qeydiyyatdan keçmişdir, onun xüsusi mülkiyyətindədir. Abşeron Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(012)- 2000/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/501 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş 4,7 x 9,4 metr ölçüdə çardaq tikilisinin Böyükşor Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərindən 7-11 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Qeyd edilənlərdən göründüyü kimi cavadehə məxsus 4,7 x 9,4 metr ölçüdə çardaq tikilisi Böyükşor Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərindən 7-11 metr məsafədə yerləşdiyi nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur.İş materiallarından göründüyü kimi həmin tikili cavabdehin xüsusi mülkiyyətində olan yaşayış sahəsinin tərkib hissəsi kimi dövlət qeydiyyatından keçməmişdir, özbaşına tikilidir və mühafizə zonasına düşür.Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbəsi, yeni məhəllə küçəsində Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşən 4,7 x 9,4 metr ölçüdə çardaq tikilisi onun öz hesabına sökülməli, ərazidən çıxarılmalı, qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə görə Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır. Həmin Qaydaların 7-ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə “50 metr” keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.. Həmçinin, məhkəmə hesab edir ki, ekspertizanın keçirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində pul vəsaitin 25 manatı iddiaçıdan, 25 manatı isə cavabdehdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbəsi, yeni məhəllə küçəsində Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş SOCAR-ın İddiaçı istismarında olan 50 metrlik mühafizə zolağının daxilinə düşən 4,7 x 9,4 metr ölçüdə çardaq tikilisi onun öz hesabına sökülərək ərazidən çıxarılsın. Cavabdeh 50 (yüz) manat məbləğində dövlət rüsumuna görə pul tutularaq, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə ödənilsin. Cavabdeh 25 manat və SOCAR-ın İddiaçındən 25 manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-143/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-143/2023
27.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver