Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1432/2024 08.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddia tələbini təmin edərək, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli **********45-10301 reyestr nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 1-ci dalan, ev 5 (yeni qaydalarla Bəşir Səfəroğlu küçəsi ev 16) ünvanında yerləşən yaşayış sahəsindən və istifadəsində olan torpaq sahəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli **********45-10301 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 1-ci dalan, ev 5 (yeni qaydalarla Bəşir Səfəroğlu küçəsi ev 16) ünvanında yerləşən ümumi sahəsi 71.0 kv.m olan yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3379/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə aralarında xx.xx.2005-ci il tarixli Goranboy rayon VVADQ şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. Daha sonra mübahisəli yaşayış sahəsi ilə əlaqədar olaraq iddiaçı Cavabdeh1 ona qarşı Abşeron Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-718/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Daha sonra iddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-718/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)- 1115/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-718/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Hal-hazırda onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 1-ci dalan, ev 5 (yeni qaydalarla Bəşir Səfəroğlu küçəsi ev 16) ünvanında yerləşən evdə Cavabdeh1 və Cavabdeh2 yaşayırlar. Həmin şəxslərdən ona məxsus olan evdən və torpaq sahəsindən dəfələrlə çıxmalarını tələb etsə də, buna məhəl qoymamış, orada yaşamağa davam etmişdirlər. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Onların ona məxsus torpaq sahəsində və evdə yaşamağa davam etməsi onun konstitusion, eyni zamanda mülkiyyətçi kimi hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, mübahisəli ev Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarış əsasında İddiaçı məxsusdur. xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adından onun nümayəndəsi X1 rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evi İddiaçı bağışlanmışdır. İddiaçı Cavabdeh1 ilə rəsmi nikahda olmuş, sonradan nikahları pozulmuşdur. İddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 1-ci dalan, ev 5 (yeni qaydalarla Bəşir Səfəroğlu küçəsi ev 16) ünvanında yerləşən evdə Cavabdeh1 və Cavabdeh2 yaşayırlar. Həmin şəxslərdən ona məxsus olan evdən və torpaq sahəsindən dəfələrlə çıxmaları tələb edilsə də, buna məhəl qoymamış, orada yaşamağa davam etmişdirlər. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh1 məhkəmədən ona bir az vaxt verilməsini xahiş etmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixində məhkəməyə teleqram göndərərək xəstə olduğu üçün məhkəmə prosesinin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalanda, 0.00929 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 71.0 kvadratmetr olan 16 saylı ev, Yeni qaydalarla: Bəşir Səfəroğlu küçəsi, 16 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2 saylı reyestr kitabının, 70 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********45-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1115/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-718/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1115/2023 saylı qətnaməsindən həmçinin görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-3379/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı və Cavabdeh1 arasında xx.xx.2005-ci il tarixdə Goranboy VVADQ şöbəsində bağlanmış, xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh2 Vüqar oğlunun və xx.xx.2012-ci il təvəllüdlü X4 boşanmadan sonra İddiaçı yanında qalması, Cavabdeh1 İddiaçı xeyrinə xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh2 Vüqar oğlunun və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 manat,cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adından onun nümayəndəsi X1 rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evi İddiaçı bağışlamışdır. -Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 103, mənzil 48-də qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalanda, 0.00929 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 71.0 kvadratmetr olan 16 saylı ev Yeni qaydalarla: Bəşir Səfəroğlu küçəsi, 16 saylı ev Yeni qaydalarla: Bəşir Səfəroğlu küçəsi, 16 saylı ev İddiaçı bağışlama müqaviləsi əsasında sonuncunun mülkiyyətinə verilməklə bu barədə ona daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat, **********45-10301 reyestr nömrəsi ilə qeydə alınmış çıxarış verilmişdir. Hazırda, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan evdən və istifadəsində olan torpaq sahəsindən cavabdehlərin çıxarılmalarını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):
152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı iş”də qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı işi üzrə qərarı”nda isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı nasnİ˝ hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, rəh˝ bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Belə ki, Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin: 1-ci bəndinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Göründüyü kimi, qanunvericilik mülkiyyət hüququnun yaranma anını onun dövlət reyestrində qeydiyyatı anı ilə əlaqələndirir. Burada məqsəd dövlət tərəfindən həqiqi mülkiyyətçinin hüquqlarının qorunmasının təmin edilməsi və onun öz mülkiyyətini kənar şəxslərdən müdafiəsini təşkil edə bilməsidir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qanunvericiliyin tələbləri, beynəlxalq təcrübə və Plenum Qərarı ilə yanaşı qiymətləndirib belə qənaətə gəlir ki, İddiaçı mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, iddiaçının mülkiyyət hüququ olan daşınmaz əmlaka münasibətdə hüquqları məhdudlaşdırıldığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Bеləliklə, məhkəmə iş üzrə tоplаnmış sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrib, qanunun göstərilən tələblərini rəhbər tutaraq hеsаb еdir ki, iddiа ərizəsi əsаslı оlduğundаn təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli **********45-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla: Bəşir Səfəroğlu küçəsi, ev 16) yaşayış sahəsindən və istifadəsində olan torpaq sahəsindən çıxarılmalıdırlar. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli **********45-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla: Bəşir Səfəroğlu küçəsi, ev 16) yaşayış sahəsindən və istifadəsində olan torpaq sahəsindən çıxarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov