Məhkəmə qərarları › İş №2(012)-1447/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1447/2022

24.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1447/2022 24.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X4 Səfiyeva İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsinə vərəsəlik və ondan istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinə 24 yanvar 2022-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsinə vərəsəlik və ondan istifadə hüququnun tanınması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, hal hazırda qeydiyyatda olduğu Xırdalan şəhəri, 28-ci məhəllə ev 1 mənzil 44 mənzilə vərəsəlik və ondan istifadə hüququnun tanınmasına və mənzilin həyat yoldaşı X2 adından onun adına qeydiyyata alınmasına və mənzilin qanun çərçivəsində vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 129285 nömrəli orderin surətindən görünür ki, X3 Xırdalan şəhəri, 28-ci məhəllə ev 1 mənzil 44 ünvanında 5 otaqlı mənzil verilmişdir.İş materiallarından görünür ki, X6 ölmüşdür.Bu səbəbdən iddiaçı həmin mənzilin vərəsəlik qaydasında rəşmiləşdirilməsini istəyir. İş materiallarından göründüyü kimi mübahisəli mənzil dövlətin mülkiyyətində olan mənzil olub, onun əsas icarədarı mərhumX6 olmuşdur. Buradan da müəyyən edilir ki, iddiaçı mübahisəli mənzilin öz adlarına rəsmiləşdirilməsi üçün müvafiq İcra Hakimiyyətinə müraciət etməlidir. İddiaçı isə düzgün olmayaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsinə vərəsəlik və ondan istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçının bu barədə müvafiq İH-ə müraciət etməsi ona izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar