Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1447/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 iyun 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB Bakı Reqional Qazın X1 SX-nin tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli, ******* saylı AKT ləgv edilməsi və bu AKT əsasında üzərimə yüklənən 1477 (min dörd yüz yetmiş yeddi) manat borcun əsassız olduğundan silinməsi, AKT əsasında 1yüklənmiş borca dair edilən tutmalar əsassız hesab olunaraq ondan 650 manat pul cavabdeh idarə tərəfindən özünə qaytarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə xeyli müddətdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni Y\massiv ünvanında yerləşən tikilidən istifadə edir. Bu tikiliyə cavabdeh idarə tərəfindən qaz xətti çəkilərək müvafiq qaydada onunla **********00000 abonent müqaviləsi bağlanmışdır. İstifadə etdiyi qaza görə ödənişləri kart vasitəsi ilə aparır. Lakin, bu yaxınlarda ona məlum olmuşdur ki, 31 mart 2022-ci il tarixdə, cavabdeh idarənin Məmmədov Əbülfət, Yusifov Qürbət, Hüseyinov Bəhrəm adlı əməkdaşları küçəyə baxış keçirib müəyyən etmişlər ki, tikilidə əlavə qaz xətti mövcuddur və bu səbəbdən AKT tərtib edib iddiaçıya 1,477 manat borc yazılmışlar və bu AKT-a imza etməkdən imtina etmişdir. 31.03 2022-ci il tarixli, ******* saylı AKT tərtib edilərkən orada olmamış bu səbəbdən, ad, soyadının qarşısında yalandan ”imtina” sözü yazılmışdır. Onun tikilisinə qaz yalnız bir xətlə gəlir və bu fakt yoxlanarsa təsdiqini tapacaqdır. Əlavə xətt kimi göstərilən xətt onun tikilisindən aralı küçədə ağzı müvafiq qaydada tıxanmış əlavə xətdir və bu xətdən heç kim bu günədək istifadə etməmişdir. Departamentin yuxarıda göstərilən nümayəndələri, dələduzluq göstərərək tikilisinə aid əlavə xətt kimi göstərdikləri xəti qonşuluqda yaşayan X2 (Şükürov Rəhim) məxsus edib müvafiq qaydada, xx.xx.2022-ci il tarixli, ******* saylı AKT tərtib etməklə axırıncıya 2.039 (iki min otuz doqquz) manat borc yazmışlar. Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(012)-5566 saylı qətnaməsi ilə ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən yuxarıda göstərilən AKT əsassız hesab olunmuş və K.Şükürovaya yüklənmiş borc silinmişdir. Göstəriləndən belə çıxır ki, Departamentin işçiləri qaz xətti çəkib küçəyə çıxan hissədə əlavə xətt qoyub ağzını möhkəm plomblayandan sonra vətəndaşdan xəbərsiz barələrində eyni predmetə dair eyni məzmunlu AKT tərtib edib, küçədə sıra ilə yaşayan vətəndaşları yalan əsaslarla borc yükləməklə məşğuldurlar. İddiaçı bu haqda Cavabdehnə ərizə yazıb tikilisinə kənar yan xəttin olub-olmamasını müəyyən edilməsi üçün, yaşadığı ünvana baxış keçirilməsini tələb etmişdir. Amma verilən cavab şikayətinin məzmunu və tələbi ilə uyğunluq təşkil etmir. Halhazıradək, yalan əsaslı akta görə ondan cavabdehin xeyrinə əsassız olaraq 650 manat pul tutulmuşdur. Cavabdeh tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli, ******* saylı AKT yalan əsaslıdır və buna görə, ona yazılmış 1447 (min dörd yüz qırx yeddi) manat silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Qeyd etdi ki, abonent qeyri-qanuni yolla qaz xəttindən istifadə etmişdir. Ona görə də, zərərlə bağlı tələbnamə tərtib edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********00000) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı ünvanda (abonenti kodu **********00000) Smart G-4 X4 tipli, **********9 nömrəli sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmış, abonentin borcu 01/2022-ci il tarixinə 1477,44 manat hesablanmışdır. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********00000) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, onun müraciətinə baxılmış və nəzərinə çatdırılmışdır ki, Azərbaycan xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı Qaydalan”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlardan müəyyən edilir ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni birləşmə, təbii qazdan istifadə edilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. Həmin aktı İddiaçı imzalamaqdan imtina etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatda qaz sərfiyyatı üçün ödədiyi məbləğdən akt əsasında hesablanmış borcdan qanunsuz olaraq 50 manat çıxıldığı bildirmiş, həmin borc məbləğinin silinməsini və ödədiyi məbləğdən tutulmaların geri qaytarılmasını xahiş etmişdir. O halda məhkəmə cərimənin məbləğinin müvafiq olaraq xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1477 manat məbləğində cərimə borcunun real olmadığını nəzərə alıb, cərimə məbləğinin 350 manat müəyyən edilməli olması və bunun artıq cavabdeh tərəfindən tutulmuş olması nəzərə alınmalı nəticəsinə gəlir və məhkəmə hesab edir ki, cərimə məbləğinin 1127 (min yüz iyirmi yeddi) manat hissəsi silinməli və həmin akta əsasən tutulan 300 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, iddia qismən təmin edilməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumuna görə pul cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evində qaz sayğacına (abonent kodu **********00000) dair xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1477 manat cərimə borcunun 1127 manat hissəsi silinsin və həmin akt əsasında tutulan 650 manat məbləğində pul vəsaitinin 300 manat hissəsi Cavabdehndən tutularaq İddiaçı qaytarılsın. Cavabdehndən 30 manat dövlət rüsumuna görə pul tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1447/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1447/2023
12.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver