Məhkəmə qərarları › İş №2(012)-1454/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1454/2023

05.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1454/2023 05.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 may 1997-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, 23 may 1997-ci il təvəllüdlü X7 onun doğma övladıdır. Abiyev Tural anadangəlmə USİ mikrosefaliya xəstəliyindən əziyyət çəkir. Ona görə də övladına İ qrup əlillik dərəcəsi təyin edilmişdir və qəti şəkildə tək başına özünü idarə edə bilmir. Övladlarının bütün tələbatlarını o ödəyir. Həyat yoldaşı X5 dair bütün səlahiyyəltəri notarial qaydada təsdiq olunmuş **********645 nömrəli ərizə ilə ona həvalə etmişdir. Həmin ərizə 1 saylı Sımqayıt regional “ASAN xidmət” mərkəzində xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir. Övladının sağlamlıq imkanları məhduddur. Daima kənar şəxsin qulluğuna ehtiyacı vardır. Həyat yoldaşının Turalı yatağından qaldırmağa və digər tələbatları görməyə gücü çatmadığı üçün o, həyat yoldaşının razılığı ilə övladına patronaj (köməkpi) təyin olunmaq istəyir. Buna görə də ilk əvvəl kömək məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edərək, X7 fəaliyyət qabiliyyətsiz olduğu üçün onun patronaj (köməkçi) təyin olunmağından ötrü Sərəncam verilməsini xahiş etmişdir. Abşeron Rayon İcra Hakimiyyət tərəfindən ona xx.xx.2022-ci il tarixli məktub göndərilmiş və həmin məktubda qeyd edilmişdir. Azərbaycan Respublikası Müki Məcəlləsinin 33.4-cü maddəsinə əsasən psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Bu səbəbdən Komissiya, sözügedən məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Odur ki, o, ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinin nümayəndəsi X6 məhkəmədə izahatında bildirdi ki, iş üzrə təyin edilmiş ekspert rəyinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İş materiallarında olan AA4332962 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X7 23 may 1997-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 1570 saylı rəyindən görünür ki, X3 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara yoxlanılan şəxs doğuş zədəsi ilə anadan olması, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda xeyli geri qalması, nitqinin inkişaf etməməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, Bakı şəhər Uşaq Nevroloji: Xəstəxanasında müalicələrdə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinika şöbəsinin nevroloji və psixiatrik kabinetində qeydiyyatda olmaqla müalicələr qəbul etməsi, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, “USİ mikrosefaliya” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, fizioloji ifrazatları ilə natəmiz olması, yeriməməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə gedişatında dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallannı və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1997-ci il təvəllüdlü X7 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: X3 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. 2-ci sual: xx.xx.1997-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilərmi? Cavab: X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X7 onda müəyyən edilən uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 23 may 1997-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 1570 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdi onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyətli olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 35.7-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 23 may 1997-ci il tarixdə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar