Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1459/2024 20.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi və sayğacın dəyişdirilməsinə görə tutulmuş pul vəsaitinin geri qaytarılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun abonent koduna qanunsuz və əsassız olaraq hesablanmış 1555,20 manat cərimə borcunun silinməsi və Cavabdeh İB-nin öz təşəbbüsü ilə dəyişdirilən sayğaca görə ondan tutulan vəsaitin qaytarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Cavabdeh tərəfindən ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt əsasında 1555,20 manat məbləğində cərimə edilmişdir. Belə ki, sayğac yaşadığı evin həyətində deyil, küçədə yerləşir. Sayğac küçədə quraşdırıldığından ona nəzarət onun iradəsindən kənardadır. Cavabdeh İB-nin Abşeron rayon X3 əməkdaşları 2022-ci ilin noyabr ayında onun yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacının növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açıb götürmüş, ona məxsus evə yeni sayğac quraşdırılmışdır. Ona məxsus fərdi yaşayış evinə məxsus küçədə quraşdırılmış G4 markalı, 1002AQ**********6 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, xx.xx.2023-cü il tarixli, 29/1710- 04626-1 nömrəli aktına əsasən sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün sağ üst hissədən deşici alətlə deşildiyi və istismara yararsız olduğu aşkar edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanmış və itirilmiş qazın dəyərinin 12960 m3 göstərilmişdir. Həmin akta əsasən istehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.2023-cü il tarixdə itirilmiş qazın bərpası üzrə tələbnamə tərtib edilərək cavabdeh qurum olan Cavabdeh İB-nin abonent bazasındakı **********06100 nömrəli abonent koduna 12960 m3=1555,20 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Cavabdeh tərəfindən belə müəyyən edilmişdir ki, abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bir daha qeyd edir ki, sayğac küçədə yerləşir və sayğaca müdaxilə onun iradəsindən kənardadır. Sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 12960 kub metr miqdarında, yəni 1555,2 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən həyata keçirilir. Ona görə də hesab edir ki, itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi, ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə borcun və qaz sayğacının dəyərinin tələb edilməsi əsassızdır. Bildirir ki, o, hazırda sözügedən sayğacın quraşdırıldığı fərdi yaşayış evində yaşamır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı məxsus evə quraşdırılmış sayğac 29 noyabr 2022-ci il tarixdə yenisi ilə əvəz olunmuş, köhnə sayğac isə laboratoriyaya göndərilmişdir. Müvafiq laboratoriya rəyinə əsasən sayğaca müdaxilə olunduğu aşkar edilmiş və nəticədə Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. İddiaçı sözügedən fərdi yaşayış evində yaşamadığını bildirsə də sayğac dəyişdirildiyi vaxtdan indiyədək ötən müddət ərzində hər ay həmin fərdi yaşayış evində təbii qazdan müntəzəm olaraq istifadə olunur və iddiaçının onun tərəfindən sayğaca müdaxilə edilmədiyini bildirməsinə baxmayaraq sayğaca onun evində yaşayan başqa şəxs tərəfindən müdaxilə edilə bilər. İddiaçının sayğac quraşdırılan zaman ondan pul tutulduğunu bildirməsi həqiqəti əks etdirmir, çünki qaz sayğacı dəyişdirilərkən bunun üçün vətəndaşlardan ödəniş alınmır. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********06100) sayğaca baxış keçirilən zaman MSK-29/1710-04626-1 saylı rəyə əsasən 1002AQ**********6 nömrəli sayğacın klopanının işlək olmadığı və yivli birləşmələrin korroziyaya uğradığı aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********06100) 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı məxsus (abonent kodu: **********06100) Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə əsassız olaraq xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1555,20 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X4 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1555,20 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan başqa iddiaçı iddia ərizəsində Cavabdeh İB-nin öz təşəbbüsü ilə dəyişdirilən sayğaca görə ondan tutulan vəsaitin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etsə də iddiaçı tərəfindən ona məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacın dəyişdirilməsi üçün cavabdeh təşkilata ödəniş edilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 35,55 (otuz beş manat, əlli beş qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus (abonent kodu: **********06100) Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 1555,20 manat cərimə silinsin. İddia tələbi iddiaçı tərəfindən Cavabdeh İB-nin öz təşəbbüsü ilə dəyişdirilən sayğaca görə ödənilmiş vəsaitin qaytarılması hissəsində rədd edilsin. Cavabdehndən 35,55 (otuz beş manat, əlli beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1459/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1459/2024
20.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver