Məhkəmə qərarları › İş №2(012)-1473/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1473/2025

18.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1473/2025 18.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü qızı X6 ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsizdir, daim kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı vardır. Qızı əsas diaqnoz Simbellik dərəcəsində ağıl zəifliyi, autizm sindromlu ağır dərəcəli əqli geridir. Daima ciddi qulluq və müalicə tələb edən davranış pozulmaları və nitq qüsuru xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik səbəbindən qızı hərəkətlərini idarə edə bilmir. Bu səbəbdəndə də, qızını nəzarətsiz qoymaq mümkün deyildir. Sənəddən də göründüyü kimi, qızı X6 ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsizdir. Özünü idarə edə bilməyən övladına o baxmaq məcburiyyətindədir və uşağın bütün əziyyətlərini o çəkir. Qızı əqli qüsurlu olduğu üçün sənədləşmə işi lazım olduqda, sənədlərə imza ata bilmir buda bir sıra çətinliklər yaradır. Hal-hazırda övladı X4 məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti hesab olmayan hesab edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi Nümayəndə məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürülərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Naxçıvan Şəhər VVADQ Şöbəsi tərəfindən AZ-İ 795880 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuşdur. X1, anası isə Ərizəçidır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 2061 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. X5 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs asfiksiya ilə anadan olması, körpəlik erkən psixi inkişafda yaşıdlarına nəzərən geri qalması, nitqi kasad olmaqla zəif inkişaf etməsi, əqli geriliklə əlaqədar Bakı şəhər X3 müalicələrdə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrı tərəfindən təyin edilmiş müvafiq müalicələri qəbul etməsi, narahatlığı, davranış pozuntularının biruzə verməsi, narahatlığı, yeriməməsi, fizioloji ifrazatları ilə natəmiz olması, həmçinin hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Kvadroplegik spastik serebral iflic, Simmetrik zədələnmə- statodinamik funksiyanın qabarıq pozulması (yuxarı və aşağı ətraf oynaqlarında çoxsaylı kombinə olunmuş kontrakturalar); iradi hərəkətlərin olmaması, fiksə edilmiş patoloji vəziyyətdə (uzanıq) cuzi hərəkətlərin mümkünlüyü (bədənin bir tərəfə dönməsi); epileptik tutmalar; elementar emosional inkişaf psevdobulbar sindrom(dil və nitq funksiyasının təzahür edən kobud pozuntusu)” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə ağır dərəcəli əqli geriliyin müəyyən edilməsi və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2006-cı il təvəllüdlü X4 öz hərəkətlərini ölçübbiçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. 2-ci sual: X4 xəstəliyi onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə əsas verirmi?-4 - A.Ə.Bağırova Rəy № 1257 1-ci və 2-ci suallara cavab: X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyy&ti olmayan şaxs kimi hesab edilməlidir. X5 müəyyən edilən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 2061 saylı rəyindən müəyyən olunur ki, X6 “ağır dərəcəli əqli gerilik” xəstəliyindən əziyyət çəkir. Beləliklə məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertiza üzrə alınmış xx.xx.2025-ci il tarixli, 2061 saylı rəydə X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, ona görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin qızı-xx.xx.2006-cı il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar