Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-148/2023 03.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı son haqq-hesabın ödənilməsi (əmək və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya tələbinə dair mülki işə 03 may 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı son haqq-hesabın ödənilməsi (əmək və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona ödənilməmiş 14 875,00 (on dörd min səkkiz yüz yetmiş beş) manat əmək haqqı məbləğinin, istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq 5 312,00 (beş min üç yüz on iki) manat məbləğində kompensasiya məbləğinin, əmək haqqı gec ödənildiyi üçün hesablanmış 23 842,50 (iyirmi üç min səkkiz yüz qırx iki manat əlli qəpik) manat faiz məbləğinin, məhkəməyə müraciət üçün çəkdiyi 750,00 (yeddi yüz əlli) manat məbləğində xərcin, 50,00 (əlli) manat məbləğində mediasiya xidmət haqqının, cəmi 44 829,50 (qırx dörd min səkkiz yüz iyirmi doqquz manat, əlli qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 27 mart 2018-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır. İddiaçıya veriləcək aylıq əmək haqqı məbləği bütün vergi və s. məcburi ödənişlər çıxıldıqdan sonra 1700,00 (bir min yeddi yüz) manat razılaşdırılmışdır. Razılaşdırılmış əmək haqqının 850,00 (səkkiz yüz əlli) manat hissəsi iddiaçıya əmək haqqı kartına köçürülməklə, 850,00 (səkkiz yüz əlli) manat hissəsi isə qeyri-rəsmi formada nağd şəkildə ödənilirdi. O, xx.xx.2021-ci il tarixədək müəssisədə həmin vəzifədə çalışmışdır. Əvvəllər aylıq əmək haqqı onunla razılaşdırılmış formada ona ödənilmişdir. Lakin 2020-ci ilin oktyabr ayından etibarən əmək müqaviləsinə xitam verilmə tarixinədək, yəni 12 aylıq dövr ərzində nağd formada verilməli olan əmək haqqı məbləği, 10 200,00 (on min iki yüz) manat pul vəsaiti ona ödənilməmişdir. Həmçinin, 5,5 ay ərzində əmək haqqı kartına köçürülməli olan 4 675,00 (dörd min altı yüz yetmiş beş) manat məbləğində pul vəsaiti ona köçürülməmişdir. İddiaçı Cavabdeh MMC-də çalışdığı 3 il 6 ay ərzində 133 (bir yüz otuz üç) gün ödənişli məzuniyyət hüququ yaranmışdır. Lakin, keçən dövr ərzində cəmi 38 (otuz səkkiz) gün ödənişli məzuniyyət hüququndan istifadə etmişdir. 95 gün istifadə edilməmiş məzuniyyət günü qalmışdır. Həmin günlərin əvəzi olaraq da ona 5 312,00 (beş min üç yüz on iki) manat məbləğində kompensasiya ödənilməli idi. 27 sentyabr 2021-ci il tarixdə Cavabdeh MMC ilə olan əmək müqaviləsinə xitam verilsə də, iddiaçı ilə son haqq-hesab aparılmamış, nə ona ödənilməmiş 14 875,00 (on dörd min səkkiz yüz yetmiş beş) manat əmək haqqı məbləği, nə də istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq 5 312,00 (beş min üç yüz on iki) manat məbləğində kompensasiya ödənişi iddiaçıya verilməmişdir. Cavabdeh MMC tərəfindən son haqq-hesab olaraq iddiaçıya ödənilməli olan 14 875,00 (on dörd min səkkiz yüz yetmiş beş) manat əmək haqqı məbləğinin, həmçinin, istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq 5312,00 (beş min üç yüz on iki) manat məbləğində kompensasiya ödənişinin ona verilməsinə məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Həmçinin, əmək haqqının gec ödənildiyi üçün hesablanmış 23 842,50 manat faiz məbləğinin (oktyabr ayı üzrə 3102,5 (365x8,5); noyabr ayı üzrə 2 839 manat (334x8,5); dekabr ayı üzrə 2 575,50 manat (303x8,5); yanvar ayı üzrə 2 312 manat (272x8,5); fevral ayı üzrə 2 048,50 manat (241x8,5); mart ayı üzrə 1785 manat (210x8,5); aprel ayı üzrə 1 530 manat (180x8,5); may ayı üzrə 2 550 manat (150x17); iyun ayı üzrə 2 040 manat (120x17); iyul ayı üzrə 1 530 manat (90x17); avqust ayı üzrə 1 020 manat (60x17); sentyabr ayı üzrə 510 manat (30x17)) iddiaçıya ödənilməlidir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən ona ödənilməmiş, əmək müqaviləsində qeyd edilmiş aylıq 850,00 manatla hesablanmış 18 631,62 (on səkkiz min altı yüz otuz bir) manat əmək haqqı məbləğinin, cavabdeh tərəfindən ona ödənilməmiş, qeyri-rəsmi olduğu təsdiq edilmiş aylıq 850,00 manatla hesablanmış 10 200,00 (on min iki yüz) manat məbləğində qeyri-rəsmi əmək haqqı məbləğinin, istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq həm rəsmi, həm də qeyri-rəsmi əmək haqqı əsasında hesablanmış 5 312,00 (beş min üç yüz on iki) manat məbləğində kompensasiya məbləğinin; rəsmi əmək haqqının gec ödənildiyi üçün hesablanmış 10 710,00 (on min yeddi yüz on) manat, qeyri-rəsmi əmək haqqının gec ödənildiyi üçün hesablanmış 3 102,00 (üç min yüz iki) manat, cəmi 13 812,00 (on üç min səkkiz yüz on iki) manat məbləğində faizin; məhkəməyə müraciət üçün çəkdiyi 750,00 (yeddi yüz əlli) manat məbləğində xərcin, 50,00 (əlli) manat məbləğində mediasiya xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər. Eyni zamanda bildirdi ki, iş üzrə alınmış ekspert rəyi ilə qismən razıdır. Cavabdeh MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, iş üzrə alınmış ekspert rəyi ilə razı deyildir. Belə ki, ekspert rəyində qeyd olunan 850 manat aylıq əmək haqqı ümumiyyətlə mövcud olmamışdır. Elektron sistemdən çıxarılmış əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərində də iddiaçının aylıq əmək haqqı məbləği xx.xx.2018-ci il tarixə 265 manat, xx.xx.2018-ci il tarixə 265 manat, xx.xx.2019-cu il tarixə 330 manat, xx.xx.2020-ci il tarixə 934 manat müəyyən edilmiş və cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçının əmək haqqının 850 manat olması ilə bağlı iddia ərizəsinə sübut əlavə edilməmişdir. İddia əsassızdır, təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan sübutları tədqiq edib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 81 nömrəli Əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" fərdi şirkətinə əsas iş yeri olaraq "Su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis" vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 2.1. bəndinə əsasən bu Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə 27 mart 2018-ci il tarixdən 27 iyun 2018-ci il tarixədək 3 (üç) ay müddətinə bağlanmışdır və müqavilənin müddəti qurtardıqda xitam verilir. Həmin müqavilənin 4.1. bəndinə əsasən “İşçi"yə hər ay 265 (iki yüz altmış beş) (vergi və digər icbari ödənişlər daxil) manat məbləğində əmək haqqı ödənilir. Mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 42 nömrəli əmrin surətindən görünür ki, ölkə ərazisində elan olunmuş xüsusi rejim dövründə (31 mart 2020-ci il -20 aprel 2020-ci il) tikinti sahələrində təcili və təxirəsalınmaz işlərin görülməsi ilə əlaqədar bir sıra işçilər kimi İddiaçı da işə cəlb olunmuşdur. Mülki işin materiallarında olan xx.xx.2004-cü il tarixdə doldurulmuş 00485526 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci ildə Cavabdeh MMC-də su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Mülki iş materiallarında olan ödəniş kartından çıxarışdan (səh.113-114) görünür ki, İddiaçı məxsus karta xx.xx.2020-ci il tarixində 849.93 manat, xx.xx.2021-ci il tarixində 2000.00 manat, xx.xx.2021-ci il tarixində 2000.00 manat, xx.xx.2021-ci il tarixində 1403.00 manat,xx.xx.2021-ci il tarixdə 418,46 manat, olmaqla cəmi 6670,93 manat məbləğində pul mədaxil olunmuşdur. Mülki iş materiallarında olan ödəniş kartından xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı məxsus kartdan xx.xx.2020-ci il tarixində 849.93 manat, xx.xx.2021-ci il tarixində 453.00 manat, xx.xx.2021-ci il tarixində 2000.00 manat, xx.xx.2021-ci il tarixində 2000.00 manat, xx.xx.2021-ci il tarixində 384.53 manat, xx.xx.2021-ci il tarixində 1403.00 manat, xx.xx.2021-ci il tarixində 427.17 manat, xx.xx.2021-ci il tarixində 418.46 manat, dövr üzrə 7935.19 manat məxaric olmuşdur. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə Qərarın surətindən görünür ki, Amirjanov Phakhri (DYİ- 0026777, VÖEN **********) - xx.xx.1978-ci tarixdə anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, Cavabdeh MMC-nin direktoru, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan və yaşayan - barəsində Azərbaycan Respublikası İXM-nin 460-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli X2 edilməsi ilə bağlı X1 görünür ki, İddiaçı Cavabdeh MMC-də Məşğulluq təsnifatı üzrə: Layihəçi, şəhər infrastrukturu,, Əmək müqaviləsi üzrə: Su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis vəzifəsi işə qəbul edilmiş, müqavilənin bağlanma tarixi xx.xx.2018-ci il , müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2018-ci il, işçinin aylıq əmək haqqı 934 manat, əvvəlki əmək haqqı 330 manat təşkil edir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdehndə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı tərəfinizdən təqdim olunmuş əməkhaqqı kartınıza dair bank çıxarışından və izahatınızdan müəyyən edilmişdir ki, müəssisə tərəfindən Sizə müxtəlif aylar üzrə əmək haqqı ödənilməmişdir. Bu səbəbdən tərəflərindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən müəssisənin vəzifəli şəxsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Nəzərə çatdırılmışdır ki, əmək haqlarının ən qısa zamanda hesablanaraq ödənilməsi ilə bağlı müəssisənin rəhbərliyinə tərəflərindən müvafiq məktub göndərilmişdir. Bildirilmişdir ki, müraciətinizin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq araşdırılması ilə bağlı ona aid olan sənədlərin təqdim olunması məqsədi ilə Cavabdeh rəhbərliyinə tərəflərindən xx.xx.2021-ci il tarixli, **********5 saylı məktub göndərilmiş, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, tələb olunan sənədlərin təqdim olunmasına köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikasınin Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Bildirilmişdir ki, sənədlər təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılacaqdir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə tərəflərindən baxış keçirilərkən onunla Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətin qurtarması) əsasən xitam verildiyi müəyyən edilmişdir. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. Mülki iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-759/2022 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Amirjanov Phakhri tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Amirjanov Phakhri barəsində qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmişdir. İşin materiallarında olan Abşeron rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1524/2022 saylı Qərarından görünür ki, şikayət təmin edilməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərardan müəyyən edilir ki, Amirjanov Phakhri (DYl-0026777) "xxxx" MMC-nin (VÖEN **********) direktoru olaraq tikinti-quraşdırma işlərini həyata keçirmək yolu ilə sahibkarlıq fəaliyyətini həyata keçirərkən, maliyyə təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürüb, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, .Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1,1, 16.1.4, 16.1.6. 53.1. 72, 77.3, 78.1, 103-105, 107-110, 155, 157, 168, 173, 174, 177, 180.1, 218-221-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyada olduğu vergi orqanına təqdim etdiyi bəyənnamələrə gəlirlər və xərclər barədə bilə- bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-nin ünvan 4 ünvanında yerləşən baş ofisində su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis vəzifəsində işləmiş İddiaçı (FİN: xxxxxxx) münasibətdə 11595.76 manat məcburi dövlət sosial sığorta haqları, 463.83 manat işsizlikdən sığorta haqları, 120.66 manat icbari tibbi sığorta haqları, 1590.12 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, ümumilikdə az miqdarda olmaqla 13770.37 manat dövlət büdcəsinə ödənilməli olan məbləği ödəməkdən yayındığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2021-cı il tarixdə Amirjanov Phaktari "Qara Çay” MMC-nin direktoru (VÖEN: **********) vəzifəsində işləyərkən vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə az miqdarda (13770,37 manat məbləğində) sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəməkdən yayınmışdır. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı. 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İXM-nin 460-cı maddəsi ilə təqsirli bilinərək 9639,25 manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ola bilsin ki, İdarəyə yaxınlaşmış və şifahi izahat vermişdir, lakin bu proses rəsmiləşdirilməmişdir. Qeyd olunanlar, Amirjanov Phakhri, İddiaçı izahatları, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci i! tarixli mütəxəssis rəyi və toplanmış sənədlərlə təsdiq olunur. Qanunla müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Bu cür hüquq pozuntularının törədilməsi mövcud qanunvericiliyə əsasən bir neçə növ hüquqi məsuliyyətə səbəb olur. Hüquqi məsuliyyətin növləri hüquq münasibətlərinin xarakterindən asılıdır. Mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xx.xx.2018-ci il tarixli 81 saylı Əmək müqaviləsinə 2 saylı Əlavədən görünür ki, işçiyə hər ay 330 (üç yüz otuz) manat məbləğində əmək haqqı ödənilir. Mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xx.xx.2018-ci il tarixli 81 saylı Əmək müqaviləsinə 3 saylı Əlavədən görünür ki, işçiyə hər ay 934 (doqquz yüz otuz dörd) manat məbləğində əmək haqqı ödənilir. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli "xxxx" Fərdi Şirkətinin Təsisçisinin Qərarından görünür ki, xx.xx.2021-ci il tarixdən "xxxx" Fərdi Şirkətinin fəaliyyətinin dayandırılması, işçilərə xx.xx.2021-ci il tarixdən əmək haqqının hesablanması dayandırılması qərara alınmışdır. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1217 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında İddiaçı cavabdeh "xxxx" MMCdə işlədiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə əmək haqqı üzrə bank hesabından çıxarışlar, tabel uçot vərəqələri, əmək haqqı hesablanmasına dair cədvəllər öz əksini tapmamışdır. Qeyd edilir ki, ekspertiza təyini haqqında Məhkəmənin qərardadında ekspert qarşısında iş materiallarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində cavabdeh "Qara-Çay” MMC tərəfindən İddiaçı aylıq əmək haqqı hər ay 850 manat olmaqla ümumilikdə nə qədər əmək haqqı ödənilməli idi, ümumilikdə ödənilməli olan əmək haqqından nə qədər məbləğdə ödənildiyi və nə qədər məbləğdə ödənilməli olması, hər ay ödənilməli olan, lakin ödənilməyə əmək haqqı üçün gecikmə günlərinin sayına uyğun olaraq hər ay üçün ayrı-ayrılıqda gecikmiş gün üçün əmək haqqının 1 % məbləğində nə qədər ödənc hesablandığı, İddiaçı istifadə etmədiyi 95 gün məzuniyyət günlərinə görə nə qədər məbləğdə pul əvəzi verilməli olması müəyyən edilməsi haqqında suallar qoyulmuşdur. Təqdim edilmiş mülki iş materialları və ekspert qarşısında qoyulmuş sualları nəzərə alaraq xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı aylıq əmək haqqı hər ay 850 manat olmaqla ümumilikdə ödənilməli olan əmək haqqının məbləği 35.811,84 manat (42 ay 4 gün x 850 manat) məbləğində müəyyən edilir. Ekspert qarşısında qoyulmuş sual üzrə aylıq əmək haqqı hər ay 850 manat olmaqla qeyd edilən dövr üzrə ümumilikdə ödənilməli olan 35811,84 manat əmək haqqından iş materiallarında olan bank məlumatlarına (c.i.v.224-227) əsasən İddiaçı əmək haqqı üzrə bank hesabı kartına xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində 17.180,22 manat məbləğində ödənişlər edildiyi müəyyən edilir. Bundan başqa hər ay ödənilməli olan, lakin ödənilməyən əmək haqqı üçün gecikmə günlərinin sayına uyğun olaraq hər ay üçün ayrı-ayrılıqda gecikmiş gün üçün əmək haqqının 1% məbləğinin cəmi 10.710,0 manat (850,0 x 1% x 1260 gün) müəyyən edilir. Eyni zamanda İddiaçı istifadə etmədiyi 95 gün məzuniyyət günlərinə görə ona ödənilməli olan məzuniyyət haqqı 2.656,24 manat (850 / 30.4 x 95 gün) məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qovulmadan istifadə etmədiyi bütün is illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Qeyd olunan Məcəllənin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Əmək Məcəlləsinin 135-ci maddəsində qeyd olunur ki, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir Həmin Məcəllənin 296.4-cü maddəsində qeyd olunur ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəllənin 172.4 və 172.5-ci maddəsinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında 27 mart 2018-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis vəzifəsi üzrə əmək fəaliyyətinə başlamış, xx.xx.2020-ci il tarixli X2 edilməsi ilə bağlı onun əmək haqqı 934 manat müəyyən edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı iddia edir ki, iddiaçıya veriləcək aylıq əmək haqqı məbləği bütün vergi və s. məcburi ödənişlər çıxıldıqdan sonra 1700,00 (bir min yeddi yüz) manat razılaşdırılmışdır. Razılaşdırılmış əmək haqqının 850,00 (səkkiz yüz əlli) manat hissəsi iddiaçıya əmək haqqı kartına köçürülməklə, 850,00 (səkkiz yüz əlli) manat hissəsi isə qeyri-rəsmi formada nağd şəkildə ödənilirdi. 2020-ci ilin oktyabr tarixdən işdən azad olunduğu xx.xx.2021-ci il tarixədək olan 12 aylıq müddət üçün iddiaçının bir illik əmək haqqı 10 200 manat təşkil edir. İş materiallarında olan ödəniş kartından çıxarışdan (səh.113-114) görünür ki, İddiaçı məxsus karta xx.xx.2020-ci il tarixində 849.93 manat, xx.xx.2021-ci il tarixində 2000.00 manat, xx.xx.2021-ci il tarixində 2000.00 manat, xx.xx.2021-ci il tarixində 1403.00 manat,xx.xx.2021-ci il tarixdə 418,46 manat, olmaqla cəmi 6670,93 manat məbləğində pul mədaxil olunmuşdur. Göründüyü kimi, (10.200- 6670,93=3529,07) cavabdeh tərəfindən iddiaçıya karta köçürülməli olan 3529,07 manat köçürülməmiş qalmışdır ki, iddia bu hissədə qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 3529,07 manat əmək haqqına görə pul tutulmalıdır. Məhkəmə iddia tələbinin qeyri-rəsmi aylıq 850,00 manatla hesablanmış 10 200,00 (on min iki yüz) manat məbləğində qeyri-rəsmi əmək haqqı məbləği hissəsini əsaslı hesab edir. Belə ki, iddiaçının izahatından və işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 28 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını dəyişdirilmədən saxlanılmış Abşeron rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 1524/2022 saylı Qərarı ilə və işin digər materialları ilə işin bu halı təsdiq olunur. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə qeyri-rəsmi əmək haqqı kimi verilən cəmisi 10200 manat məbləğində pul da tutulmalı, bu hissədə iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq həm rəsmi, həm də qeyri-rəsmi əmək haqqı əsasında hesablanmış 5 312,00 (beş min üç yüz on iki) manat məbləğində kompensasiya məbləği hissəsində qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyindən göründüyü kimi İddiaçı istifadə etmədiyi 95 gün məzuniyyət günlərinə görə ona ödənilməli olan məzuniyyət haqqı 2.656,24 manat (850 / 30.4 x 95 gün) məbləğində müəyyən edilir. İddiaçıya qeyri rəsmi verilən əmək haqqı tərəflər arasında bağlanan əmək müqaviləsi ilə tənzimlənmədiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə istifadə etmədiyi 95 gün məzuniyyət günlərinə görə 2656,24 məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin rəsmi əmək haqqının gec ödənildiyi üçün hesablanmış 10710,00 (on min yeddi yüz on) manat, qeyri-rəsmi əmək haqqının gec ödənildiyi üçün hesablanmış 3 102,00 (üç min yüz iki) manat, cəmi 13 812,00 (on üç min səkkiz yüz on iki) manat məbləğində faizin tutulması hissəsinə münasibətdə qeyd edir ki, işin materiallarında olan "xxxx" fərdi şirkətinin təsisçilərinin 16 aprel 2021-ci il tarixli Qərarının surətindən görünür ki, 16 aprel 2021-ci il tarixdən şirkət fəaliyyətini dayandırmışdır. Qanunvericiliyin tələbinə görə işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. İşin müəyyən edilən hallarından görünür ki, cavabdeh tərəfindən işçilərə, o cümlədən iddiaçıya əmək haqları müəyyən edilmiş qaydada deyil, gecikdirmələrlə tam olmayaraq verilmişdir. Bu hal əmək haqqlarının cavabdehin iradəsindən asılı olmayan hallara görə gecikdirilməsi kimi qiymətləndirilir. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcu hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin vəkil xərci hissəsində sübut təqdim edilmədiyindən əsassız hesab edir və bu hissədə iddia təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən nəğd ödəniş olaraq 10 200 manat, əmək haqqı hesabından 3529,07 manat, məzuniyyət pulu olaraq 2656,24 manat olmaqla, cəmi 16, 385,31 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş tələbin məbləğinə münasib 139.16 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Eyni zamanda iş üzrə 100 manat məbləğində ekspertiza xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 50 manatı iddiaçıdan 50 manatı cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən nəğd ödəniş olaraq 10 200 manat, əmək haqqı hesabından 3529,07 manat, məzuniyyət pulu olaraq 2656,24 manat olmaqla, cəmi 16, 385,31 manat və 139,16 manat dövlət rüsumuna görə pul alınaraq İddiaçı ödənilsin. İddiaçı 50 manat, Cavabdehndən 50 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Cəmilə Səfiyeva