Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1491/2022 30.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə 30 mart 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” JN-210 saylı 30800027 kodlu dövlət aktının AA3338723 saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi1 və AA3386863 saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1, Ərizəçi2 və digər ailə üzvlərinin adına Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,68 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN - 210 nömrəli dövlət aktı (30800027 kodlu) verilmişdir. Lakin həmin dövlət aktında yanlış olaraq Ərizəçi1 adı Ərizəçi1 Xalıqverdi oğlu kimi, Ərizəçi2 adı isə X1 yazılmışdır. Onlar həmin torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişlər. Bu müraciətə cavab olaraq bildirilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, müraciətə əlavə edilmiş JN-210 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən hüquq sahibinin ata adı və adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən soyad və ad arasında fərq olduğu aşkar edilmiş, dövlət aktında hüquq sahiblərinin adı “Ərizəçi1 Xalıqverdi oğlu” və “X7” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənədlərdə “Ərizəçi1” və “Ərizəçi2” kimi qeyd edilmiş və buna görə də müraciətin təmin edilməsindən imtina edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışda da dövlət aktında göstərilən ata adının və adın səhv qeyd edildiyi öz təsdiqini tapmışdır. Göstərilən hallara görə JN - 210 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının (KOD ********) onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, Ərizəçi1 xalası oğludur. Onun iki qızı, Elmin adlı bir oğlu var. Əslən Ermənistan SSR-nin Qafan rayonundandır. Məlum hadisələrlə əlaqədar oradan Mehdiabad qəsəbəsinə köçmüşlər. Torpaq sahəsi onlara aqrar islahatlarla əlaqədar verilmişdir. Canəlinin Elşən adlı oğlu yoxdur, atasının adı isə Xalıxverdidir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, ərizəçilərin qonşusudur. Onları 1992-ci ildən tanıyır. Ərizəçi1 3 uşağı var. Yeganə oğlu Elmindir. Elminlə dostdur, bacısı ilə isə sinif yoldaşı olub. Təsdiq edir ki, şəhadətnamədə göstərilən torpaq sahəsi Elminə və atası Canəliyə məxsusdur. Mülki işin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1959-cu il tarixdə Ermənistan, Qafan rayonunda və Ərizəçi2 xx.xx.1983-cü il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuşlar. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi2 xx.xx.1983-cü il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuşdur. Atası Ərizəçi1, anası X3r. Mülki işin materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-210 saylı 30800027 kodlu dövlət aktının surətindən görünür ki, Abşeron rayon AİK-nin xx.xx.1998-ci il tarixli, 21 saylı qərarına əsasən Ərizəçi1 Xalıqverdi oğlu, X4, X6, X7 və X2 Abşeron rayonu, Mehdiabad qəsəbəsində kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,68 ha torpaq sahəsi verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” JN-210 saylı 30800027 kodlu dövlət aktında göstərilən hüquq sahiblərinin adı və ata adı ilə vətəndaşın şəxsiyyət vəsiqəsində göstərilən ad və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, dövlət aktında hüquq sahibi “Ərizəçi1 Xalıqverdi oğlu” və “X7” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənədlərdə “Ərizəçi1” və “Ərizəçi2” kimi qeyd edilmişdir. Bunun üçün ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsinin icrasından imtina edilmişdir. İşdə olan 490931 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1981-ci il tarixdə X4 ilə nikaha girmişdir. Nikahdan sonra arvada Zeynalova soyadı verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İHB-nın Mehdiabad qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2021-ci il tarixli arayışlarından görünür ki, JN-210 saylı 30800027 kodlu dövlət aktında qeyd edilən “Ərizəçi1 Xalıqverdi oğlu” Ərizəçi1, “X7” isə Ərizəçi2dur. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, aqrar islahatlar gedən zaman ilkin hüquq müəyyənedici sənəddə texniki yanlışlığa yol verilmiş, hüquq sahiblərinin adı və ata adı səhv yazılmışdır. Ərizəçilər daşınmaz əmlaka dair reyestrdən çıxarış almaq istədikdə bu texniki səhvlər hüququn qeydiyyata alınmasında problemlər yaratmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, Ərizəçi1 atasının adı Xalıxverdi, oğlunun adı isə Elmindir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 saylı qərarı ilə Ərizəçi1 Xalıqverdi oğlu və X5 adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-210 saylı 30800027 kodlu dövlət aktının AA3338723 saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi1 və AA3386863 saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 saylı qərarı ilə Ərizəçi1 Xalıqverdi oğlu və X5 adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-210 saylı 30800027 kodlu dövlət aktının AA3338723 saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi1 və AA3386863 saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1491/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1491/2022
30.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver