Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1500/2023 18.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, cavabdeh X3 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair mülki işə 18 aprel 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X5 qarşı cehiz əşyalarının çıxarılması tələbinə barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 məxsus bir ədəb Qorka, divan və kreslo, stol və stullar, qonaq otağı pərdəsi, yataq dəsti, bir dəst taxt, 2 ədəd döşək, 4 ədəd yastıq və qab-qacaqların onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsi, döngə 1, ev 7 saylı evdən çıxarılması, cavabdehin təqsiri üzündən mediasiya xərci üçün ödədiyi 50 manat, dövlət rüsumu üçün 50 manat ödədiyi məhkəmə xərcin cəmi 100 manatın cavabdeh X2 tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslanıdırılmışdır ki, cavabdeh X7 İddiaçı keçmiş gəlinidir. Cavabdeh ilə iddiaçının oğlu X8 arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-5200/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Daha sonra cavabdehin ona qarşı mülkiyyətində olan mənzilə köçürülmə iddia tələbi Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(012)-3699/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK 13 dekabr 2021-ci il tarixli, 2(105)-3680/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmişdir. İddiaçı kassasiya şikayəti vermişdir. Ali Məhkəmə MK xx.xx.2022-ci il tarixli 2(102)-2223/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin MK həmin qərarını qüvvədə saxlamış, kassasiya şikayətini təmin etməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə qədər ona məxsus cehiz və s. əşyalarını iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsi, döngə 1, ev 7 saylı evdən çıxarmamışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli omuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X3 nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etdi. Qeyd etdi ki, cavabdeh onlarla birlikdə yaşayır, əyaları aparmağa yer yoxdur.Uşaqları azyaşlıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsi, döngə 1, ev 7-də yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********50- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə Cavabdeh qzı arasında olan nikah xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəmə xx.xx.2021-ci il tarixli, 2(060)- 520/2021 saylı qətnaməsinin surətindən görünür ki, X8 ilə Cavabdeh arasında Abşeron rayon Saray qəsəbə İN-də xx.xx.2010-cu il tarixdə bağlanmış, 10 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalması, xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq ’üçün sabit pul məbləğində 115 manat olmaqla, 345 manat miqdarında aliment X4 tutularaq Cavabdeh verilməsi, məhkəmə qətnaməsi alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşın RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsi, döngə 1, ev 7-də yerləşən 0.06 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçının oğlu X8 ilə Cavabdeh qzı arasında olan nikah Sumqayıt şəhər Məhkəmə xx.xx.2021-ci il tarixli, 2(060)-520/2021 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh gəlin köçən vaxt gətirdiyi cehiz əşyaları da həmin ünvandadır. Cavabdehin iddiaçıya qarşı mülkiyyətində olan mənzilə köçürülmə iddia tələbi Abşeron Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(012)-3699/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK 13 dekabr 2021-ci il tarixli, 2(105)-3680/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Ali Məhkəmə MK xx.xx.2022-ci il tarixli 2(102)-2223/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin MK həmin qərarını qüvvədə saxlamış, kassasiya şikayətini təmin etməmişdir. Cavabdeh valideynlərinin evində yaşamasına baxmayaraq cehiz əşyalarının həmin ünvanda qalması iddiaçının öz əmlakından sərbəst istifadə etməsinə imkan vermir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəlləsi) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı(əri), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü olmadığından, onun mübahisəli evdə istifadə hüququ olmadığından iddia təmin edilməli, cavabdeh X5 məxsus bir ədəb Qorka, divan və kreslo, stol və stullar, qonaq otağı pərdəsi, yataq dəsti, bir dəst taxt, 2 ədəd döşək, 4 ədəd yastıq və qab-qacaqlar İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsi, döngə 1, ev 7 saylı evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu, 50 manat məbləğində müdiasiya xərci cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh X5 məxsus bir ədəb Qorka, divan və kreslo, stol və stullar, qonaq otağı pərdəsi, yataq dəsti, bir dəst taxt, 2 ədəd döşək, 4 ədəd yastıq və qab-qacaqlar İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsi, döngə 1, ev 7 saylı evdən çıxarılsın. İş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu, 50 manat məbləğində müdiasiya xərci cavabdeh X5 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim : Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1500/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1500/2023
18.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver