Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1502/2023 18.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qaz hesabat sayğacının sərfiyyatına görə yaranmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 aprel 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı qaz hesabat sayğacının sərfiyyatına görə yaranmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc kimi yazılmış 194 manat 40 qəpik məbləğin (sayğacın dəyərindən əlavə) Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2-da yerləşən mənzil Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. Həmişə onun tərəfindən vaxtlı-vaxtında ödəniş olunmaqla həmin ünvan qazla təmin olunub. xx.xx.2019-cu il tarixində cavabdehin əməkdaşları onların ünvanına qaz sayğacına müdaxilə olunması iddiası ilə akt tərtib edib. Bu səbəbdən sayğac dəyişdirilib və 194,40 manat məbləğində cərimə tətbiq olunub. O, həmin aktın tərtib olunmasının əsassız olduğunu bildirir, çünki onların tərəfindən sayğaca müdaxilə olunmayıb. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Bildirdi ki, ünvan 2-da yerləşən mənzildə onun anası X2 yaşayırdı, Cavabdeh tərəfindən aktlar tərtib olunmazdan 1 ay əvvəl X2 vəfat etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Onunla telefon əlaqəsi saxlanılmış, məhkəmə prosesində iştirak etmək istəmədiyini bildirmişdir.Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx.xx.1955-ci il tarixində Ermənistan Respublikasının Meğri rayonunda anadan olmuş X2 xx.xx.2019-cu il tarixində Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmişdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* №-li Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan müəyyən edilir ki, istehlakçı X1 məxsus ünvanda (abonenti kodu **********25240) Smart G-4 markalı **********7 nömrəli sayğacda və qa xəttində olan qaynaq və yivli birləşmələr yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verdiyi müəyyən olunmuş, qaz sayğacı abonentə təhvil verilmişdir. Aktın digər qeydlər hissəsində çıxış borusunda dəlik aşkar olunduğu qeyd edilmişdir. Həmin aktı İddiaçı Cavabdeh əməkdaşları ilə birlikdə imzalamışdır. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Cavabdeh əməkdaşları tərəfindən istehlakçı X1 məxsus ünvanda (abonenti kodu **********25240) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, Cavabdeh 29/1640-1087 nömrəli rəyinə əsasən sayğacın çıxış borusunun deşilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. Həmin aktı Cavabdeh əməkdaşları imzalamış, istehlakçı X2 isə aktı imzalamaqdan imtina etmişdir. Mülki iş materiallarında olan Abonent saldosundan görünür ki, abonent kodu **********25240 olan, ailə tərkibi 1 nəfər olan X2 - ünvan 1 ünvanında xx.xx.2019-cu il tarixdə Smart G-4 markalı **********7 nömrəli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), Qızdırıcı radiator peçi (1/1) abonentin borcu aprel 2019-cu il tarixinə akt üzrə 194,40 manat borc hesablanmışdır. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamədən müəyyən edilir ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. (1.2x6x90=648 m3 0.8x18x90=1296 m3), cəmi 1944 m3. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, X1 məxsus qaz sayğacına baxış keçirilərkən Cavabdeh 29/1640-1087 nömrəli rəyinə əsasən sayğacın çıxış borusunun deşilməsi aşkar olunmuş və dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. Həmin aktı Cavabdeh əməkdaşları imzalamış, istehlakçı X2 isə aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə 1.2x6x90=648 m3 0.8x18x90=1296 m3), cəmi 1944 m3 (194,4 manat) 90 gün üçün əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan abonentin saldosundan görünür ki, abunə kodu **********25240 olan ünvan üzrə xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 194,40 manat borc hesablanmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatda qazdan qeyri-qanuni istifadə etmədiyini bildirmişdir. Məhkəmə aktlar üzrə borc məbləğinin müvafiq olaraq üç aylıq müddət üçün deyil, aktlar üzrə borc məbləğinin 1/3 hissəsini təşkil edən aktlar üzrə cərimə borcunu 65 manat götürülməklə borcun məbləğindən 129,4 manat silinməsi nəticəsinə gəlməyi qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən evdə qaz sayğacına (abonent kodu **********25240) dair akt üzrə hesablanmış 129,4 manat borcu silinməli, iddia qismən təmin edilməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh İB-dən tutulub dövlət büdcəsinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı, ünvan 2 ünvanında yerləşən evdə abunə kodu **********25240 olan ünvan üzrə xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış cərimə borcunun 129,4 manat hissəsi silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1502/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1502/2023
18.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver