Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1515/2022 27.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, JN-1050A saylı, 30800118 kodlu və JN-819A saylı, 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin AZE № 0******* saylı, xxxxxxx seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən ona məxsus olan 0.10 ha torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı o, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, torpağın mülkiyyətə verilməsinə dair JN- 1050A saylı Kod: 30800118 nömrəli şəhadətnamədə onun adı, soyadı və ata adı “Ərizəçi Binnət oğlu” kimi və JN-819A saylı, Kod 30800118 nömrəli şəhadətnamədə isə “Ərizəçi Binət oğlu” kimi qeyd edildiyindən, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 01.11.2021-ci il tarixli məktub ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. O, hətta hər iki şəhadətnamədə ata adında yol verilmiş səhvin aradan qaldırılması və düzəlişin edilməsindən ötrü Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kəndi üzrə nümayəndəliyinə müraciət etmiş və ona ayrı-ayrılıqda hər iki şəhadətnamə üçün 12.11.2021-ci il və 17.11.2021-ci il tarixli arayışlar verilmişdir. Hətta Abşeron Rayon İcra Hakimiyyətinə rəsmi şəkildə ərizə ilə də müraciət etmiş, həmin qurum tərəfindən ona 18.11.2021-ci il tarixli, 5/3530 nömrəli məktub göndərilmiş və həmin məktubda Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarını rəhbər tutaraq aidiyyəti üzrə məhkəmə müraciət etməsi bildirilmişdir. Sözügedən şəhadətnamələrin ona məxsus olması faktının müəyyən edilməsi həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5 maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -13.12.1956-cı il tarixli ЗЖ № 956189 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 13 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X2, anası X1r. -16.01.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-819A saylı 30800118 kod nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli 28 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu Novxanı kəndində yerləşən 0.10 ha sahəsi Abşeron rayon Novxanı kənd sakini Ərizəçi Binət oğlunun mülkiyyətinə verilmiş və 791 nömrə ilə qeydə alınmışdır. -17.01.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-1050A saylı 30800118 kod nömrəli şəhadətnamədən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli 28 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu Novxanı kəndində yerləşən 0.10 ha sahəsi Abşeron rayon Novxanı kənd sakini Ərizəçi Binnət oğlunun mülkiyyətinə verilmiş və 997 nömrə ilə qeydə alınmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kəndi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08.09.2021-ci il tarixli 8D saylı, 03.11.2021-ci il tarixli 1095 saylı və 12.11.2021-ci il tarixli 1113 saylı arayışlardan görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-1050A, Kod 30800118 saylı şəhadətnamədə Ərizəçi Binnət oğlu yazılmışdır. Əslində, “Ərizəçi” olmalıdır. Düzəliş AZE № 00243471 saylı şəxsiyyət vəsiqəsinə əsasən yazılmışdır. -Maraqlı şəxs tərəfindən verilmiş 28.09.2021-ci il tarixli **********33 saylı və 20.10.2021-ci il tarixli **********54 saylı məktublardan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətə baxılmış, JN-1050A nömrəli torpağa mülkiyyətə verilməsinə dair göstərilən hüquq sahibinin ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-1050A nömrəli şəhadətnamədə hüquq sahibi “Ərizəçi Binnət oğlu” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kəndi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17.11.2021-ci il tarixli 1138 saylı arayışdan görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-819A, Kod 30800118 saylı şəhadətnamədə Ərizəçi Binət oğlu yazılmışdır. Əslində “Ərizəçi” olmalıdır. Düzəliş AZE № 00243471 saylı şəxsiyyət vəsiqəsinə əsasən yazılmışdır. -Abşeron Rayon İcra Hakimiyyətinin 18.11.2021-ci il tarixli 5/3530 saylı məktubundan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarını rəhbər tutaraq aidiyyəti üzrə məhkəmə müraciət etməsi tövsiyyə olunmuşdur. -Abşeron RPŞ tərəfindən 29.12.2011-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nəsibov X3 rayonu, Novxanı kəndində qeydiyyatdadır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Ərizəçi torpağın mülkiyyətə verilməsinə dair 16.01.2006-cı il tarixli, JN- 819A saylı 30800118 kod nömrəli və 17.01.2006-cı il tarixli, JN-1050A saylı 30800118 kod nömrəli şəhadətnamələr təqdim olunmuşdur. Qeyd olunan sənədlərdə hüquq sahibinin ata adı ilə ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddə ata adı arasında ziddiyyət yarandığından əmlaka hüquqların qeydə alınmasından imtina edilmişdir. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 15.1.1.-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. Bu səbəbdən də, hazırda, Ərizəçi qeyd olunan şəhadətnamələrin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ərizəçinin izahatını, eyni zamanda məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin göstərdiyi və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, 16.01.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-819A saylı 30800118 kod nömrəli şəhadətnaməyə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli 28 nömrəli Qərarı ilə 0.10 ha torpaq sahəsinin verildiyi mülkiyyətçi qismində Abşeron rayon Novxanı kənd sakini “Ərizəçi Binət oğlu” kimi, 17.01.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN- 1050A saylı 30800118 kod nömrəli şəhadətnaməyə əsasən isə Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli 28 nömrəli Qərarı ilə 0.10 ha torpaq sahəsinin verildiyi mülkiyyətçi qismində Abşeron rayon Novxanı kənd sakini “Ərizəçi Binnət oğlu” kimi qeyd edildiyi halda, həmin şəxsin adı Abşeron RPŞ tərəfindən verilmiş 29.12.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, “Ərizəçi” kimi qeyd edilmişdir. Bu isə “Ərizəçi Binnət oğlu”nun və “Ərizəçi Binət oğlu”nun “Ərizəçi” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda, məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli 28 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-819A saylı 30800118 kod nömrəli 16.01.2006-cı il tarixli şəhadətnamədə göstərilən “Ərizəçi Binət oğlu”nun, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli 28 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1050A saylı 30800118 kod nömrəli 17.01.2006-cı il tarixli şəhadətnamədə göstərilən “Ərizəçi Binnət oğlu”nun isə “Ərizəçi” ilə eyni şəxs olması öz təsdiqini tapdığından, həmin şəhadətnamələrin Abşeron RPŞ tərəfindən verilmiş 29.12.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin:
76. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.11. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli 28 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-819A saylı 30800118 kod nömrəli 16.01.2006cı il tarixli, 791 nömrə ilə qeydiyyata alınmış şəhadətnamənin və JN-1050A saylı 30800118 kod nömrəli 17.01.2006-cı il tarixli, 997 nömrə ilə qeydiyyata alınmış şəhadətnamənin Abşeron RPŞ tərəfindən verilmiş 29.12.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov