Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1517/2024 05.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında sonuncu sayğac dəyişmələri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə İddiaçı (onun) adına **********16991) abunə kodu olan 52347291M2050165 nömrəli elektrik sayğacına müdaxilə edilməsi əsası ilə tərtib olunmuş akt üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tətbiq edilmiş 800 (səkkiz yüz) manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 2 ünvanında sonuncu sayğac dəyişmələri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə İddiaçı (onun) adına **********16991) abunə kodu olan 52347291M2050165 nömrəli elektrik sayğacı quraşdırılmışdır. Elektrik enerjisi sərfiyyatı üzrə istifadə olunan kommunal məbləğlər, dövlət tərəfindən müəyyən edilmiş qaydalar nəzərə alınmaqla daima, vaxtlı-vaxtında ödənilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə cavabdehin ərazi üzrə nəzarətçiləri (Rəfiyev Rauf və Nəsirov Tağı) tərəfindən yaşadığı ünvanda, o həmin zaman evdə olmadığı halda, (AKT NDM 032807 nömrəli) tərtib etmişlər. Cavabdehin nümayəndələri aktda qeyd etmişlər ki, EEİQ-na uyğun fərdi yaşayış evinə quraşdırılan elektrik sayğacına baxış keçirilən zaman məlum oldu ki, mənzilin həyətinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt 52346940 nömrəli elektrik sayğacına giriş sip xəttinin izolyasiyasını zədələyərək qeyd olunan abonentin (İddiaçı) mənzilinin dam örtüyünün alt hissəsindən qoşulmuşdur. Çəkiliş zamanı abonent (özünü makler kimi təqdim etdi) tərəfindən həyətdən kənar qoşulan naqil kəsildi. Abonent özünü təqdim etmədi. Cavabdehin hərəkətlərini qanunsuz hesab edir. Belə ki, "xxxx" ASC tərəfindən abonentə verilən Abunə haqqında çıxarışdan məlum olur ki, ona məxsus mənzildə quraşdırılmış elektrik sayğacı üzrə sərfiyyat hər ay ödənilmiş və akt tərtib olunan vaxtadək mənim heç bir borcu olmamışdır. Məhkəməyə məlum edir ki, cavabdeh tərəfindən qeyd olunan həmin sayğac ona məxsus deyildir. Bu sayğac yaşadığı ünvana yaxın “OBA” marketə məxsusdur. O heç bir zaman sayğaca əlavə xətt çəkməmişdir, onun bundan xəbəri yoxdur. Cavabdeh tərəfindən 800 manat məbləğində cərimələnməyi əsassızdır, (cərimə barədə ona cavabdeh tərəfindən heç bir rəsmi sənəd təqdim edilməmişdir).Məlumat üçün bildirir ki, valideynləri tərəfindən sayğacın zədələnməsi barədə 102 xidmətinə məlumat verilmişdir və müvafiq araşdırma aparılaraq fakt təsdiq edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən yaşadığı ünvan 3 ünvanında sonuncu sayğac dəyişmələri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdə İddiaçı (onun) adına **********16991). Abunə kodu olan 52347291M2050165 nömrəli elektrik sayğacına müdaxilə edilməsi əsasında tərtib olunmuş akt üzrə cərimə olunmağı əsassızdır. Bu baxımdan istehlakçı olaraq hüququqlarının pozulması səbəbindən məhkəməyə müraciət etməyə vadar olmuşdur.Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, işıq xəttinə qoşulan kənar xətt ona aid deyil. Qonşusu öz evini iki evə bölmüşdür. Həmin elektrik xəttinə qoşulan naqil qonşusuna aiddir. Ona yazılmış akt qanunsuzdur və əsassız olaraq cərimə yazılmışdır. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qəbul etməmiş və əlavə olaraq izahatında göstərmişdir ki, İddiaçı tərəfindən işıq xəttinə kənar xətt qoşulmuşdur. "xxxx" ASC tərəfindən akt tərtib olunmuş və cərimə yazılmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə iclasındа tədqiq оlunmuş: -"xxxx" ASC-nin abunə haqqında saldosundan görünür ki, abunə kodu **********16991 olan İddiaçı məxsus Xırdalan şəhəri, ev(bina):0011, mənzil:6991 ünvanına yerləşdirilmiş elektrik sayğacına elektrik enerjisindən istifadə qaydasının (EİQ) pozulmasına görə 773.11 manat borc hesablanmışdır. -"xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 032807 saylı aktdan görünür ki, İddiaçı məxsus olan evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman mənzilin həyətinə sayğac sxemindən kənar xətt daxil edilib, kənar xətt 52346940 №-li elektrik sayğacına giriş sip xəttinin izolyasiyasını zədələyərək qeyd olunan abonentin (İddiaçı) mənzilinin dam örtüyünün alt hissəsindən qoşulmuşdur. Çəkiliş zamanı abonent (özünü makler kimi təqdim edib) tərəfindən həyətdən kənar qoşulan naqil kəsilib, kənar qoşulan naqilin N-kəsik sahəsi S+2x2.5 mm2-lik (göy və ağ rəng) mis naqil, Psay+0.22 kvt (sıfır tam yüzdə iyirmi iki) təşkil edilib. Kənar xətt abonent tərəfindən kəsilmişdir. -"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri və Texniki sahələr üzrə tələblərə dair Qərar”ının surətindən görünür ki, abunə kodu **********16991 olan İddiaçı məxsus ünvana quraşdırılmış sayğaca baxış keçirilərkən yoxlama zamanı məlum olmuşdur ki, mənzilin həyətinə sayğacı sxemindən kənar xətt daxil olmuş, kənar xətt 52346940 №-li elektrik sayğacına giriş Sip xəttinin izoliyasiyası zədələnərək qeyd olunan abonentin (İddiaçı) mənzilinin dam örtüyünün alt hissəsindən qoşulmuşdur. 5.9 kvt x (0.7) x 24 saat x 60 gün = 5947 kvts, Tarif (0.13 man) – 5947 kvts x 0.13 = 773 manat borc hesablanmış, kənar xətt ləğv edilmiş və aktın verilməsi üçün əsas xx.xx.2023-cü il tarixli, 030807 saylı akt olmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, ********* saylı məktubun surətindən görünür ki, ünvan 4 ünvanında yaşayan Nümayəndə1 xx.xx.2023-CÜ il tarixli DİN-nin “102” xidmətinə zəng edərək və Abşeron RPİ-nə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə onun yaşadığı və oğlu İddiaçı adına qeydiyyata aiınmış işıq sayğacının (abunə kodu:-900731000U6991; sayğac nömrəsi-52347291M2050165) ziyan dəyməsi barədə məlumat vermişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-5692/2023 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-6654/2023 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. -İş materiallarına əlavə olunmuş foto-şəkillərdən görünür ki, naqil vasitəsilə işıq xəttinə kənar qoşulma halı müəyyən edilmişdir. -İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş diskdən görünür ki, iddiaçı qonşularının evlərini və elektrik xətlərini göstərmişdir. -İş materiallarına cavabdeh tərəfindən əlavə olunmuş diskdən görünür ki, işıq xəttinə iddiaçı tərəfindən kənar qoşulma əks olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ. hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ. hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə “Qaydalar” adlanacaq): 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı elektrik enerjisindən kənar xətt qoşulmaqla istifadə edilməsinə görə barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 032807 saylı akta əsasən, 773.11 manat borc hesablanmış, bu səbəbdən də, iddiaçı həmin borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qəərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hiro Balani İspaniyaya qarşı» işi üzrə 09 dekabr 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Göründüyü kimi iddiaçı iddia tələbində və izahatında abonet kimi onun işıq enerjisinə qeyri-qanuni qoşulması olmadığını və cərmənin əsassız yazıldığını göstərsə də sübutetmə vəzifəsi onun üzərinə düşməsinə baxmayaraq həmin halları sübut edə bilməmişdir. Beləliklə də, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etsə də, məhkəmə araşdırması zamanı elektrik sayğacının sxemdən kənarlaşdırılmaqla elektrik enerjisindən istifadə qaydalarının pozulması öz təsdiqini tapdığından iddia tələbi əsassızdır, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1517/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1517/2024
05.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver