Məhkəmə qərarları › İş №2(012)-1524/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1524/2021

27.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1524/2021 27.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 27 dekabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən 30.12.2019-cu il tarixli ******* saylı akta əsasən hesablanmış 885,60 manat borcun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, Y/X, ev 07-də qeydiyyatda olsa da, Abşeron rayonu, Hökməli qəsəbəsində nömrəsiz evdə yaşayır. Yaşadığı evə Cavabdeh tərəfindən sayğac vasitəsi ilə qaz verilir. Sayğac yaşadığı evdən kənarda yerləşir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən gecə saatlarında qeyd etdiyi sayğac yoxlanılma zamanı ona məxsus mənzilə təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə etməyi aşkarlanmış, 30.12.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Sözügedən aktdan qaz pulu ödəyərkən ondan əlavə pul tutulduğundan sonra məlumatı olmuşdur. Cavabdeh əməkdaşları tərəfindən aktlaşdırıldığı həmin sayğac qonşusuna məxsusdur. Lakin akt onun barəsində tərtib edilmişdir. Bununla bağlı 02.12.2020-ci il tarixdə oğlu Cavabdehnə ərizə ilə müraciət etmişdir. Bundan sonra bilmişdir ki, ona Cavabdeh 30.12.2019-cu il tarixli ******* saylı akta əsasən 885 (səkkiz yüz səksən beş) manat 60 (altmış) manat itirilmiş qazın həcmi olan borc yazılmışdır. Tərtib olunmuş aktda borcun onun tərəfindən ödənilməsi göstərilmişdir. Belə ki yoxlama keçrilməsində onun iştirakı təmin edilməmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyib, izahatında bildirdi ki, İddiaçı Abşeron rayonu Hökməli qəsəbəsində yaşadığı evin qaz sayğacından kənar istifadənin edilməsi aşkar olunduğundan Cavabdeh İB-nin əməkdaşları tərəfindən əsaslı olaraq 30.12.2019-cu il tarixli ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən 885 manat borc hesablanmışdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, ekspert rəyini işin materialları ilə birgə araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş 30.12.2019-cu il tarixli ******* nömrəli aktdan müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evə (abonent kodu **********06334) baxış keçirilən zaman qaz sayğacından kənar qeyri-qanuni istifadə edilməsi müəyyən edilmişdir. Həmin akt Cavabdeh Bakı X5 Departamentinin əməkdaşları tərəfindən imzalansa da, istehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki iş materiallarında olan Cavabdeh Bakı X5 Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının rəisi Natiq Qənbərov tərəfindən təsdiq edilən 30 dekabr 2019-cu il tarixli qərardan görünür abonent istehlakçı İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən evi (abonent kodu **********06334) qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. (cəmi 8856 m 3) Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.11.2021-ci il tarixli 10/3909 nömrəli rəyindən aşağıdakılar müəyyən edilir: “Ekspertə təqdim edilmiş Abşeron rayonu, Hökməli qəsəbəsində İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı aşkar edilmədi. Yuxarıda göstərilən daşıyıcı qaz xəttinin üzərində olan borucuğun sonluğu qaynaqla bağlanmış vəziyyətdədir. Qeyd olunan borucuğun sonluğunun açıq olduğu halda, həmin borucuq vasitəsi ilə sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Bununla da, iddiaçının, yaxud digər abonentin həmin borucuq vasitəsi ilə sayğacdan kənar təbii qazdan istifadə edib-etməməsi məhkəmə tərəfindən araşdırmalarla müəyyən edilə bilər.” “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilmişdir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsində göstərilmişdir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadığı fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı aşkar edilməmişdir.Qaz xəttinin üzərindəki borucuq qaynaq olunmuşdur. İddiaçının izahatına görə o həmin ünvana köçərkən cavabdehin nümayəndələri gəlib kənarxətt qaynaq etmişlər, elə həmin vəziyyət necə var eləcə də qalıb. Ona görə də, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş 30.12.2019-cu il tarixli ******* saylı aktın nəticəsi olaraq hesablanmış 885.6 manat cərimə borcu əsassız hesab edilməli, silinməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.11.2021-ci il tarixli 10/3909 nömrəli rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 102 manatdır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir: Belə olan halda ekspertiza tədqiqatının dəyəri olan 102 manat Cavabdeh İB-dən alınmalıdır. Eyni zamanda, iddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumuna görə pul da cavabdehdən dövlət nəfinə tutulmalıdır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evə (abonent kodu **********06334) dair hesablanmış 885.6 (səkkiz yüz səksən beş manat altmış qəpik) manat cərimə borcu silinsin. Ekspertiza tədqiqatının dəyəri olan 102 manat Cavabdeh İB-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına və 20 manat dövlət rüsumuna görə pul dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar