Məhkəmə qərarları › İş №2(012)-1526/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1526/2025

06.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1526/2025 06.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, X4 kаtibliyi ilə, İddiaçı X2 vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh1 iştirakları ilə, İddiaçılar X5 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi və 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, müqavilənin dəyişdirilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X5 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi və 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, müqavilənin dəyişdirilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 15 yanvar 2019-cu il tarixədək İddiaçı1 sahibliyində və istifadəsində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi, döngə 6 ünvanındakı iki otaqlı fərdi yaşayış evinin alqı-satqısından əldə olunmuş malyyə vəsaiti hesabına iddiaçının etibarından sui-istifadə edərək Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsindəki fərdi yaşayış evinin altındakı torpaq sahəsini öz mülkiyyətinə alan Cavabdeh1 adına bağlanmış Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin (şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar olaraq) etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar olaraq Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsindəki fərdi yaşayış evinin altındakı torpaq sahəsinin alqı-satqı müqaviləsinin İddiaçı1 adına dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 və X3 uşaqları ilə birlikdə 2019-cu ilin yanvar ayından etibarən hazırki vaxtadək Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsindəki fərdi yaşayış evində yaşadıqları 6 (altı) il, yəni 60 (altmış) ay müddət kirayə müddəti kimi qəbul olunmaqla aylıq 350 manat olmaqla yaşadıqları 60 ay üçün 21000 (iyirmi bir min) manat icarə haqqı cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iddia ərizəsinin baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 ərizəsini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdehlər Balakən rayonunda rəsmi qeydiyyatdadırlar. Hesab edir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydalarına əməl edilməmişdir. Odur ki, o, ərizəsinin təmin edilməsini və hazırki işin baxılması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, sözügedən mənzil Abşeron rayonunun ərazisində yerləşdiyindən o, hesab edir ki, hazırki mübahisəyə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Bu səbəbdən o, vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında vəsatəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi və 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər, yalnız 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş olunmuşdur. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, cavabdehin ərizəsini, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh2 Balakən rayonu, Qullar kəndi, Yumuxov X9 rayonu, Xətai küçəsi, 9 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1 maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlakın olduğu yer üzrə verilən iddia tələbləri 1) mülkiyyət hüququnun tanınması, 2) qeyri-qanuni sahiblikdən götürülmə, 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulduğu hallarda mümkündür. Hazırki iddia tələbləbində müstasna aidiyyətlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş normaların tələblərinin pozulması deyil, həmin əmlak barəsində bağlanılmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və pul tələbidir ki, həmin iddia tələbi də ümumi aidiyyət qaydalarına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə məhkəmədə baxılmalıdır. Hazırki iş üzrə cavabdehlər Cavabdeh2 Balakən rayonu, Qullar kəndi, Yumuxov X9 rayonu, Xətai küçəsi, 9 ünvanında qeydiyyatda olduqlarından, ümumi aidiyyət qaydalarına uyğun olaraq iddia tələbi cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsində, yəni Balakən Rayon Məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 40.1. maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : İddiaçılar X5 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi və 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, müqavilənin dəyişdirilməsi və pul tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar