Məhkəmə qərarları › İş №2(012)-1528/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1528/2022

20.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1528/2022 20.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2(012)-1528/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 255.0.5-ci maddəsinə əsasən mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2022-ci il tarixli 1543 saylı rəyi Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1528/2022 saylı qərardadı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi barədə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etdiyi şəxs, yəni qardaşı X3 vəfat etdiyi üçün mülki işin baxılmamış saxlanılmasını, eyni zamanda, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun qaytarılmasını məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəçinin ərizəsini və mülki iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizəçi mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, maraqlı şəxs isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Mülki iş materiallarına əlavə olunmuş Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X1 adına çağırış daxil olmuş və həkimə qədər kişi cinsindən ölüm halı baş vermişdir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin: 114.1.5. maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 260.3. maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Mülki iş materiallarına əlavə olunmuş ödəniş qəbzindən göründüyü kimi, ərizənin verilməsinə görə ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, mülki iş üzrə ərizə baxılmamış saxlanıldığından, Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:35-də Kapital Bank ASC-nin “Absheron” filialında (Əməliyyat İD: 30480476, qəbz nömrəsi: 17407, Terminal nömrəsi: K0123005, Ödəniş növü: Nağd, Fin kod: xxxxxxx, məhkəmə növü: Abşeron rayon Məhkəməsi, Büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: 8********) ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:35-də Kapital Bank ASC-nin “Absheron” filialında (Əməliyyat İD: 30480476, qəbz nömrəsi: 17407, Terminal nömrəsi: K0123005, Ödəniş növü: Nağd, Fin kod: xxxxxxx, məhkəmə növü: Abşeron rayon Məhkəməsi, Büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: 8********) ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar