Məhkəmə qərarları › İş №2(012)-154/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-154/2021

05.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-154/2021 05.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin Cavabdeh qarşı «magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş fərdi yaşayış evinin və daş hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin səlahiyyətli nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» X2 X5 balans və istismarında olan 530 mm diametrli 12 atmosfer təzyiqli «Qaradağ-Sumqayıt» yerüstü magistral qaz kəmərinin Abşeron rayonunun, Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, sözügedən magistral qaz kəmərinin 32-ci kilometrliyində, magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş “daş hasar” və “fərdi yaşayış evi”-nin boşaldılaraq cavabdehin hesabına əvəzi ödənilmədən sökülməsi, tikinti mal-materiallarının magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” X2 X5 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, magistral qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə müvafiq magistral qaz kəmərindən 8 metr məsafə aralıda daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. xx.xx.2019-cu il tarixində Abşeron rayonu, Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisində, 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (12atm.) yerüstü magistral qaz kəmərnin mühafizə zonasında vətəndaş Cavabdeh tərəfindən magistral qaz kəmərindən 8 metr məsafə aralıda fərdi yaşayış evi və daş hasarın inşa edilməsi barədə “Qaz İxrac” X4 X5 5 saylı Xətti İstismar Xidmətinin məsujl əməkdaşları tərəfindən akt və xx.xx.2019-cu il tarixdə xəbərdarlıq məktubu tərtib edilmiş, elə həmin tarixdə də özbaşına inşa edilmiş fərdi yaşayış evi və daş hasarın ləğv edilərək magistral qaz kəmərindən 50 metr məsafə aralıya kənarlaşdırılması barədə müvafiq xəbərdarlıq məktubunu qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 say Qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirlər Qaydaları»na əsasən, magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti quraşdırma islərinin aparılması qəti qadağandır. Beləliklə, yuxarıda sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh mühafizə zonasında inşa etdiyi tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də, hesab edir ki cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Buradan da müəyyən olunur ki, cavabdeh M.M.Eminovun buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili cavabdehin öz hesabına sökülməlidir. Qanunun tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən tikintitexniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2601 saylı ekspert rəyindən görünür ki, «Qaradağ-Sumqayıt» yerüstü magistral qaz kəmərinin Abşeron rayonunun, Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, sözügedən magistral qaz kəmərinin 32-ci kilometrliyində təqdim olunmuş ərazidə fərdi yaşayış evi və mişar daşından inşa edilmiş hasar tikilisi mövcuddur. 530 mm diametrli, 12 atmosfer təzyiqli “Qaradağ-Sumqayıt” yerüstü magistral qaz kəmərinin 7,8 metr aralıda yerləşən hasar tikilisinin və 19,8 metr aralıda yerləşən fərdi yaşayış evinin sözügedən magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən olunur. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq SOCAR “Qaz İxrac” X2 X5 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, magistral qaz kəmərinin 32-ci kilometrliyində, magistral qaz kəmərindən 8 metr məsafə aralıda daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təstiq edilm “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”na əsasən magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qadağandır. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2-ci maddəsinin 7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.11-ci bəndinin “a” hissəsinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır.Həmin bəndin 8-ci şərtinin 2-ci cümləsinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin qaydaların 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələbinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına,xüsusilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə sadalanan normalara və işin faktiki hallarına uyğun olaraq belə qərara gəlir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» X2 X5 balans və istismarında olan 530 mm diametrli 12 atmosfer təzyiqli «Qaradağ- Sumqayıt» yerüstü magistral qaz kəmərinin Abşeron rayonunun, Quşçuluq massivi, Aşağı- Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, sözügedən magistral qaz kəmərinin 32ci kilometrliyində, magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evi boşaldılaraq cavabdehin hesabına əvəzi ödənilmədən sökülməli, tikinti mal-materiallarının magistral qaz kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 10 manat məbləğində pul cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» X2 X5 balans və istismarında olan 530 mm diametrli 12 atmosfer təzyiqli «Qaradağ-Sumqayıt» yerüstü magistral qaz kəmərinin Abşeron rayonunun, Quşçuluq massivi, Aşağı-Güzdək qəsəbəsi ərazisindən keçən hissəsində, sözügedən magistral qaz kəmərinin 32-ci kilometrliyində, magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evi boşaldılaraq cavabdehin hesabına əvəzi ödənilmədən sökülsün və tikinti mal-materialları magistral qaz kəmərinin mühafizə zonasından çıxarılsın. Ödənilmiş dövlət rüsumu olaraq 10 (on) manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı təşkilata ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN**********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar