Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1548/2021 08.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, X2 kаtibliyi, İddiaçı X11 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh4, Cavabdeh1 iştirakı ilə, İddiaçı X11 Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X11 Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh4 İddiaçı ASCnin xeyrinə 18.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 6032.57 ABŞ dolları əsas, 5101.47 ABŞ dolları faiz, 1769.7 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 18.08.2018ci il tarixdən 19.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 735.05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 13638.79 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh4 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 2 otaqlı, 43.5 kv.m ümumi, 30.2 kv.m yaşayış, 13.3 kv.m yardımçı sahədən ibarət 12 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsində yerləşən, 2 otaqlı, 43.5 kv.m ümumi, 30.2 kv.m yaşayış, 13.3 kv.m yardımçı sahədən ibarət 12 nömrəli evin 2 nömrəli mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh4 məxsus olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X11 Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 18.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 "xxxx" İKB ASC-nin “10 saylı” filialından illik 26%-lə 36 ay müddətinə 11400 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh4 mülkiyyətindəki Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsində yerləşən, 2 otaqlı, 43.5 kv.m ümumi, 30.2 kv.m yaşayış, 13.3 kv.m yardımçı sahədən ibarət 12 nömrəli evin 2 nömrəli mənzili 18.08.2015-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 18.08.2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 19.01.2021-ci il tarixədək Cavabdeh4 18.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 6032.57 ABŞ dolları əsas, 5101.47 ABŞ dolları faiz, 1769.7 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 12903.74 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh4 borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 20.05.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh4 18.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 6032.57 ABŞ dolları əsas, 5101.47 ABŞ dolları faiz, 504.26 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 18.08.2018-ci il tarixdən 20.11.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 75.9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11714.2 ABŞ dolları borcu vardır. 18.08.2015-ci il tarixli kredit müqaviləsinin qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borcalan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh4 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, 18.08.2015-ci il tarixdə "xxxx" İKB ASC ilə bağladığı kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik 26%-lə 36 ay müddətinə 11400 ABŞ dolları kredit verilmişdir. Borcun təminatı olaraq, o, mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsində yerləşən, 2 otaqlı, 43.5 kv.m ümumi, 30.2 kv.m yaşayış, 13.3 kv.m yardımçı sahədən ibarət 12 nömrəli evin 2 nömrəli mənzilini 18.08.2015-ci il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında ipotekaya qoymuşdur. Kredit müqaviləsi üzrə ödənişlərini vaxtlı-vaxtında yerinə yetirsə də, sonradan maddi çətinliyi ucbatından ödənişlərində gecikmələri yaranmışdır. Hazırda, iddiaçı X11 Cəmiyyətinin 18.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 6032.57 ABŞ dolları əsas borcun tutulması hissəsində razıdır, faiz və cərimə borcunun məbləği isə yüksək olduğundan razılaşmır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək digər Cavabdeh4 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Kreditor Nikoyl İKB ASC ilə borcalan Cavabdeh4 arasında bağlanmış 18.08.2015-ci il tarixli 22-G1-1-0-318-15 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana istehlak məqsədi ilə 36 ay müddətinə qaytarmaq, illik faiz dərəcəsi 26 faiz olmaqla 11400 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. -Nikoyl İKB ASC-nin 18.08.2015-ci il tarixli 22-G1-1-0-318-15 saylı kredit müqaviləsinə əlavə olan 1 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh4 18.09.2015-ci il tarixdən 18.08.2018-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 11400 ABŞ dolları, faiz borcuna görə 5135,28 ABŞ dolları olmaqla cəmi 16535,28 ABŞ dolları borcundan hər ay 459.31 ABŞ dolları (sonuncu ay isə 459.43 ABŞ dolları) borcu hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. -Nikoyl İKB ASC-nin 18.08.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh4 Nikoyl İKB ASC-dən kredit müqaviləsi üzrə 11400 ABŞ dolları krediti imza etməklə təhvil almışdır. -Yelobank ASC-nin Cavabdeh4 ünvanladığı 07.07.2020-ci il tarixli 5852 saylı xəbərdarlıqdan görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13.01.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzili Cavabdeh4 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 12 saylı reyestr kitabının 10 saylı vərəqində qeydiyyata alınmışdır. -İpoteka saxlayan Nikoyl İKB ASC ilə ipoteka qoyan və borcalan Cavabdeh4 arasında bağlanmış 18.08.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan 18.08.2015-ci il tarixli 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilini Nikoyl İKB ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndindən görünür ki, ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 30 000 manat məbləğində müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.08.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindan görünür ki, Cavabdeh4 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 12 saylı reyestr kitabının 10 saylı vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzili 18.08.2015-ci il tarixli 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 18.08.2015-ci il tarixdən 18.08.2018-ci il tarixədək olan müddətə Nikoyl İKB ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. -İpoteka saxlayan Yelobank ASC-nin ipoteka qoyan Cavabdeh4 ünvanladığı 27.07.2020-ci il tarixli 5853 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, bank ipoteka qoyana kredit müqaviləsi üzrə borc ödənilmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılması barədə xəbərdarlıq etmişdir. -Yelobank ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı 11.08.2020-ci il tarixli 6822 saylı ərizədən görünür ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş ********** nömrə ilə qeydə alınmış, bildirişin qeydə alınması üçün 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu ödənilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17.08.2015-ci il tarixli arayışdan görünür ki, Cavabdeh4 2014-cü ildən, Cavabdeh3 2014-cü ildən, Cavabdeh1 2015-ci ildən və Cavabdeh2 2015-ci ildən Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. -Yelobank ASC-nin 19.01.20210-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 18.08.2015-ci il tarixli 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə 6032.57 ABŞ dolları əsas, 1769.7 ABŞ dolları cərimə, 18.08.2018-ci il tarixdən 19.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 735.05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 16582.27 ABŞ dolları, kreditin bitmə tarixinə isə 5101.47 ABŞ dolları faiz borcu vardır. -Asan-Sumqayıt tərəfindən verilmiş 23.01.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 14.01.2021-ci il tarixli arayışdan görünür ki, Nağıyev X5 rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 27.03.2015-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 14.01.2021-ci il tarixli arayışdan görünür ki, Nağıyev X6 rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 04.02.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 14.01.2021-ci il tarixli arayışdan görünür ki, Nağıyev X7 rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 02.04.2015-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 14.01.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. -13.01.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -X8 Mərkəzi MMC-nin 12.07.2021-ci il tarixli YD055 saylı arayışından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilinin bazar qiyməti: 37 300 manat; likvid qiyməti: 32 000 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Cavabdeh4 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müyyən olunmuşdur ki, Nikoyl İKB ASC ilə Cavabdeh4 arasında bağlanmış 18.08.2015-ci il tarixli 22-G1-1-0-318- 15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə qaytarmaq, illik faiz dərəcəsi 26 faiz olmaqla 11400 ABŞ dolları kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 18.08.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən borcalan Cavabdeh4 18.08.2015-ci il tarixli 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə banka 6032.57 ABŞ dolları əsas, 5101.47 ABŞ dolları faiz borcunun yaranması öz təsdiqini tapdığından iddia tələbləri bu hissədə əsaslıdır, ona görə də təmin edilməlidir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi nəticəsində iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh4 ödəmələri vaxtında icra etməməsi onlara 1769.7 ABŞ dolları cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə 6032.57 ABŞ dolları əsas borc üzrə hesablanmış 1769.7 ABŞ dolları cərimənin azaldılaraq 50 ABŞ dolları müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Yuxarıda qeyd edildiyi kimi, borcalan Cavabdeh4 18.08.2015-ci il tarixli 22-G1-1-0- 318-15 saylı kredit müqaviləsi üzrə ödəmələri vaxtında icra etməməsi onun üzərinə kredit müqaviləsi üzrə 18.08.2018-ci il tarixdən 19.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 735.05 ABŞ dolları məbləğində əldən çıxmış fayda (cərimə) hesablanması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin Öhdəliklərin icra edilməməsi adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdara faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüquq yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, iddiaçı 18.08.2018-ci il tarixdən 19.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 735.05 ABŞ dolları əldən çıxmış fayda qanuni və əsaslı olduğundan həmin məbləği cavabdehdən tələb edə bilər. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İpoteka haqqında Qanun adlanacaq) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzili Nikyol İKB ASC qarşısında ipoteka ilə yüklü edilmiş və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyərinin tərəflərin qarşılıqlı razılığı ilə 30 000 manat olması müəyyən edilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. İpoteka haqqında Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, iddia tələbində Cavabdeh4 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilinin ilkin satış qiyməti göstərilmədiyindən, tərəflər arasında 18.08.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyərinin 30 000 manat olması və aradan keçən yeddi il müddətində daşınmaz əmlak bazarında kəskin qiymət fərqlərinin olması istisna edilmədiyindən və mübahisəli olduğundan məhkəmə X8 Mərkəzi MMC-nin 12.07.2021-ci il tarixli YD055 saylı arayışına əsasən əmlakın bazar qiymətinin likvid qiyməti 32 000 manat dəyərində müəyyən edilməsinə əsaslanaraq, Cavabdeh4 məxsus mənzilin likvid qiymətinin 32 000 manat müəyyən olunmaqla açıq hərracdan satılması qərarına gəlir. İpoteka haqqında Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh4 qaytarılmalıdır, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ Cavabdeh4 tutulmalıdır. İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzili açıq hərracda çıxarılıb satıldıqdan bir ay sonra mənzildən cavabdehlər çıxarılmalı, mənzil boşaldılaraq alıcıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlərin mülkiyyətdə olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.08.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən mənzil Nikoyl İKB ASC-nin adına ipoteka ilə yüklü edilsə də hazırda da Cavabdeh4 mülkiyyətindədir. Şəxsin istifadə hüququnun itirilməsi tələbi mülkiyyətçinin subyektiv hüququdur. Mülkiyyət hüququ iddiaçıya keçmədiyindən belə bir tələbetmə hüququ ilə çıxış edilə bilməz. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh4 iddiaçı Nikoyl İKB ASC-dən aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış və bununla da kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də X11 Cəmiyyətinin xeyrinə Cavabdeh4 18.08.2015-ci il tarixli 22-G1-1-0-318-15 saylı kredit razılaşması üzrə əsas borca görə 6032.57 ABŞ dolları, faiz borcuna görə 5101.47 ABŞ dolları, cərimə borcuna görə 50 ABŞ dolları və kredit müqaviləsi üzrə 18.08.2018-ci il tarixdən 19.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 735.05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11919.09 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, ipoteka predmetinin satış qiyməti 32000 manat müəyyən edilməli, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 11919.09 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə iddiaçı X11 Cəmiyyətinin xeyrinə ödənilməli, Abşeron rayonu, Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilinə tutma yönəldikdə və o, satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mənzili boşaldaraq mənzildən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda Cavabdeh4 iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının əvəzi Cavabdeh4 tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh4 18.08.2015-ci il tarixli 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6032.57 (altı min otuz iki ABŞ dolları əlli yeddi sent) ABŞ dolları, faiz borcuna görə 5101.47 (beş min yüz bir ABŞ dolları qırx yeddi sent) ABŞ dolları, cərimə borcuna görə 50 (əlli ABŞ dolları) ABŞ dolları, kredit müqaviləsi üzrə 18.08.2018-ci il tarixdən 19.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 735.05 (yeddi yüz otuz beş ABŞ dolları beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11919.09 (on bir min doqquz yüz on doqquz ABŞ dolları doqquz sent) ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 manat (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı) iddiaçı X11 Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilinə tutma yönəldilsin, həmin mənzilin likvid satış qiyməti 32000 (otuz iki min) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 11919.09 (on bir min doqquz yüz on doqquz ABŞ dolları doqquz sent) ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 (altmış) manat iddiaçı X11 Cəmiyyətinin hesabına keçirilsin. Abşeron rayonu Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilinə tutma yönəldikdə və o, satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mənzili boşaldaraq həmin mənzildən çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1548/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1548/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver