Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1557/2021 19.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh İB-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair mülki işə 19 may 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən onun ünvanına qanunsuz olaraq hesablanmış 464 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə bağlanmış müqavilə əsasında iddiaçının yaşadığı ünvana Smartkart tipli qaz sayğacı qoyulmuş, o vaxtdan qaz sayğacını problemsiz istifadə etmişdir. 01.10.2019-cu il tarixdə öz-özünə sayğacda problem əmələ gəlmiş və iddiaçı bununla bağlı Cavabdehın qaynar xəttinə məlumat vermişdir. Qurumun nümayəndələri 03.10.2019-cu il tarixdə gələrək sayğaca baxış keçirdiydən sonra ekranının söndüyünü bildirmiş və onu yenisi ilə əvəz etmişdirlər. Bundan sonra, iddiaçı yeni qoyulan sayğacın kartına pul yüklədiyində məbləğin tamamının karta oturmadığını müşahidə etmişdir. Sonra bununla bağlı əraziyə nəzarət edən qaz idarəsinə müraciət etmişdir. 01.10.2019-cu ildə onun sayğacını yenisi ilə əvəz etdikdən sonra köhnə sayğacını Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Cavabdeh İB Qaz sayğaclarının yoxlanılması mərkəzində Akt №MSK 29/1710-030061 saylı aktla yoxlanılmışdır. Daha sonra Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın hesablanması komissiyası tərəfindən 29.11.2019-cu il tarixli ******* nömrəli akta əsasən 4644 kubmetr dəyərində “Cavabdeh” dəymiş ziyan hesablanmışdır. Bu akt heç bir əsas olmadan və qanunsuz tərtib edilmişdir. Sayğaca baxış keçirərkən onda sadəcə ekranın sönməsi problemi aktda da bildirilmiş və sayğaca heç bir qıraqdan müdaxilə aşkar edilməmişdir. Smartkart tipli sayğaclara kart vasitəsi ilə pul yüklənmədikdə işləmir, iddiaçı karta pul yükləyib qazdan istifadə etdikdə balansda pul qurtaran kimi avtomatik olaraq sayğac özü qazın verilməsini dayandırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o özü məlumat vermişdir. Onlar maraqlanmayıb. Yazılan borc əsassızdır. Özləri dəyişməli və təmir edilməli olan cihazı ona borc yazıblar. Məhkəmə iclasında Cavabdeh İB-in nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan 29.11.2019-cu il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanındakı evə aid qaz sayğacına (abonent kodu: **********10460) baxış keçirilən zaman sayğacın elementinin bitməsi aşkar edilmiş və müvəqqəti element quraşdırılmışdır. İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçının adına olan köhnə sayğacın yoxlanılması zamanı iddiaçının iştirakı təmin edilməmişdir və birtərəfli akt tərtib edilmişdir. Sayğacın yenilənməsinin iddiaçının təqsiri ucbatından olması isə cavabdeh tərəfindən sübut edilməmişdir. Bu halda sayğacın yenilənməsi cavabdehin şəxsi vəsaiti hesabına həyata keçirilməlidir.Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının adına hesablanmış cərimə qanunsuzdur və ləğv edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə (abonent kodu: **********10460) dair 29.11.2019-cu il tarixli, ******* saylı akta əsasən hesablanmış 464 manat cərimə borcu silinməlidir. İddia təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə (abonent kodu: **********10460) dair 29.11.2019-cu il tarixli, ******* saylı akta əsasən hesablanmış 464 manat cərimə borcu silinsin. Cavabdeh İB –dən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1557/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1557/2021
19.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver