Məhkəmə qərarları › İş №2(012)-1557/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1557/2024

06.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1557/2024 06.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi qəyyumu Qanuni nümayəndə iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-3196 nömrəli şəhadətnamənin qardaşım Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi qəyyumu Qanuni nümayəndə ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-513/2023 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 72 №-li sərəncamı ilə onun qəyyumu təyin edilmişdir. Ərizəyə əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-29/2-Ə-116/3-091/2023 saylı məktubundan da göründüyü kimi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən (0,09 ha) torpaq sahəsinin üzərində mülkiyyət hüququ olan xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi payına düşən hissəsinin, onun qanuni mənafeyini nəzərə almaqla, onun tərəfindən bağışlanmasına və alqı-satqısına komissiya tərəfindən razılıq verilmişdir. O, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin üzərində Ərizəçi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-3196 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, qeydiyyat vəsiqəsində hüquq sahibi “X3” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə müvafiq olaraq “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Hüquq sahibinin ad, soyad və ata adına dəyişiklik və düzəlişlərin aparılması idarənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də məhkəməyə müraciət etməkləri məqsədəmüvafiqdir. Əlavə olaraq, ərizəyə əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan da göründüyü kimi həqiqətən torpağın mülkiyyətə verilməsinə dair 3196 saylı Şəhadətnamədə Ərizəçi əvəzinə X3 yazılmışdır. Göstərilən hallara görə o ərizəçinin qəyyumu olaraq Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN- 3196 nömrəli şəhadətnamənin qardaşı Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi qonşusudur. Təxminən 30 ilə yaxındır ki, qonşudurlar. O vaxt soyadlarda fərqlilik olurdu. Ərizəçi soyadı Ələkbərovdur. Ailənin sonuncu övladıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi qaynının həyat yoldaşıdır. Ərizəçi soyadı Ələkbərovdur. Babalarının adı Seyfulla olduğuna görə bəzilərinin soyadı Ələkbərovdur, bəzilərinin soyadı isə Seyfullayevdir. Ailənin sonuncu övladıdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -xx.xx.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-3196 saylı 30800086 kod nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli, 3M- 708 saylı alqı-satqı müqaviləsi ilə verilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsi Abşeron rayonu Saray qəsəbə sakini X1 mülkiyyətinə verilmiş və bu barədə 3842 nömrə ilə qeydiyyat aparılmışdır. -Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 72 saylı sərəncamının surətindən görünür ki, vətəndaş Qanuni nümayəndə Abşeron Rayon İcra Hakimiyyətinə (RİH) ərizə ilə müraciət edərək, qardaşı Ərizəçi qəyyum təyin olunmasını xahiş etmişdir. Müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1964-cü il təvəllüdlüdür. O, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-513/2023 nömrəli Qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Qanuni nümayəndə xx.xx.1957-ci il təvəllüdlüdür, əqli və fiziki cəhətdən sağlamdır. Qəyyumun hüquq və vəzifələri ona izah edilmişdir. 1) Qanuni nümayəndə xx.xx.1964-cü il təvəllüdlü qardaşı Ərizəçi qəyyum təyin edilməsi, 2) Qəyyumluğa götürülən Ərizəçi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, həmçinin onun saxlanmasına nəzarət RİH başçısı Aparatının Qəyyumluq və Himayə Komissiyasına həvalə olunması, 3) Sərəncamın surətlərinin aidiyyəti üzrə çatdırılması sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılması qərara alınmışdır. -Saray qəsəbə İnzibati Ərazi Dairəsinin xx.xx.2023-cü il tarixli, 1457 saylı arayışından görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair 3196 saylı şəhadətnamədə Ərizəçi əvəzinə X3 yazılmışdır. - Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-29/2-Ə-116/3-091/2023 saylı məktubunun surətindən görünür ki, vətəndaş X2 Abşeron Rayon İcra Hakimiyyətinə etdiyi müraciətə, Abşeron Rayon icra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasında baxılmışdır. Komissiya, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən (0.09 h) torpaq sahəsinin üzərində mülkiyyət hüququ olan, xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi payına düşən hissənin, onun qanuni mənafeyini nəzərə almaqla, qəyyumu X2 tərəfindən bağışlanmasına və alqı-satqısına razılıq verir. - Ərizəçi tərəfindən yazılan və notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, **********515 saylı ərizənin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, JN 3196 , KOD 30800086 olan 0.09 ha torpaq sahəsinə Elektron baza-məlumatlarında mövcud olan koordinatlara əsasən Çıxarış və Plan-Ölçü (Texniki Pasport) verilməsinə heç bir etirazı yoxdur.Razıdır. - Qanuni nümayəndə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə yazılmış ərizədən görünür ki, qardaşı Ərizəçi Abşeron Rayon Məhkəməsinin 2(012)-513/2023 saylı qətnaməsi ilə fəaliyyət qailiyyəti olmayan şəxs hesab edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısıın xx.xx.2023-cü il tarixli sərəncamı ilə o onun qəyyumu təyin edilmişdir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsi qardaşı Ərizəçi məxsusdur.Torpağa mülkiyyət hüququna dair JN-31 96 nömrəli dövlət aktında yanlışlıqla hüquq sahibinin adı “Ərizəçi” olduğu halda “X3” kimi qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq JN-3196 nömrəli dövlət aktında olan yanlışlığın aradan qaldırılmasını xahiş etmişdir. - 4 saylı Abşeron Ərazi İdarəsinin Ərizəçi göndərilmiş xx.xx.2023-cü il tarixli, 3/21332/1-12387 saylı bildirişindən görünür ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-3196 nömrəli dövlət aktında göstərilən hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu, aşkar edilmişdir. Belə ki, qeydiyyat vəsiqəsində hüquq sahibi “X6” göstərildiyi halda şəxsiyyət vəsiqəsini təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Hüquq sahibinin ad, soyad və ata adına dəyişiklik və düzəlişlərin apaniması idarənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən məhkəməyə müraciət etmək məqsədə müvafiq hesab olunur. Həmçinin sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə onun tərəfindən şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. - AZE seriyalı №******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə doğulmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş Ərizəçi adına verilmiş şəxsiyyət vəsiqəsini və digər sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin göstərdiyi və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, xx.xx.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-3196 saylı, 30800086 kod nömrəli şəhadətnaməyə əsasən, Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli, 3M-708 saylı alqı-satqı müqaviləsi ilə verilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinin mülkiyyətçisi qismində Abşeron rayonu, Saray qəsəbə sakini “X3” qeyd edildiyi halda, həmin şəxsin adı xx.xx.2015-ci il tarixli, AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən, “Ərizəçi” kimi qeyd edilmişdir. Bu isə “X3”nun “Ərizəçi” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda, şahid ifadələri ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli, 3M-708 saylı alqı-satqı müqaviləsi ilə verilmiş “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-3196 saylı, 30800086 kod nömrəli, xx.xx.2004-cü il tarixli şəhadətnamədə göstərilən “X3”nun “Ərizəçi” ilə eyni şəxs olması öz təsdiqini tapdığından həmin şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin:

76. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 307.2.11. maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.

308. maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

“Torpağın mülkiyyətə verilməsi”nə dair JN-3196 saylı, 30800086 kod nömrəli, xx.xx.2004-cü il tarixli şəhadətnamənin Asan-Sumqayıt tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar