Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1566/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun qızı - xx.xx.1999-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdi ki, onun qızı - xx.xx.1999-cu il təvəllüdlü X5 ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsizdir, 1-ci dərəcəli əlildir, daim kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı vardır. Çox ağır əqli gerilik, çox ağır əqli gerilik, (oloqafreniyanın idiotiya dərəcəsi) daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları ilə. Daima kənar şəxsin qulluğuna ehtiyacın olması. İQ 20%-dən aşağı (enurez, enkoprez), Çox ağır əqli gerilik, çox ağır əqli gerilik (oloqafreniyanın idotiya dərəcəsi) daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları ilə. Daima kənar şəxsin qulluğuna ehtiyacın olması. İQ 20%-dən aşağı qeyri-üzvi mənşəli enkoprez, enkoprez qeyri-üzvi mənşəli enurez, enurez. xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik səbəbindən qızı hərəkətlərini idarə edə bilmir. Buna görə də qızını nəzarətsiz qoymaq mümkün deyildir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi qızı X5 ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsizdir, İ dərəcəli əlildir. Özünü idarə edə bilməyən övladına o, baxmaq məcburiyyətindədir və övladının bütün əziyyətlərini o, çəkir. Onun qızı əqli qüsurlu olduğu üçün sənədləşmə işi lazım olduqda, sənədlərə imza ata bilmir, bu da bir sıra çətinliklər yaradır. Hazırda övladı X2 məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 məhkəmədə izahatında xx.xx.1999-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə etiraz etmədiklərini bildirdi. İş materiallarında olan AA7249383 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1999-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Abşeron rayon VVAQ şöbəsi tərəfindən verilmiş İ-AZ № 087153 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 31 oktyabr 1999-cu ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur. X1, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 984 saylı rəyindən görünür ki, X3 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə valideynləri qohum olmaqla əmiqızı-əmioğlu olması, doğuş travması ilə anadan olması, erkən psixi inkişafda yaşıdlarına nəzərən geri qalması, nitqi zəif inkişaf etməsi, qeyri-aydın olmaqla təkbir sözlərdən ibarət olması, psixi vəziyyəti ilə əlaqədar Bakı şəhər Uşaq Nevroloji Xəstəxanasında, Sumqayıt Psixiatriya Xəstəxanasında müalicələrdə olması, əqli gerilik və davranış pozuntularının biruzə verməsi, narahatlığı, əsəbiliyi, fizioloji ifrazatları ilə natəmiz olması, AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışında göstərilir ki, X5 xx.xx.2017-ci il tarixdə müayinə edilərək “Çox ağır əqli gerilik. (otoqafreniyanın idtotiya dərəcəsi) Daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları ilə. Daima kənar şəxsin qulluğuna ehtiyacın olması. İQ 20%-dən aşağı. (enurez, enkoporez) Çox ağır əqli gerilik. (oliqofreniyanın idiotiya dərəcəsi) Daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları ilə. Daima kənar şəxsin qulluğuna ehtiyacın olması. İQ 20%-dən aşağı. Qeyri-üzvi mənşəli enkoprez, enkoprez. Qeyri-üzvi mənşəli enurez, enurez” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, göstərilənlərlə əlaqədar yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə ona təyin edilmiş sakitləşdirici dərmanları qəbul etməsi, bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin zəif inkişaf etməsi, ağır dərəcəli nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin büruzə verməsi və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1999-cu il təvəllüdlü X5 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? 2-ci sual: xx.xx.1999-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan həsab oluna bilərmi? 1-ci və 2-ci suallara cavab: X3 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X5 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X5 onda müəyyən Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 31 oktyabr 1999-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Belə ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 984 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.7-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 31 oktyabr 1999-cu il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1566/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1566/2025
02.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver