Məhkəmə qərarları › İş №2(012)-1572/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1572/2022

11.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1572/2022 11.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, X6 və X1 qanuni nümayəndəsi Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və X1 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və X6 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin mülkiyyətə məsinə dair JN - 269A nömrəli şəhadətnamənin (KOD ********) Ərizəçi1, X5, Ərizəçi4 və X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi1 məhkəmə iclasında izahatında bildirdi ki, onun və digər ailə üzvlərinin adına Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN - 269A nömrəli şəhadətnamənin (KOD ********) verilmişdir. Lakin həmin dövlət aktında yanlış olaraq onun adı X9, X4 adı X3, X12 adı X10, X1 adı X8 yazılmışdır. Ərizəçi olaraq həmin torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etmiş, müraciətə cavab olaraq bildirilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, müraciətə əlavə edilmiş JN-269A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin ata adları və adları ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən soyad və ad arasında fərq olduğu aşkar edilmiş, şəhadətnamədə hüquq sahibinlərinin adı “X20”, “X11”, “X22”, “X17” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənədlərdə “Ərizəçi1”, “X7”, “X16” və “X6” kimi qeyd edilmiş, ona görə də müraciətin təmin edilməsindən imtina edilmişdir. Abşeron Rayon icra Hakimiyyəti Başçısının Novxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışda da şəhadətnamədə göstərilən ata adının və adın səhv qeyd edildiyi öz təsdiqini tapmışdır. JN - 269A nömrəli torpağın mülkiyyət verilməsinə dair dövlət aktının (KOD ********) onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən o, ərizəsinin təmin edilməsini xahiş etdi. Digər ərizəçilər Ərizəçi2, Ərizəçi4, X6 və X1 qanuni nümayəndəsi Ərizəçi3 məhkəmə iclasında Ərizəçi1 izahatına uyğun izahat verdilər. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən edilir ərizəçilər Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinin tələbinə əməl etmədən,birbaşa məhkəməyə müraciət etmişlər.Ona görə də yuxarıda qeyd olunan qnunvericiliyin tələbinə görə ərizəçilər ilk olaraq lazımi sənədləri ala bilmək üçün hüquq müəyyənedici sənədi verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hazırkı hüquqi varisi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sənəddə olan səhvlərin aradan qaldıraraq yeni sənədin verilməsi, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsi barədə müraciət etməli, həmin orqan tərəfindən sənəddə olan səhvlərin aradan qaldıraraq yeni sənədin verilməsindən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsindən imtinasını aldıqdan sonra məhkəməyə müraciət etməlidirlər. Lakin, iş materiallarında ərizəçilər tərəfindən lazımi sənədləri ala bilmək üçün hüquq müəyyənedici sənədi verən orqana müraciətin və müvafiq cavabın alınması barədə heç bir sübut mövcud deyildir. Belə olan halda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və X1 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar