Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1574/2022 16.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Təbii X8nın pozulması haqqında 30.12.2020-ci il tarixli ******* saylı akt əsasında 26568 m3 qazın dəyəri olan 2656.80 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Abşeron rayonu Qobu qəsəbəsində yaşayır. Abşeron rayon qaz istismar sahəsinin əməkdaşları yaşadığı ünvana onun və ailəsinin atasının vəfatı ilə əlaqədar olaraq evdə olmadığından istifadə edərək 30.12.2020-ci il tarixdə qaz sayğacına baxış keçirdikləri zaman ona məlumat vermədən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə qaydalarını əsas tutaraq 30.12.2020-ci il tarixdə akt tərtib etmiş, 26568 m3 qazın dəyərinin pulunu yəni 2656.80 manat cərimə etmiş, həmin akt ona təqdim edilmədən bu barədə məlumat da verilməmişdir. Həmin akta əsasən, 29.01.2021-ci il tarixli ******* saylı akta əsasən Smart G-4 İtron Diafraqma markalı sayğaca baxış keçirilmədən divar sayı nömrəsi 2810 nömrəli sayğacın yerinə 2148 nömrəli sayğaca baxış keçirilmiş və cərimə ona tətbiq edilmişdir. Buna cavab olaraq bildirir ki, o, qaz sayğacına heç bir müdaxilə etməmiş, qeyriqanuni qoşulma olmamış və onunla Azəriqaz İB arasında bu məsuliyyəti üzərinə götürəcək heç bir anlaşma və müqavilə imzalanmamışdır. Sayğac onun mənzilinin əhatəsi xaricində olduğundan o, qaz sayğacının məsuliyyətini üzərinə almaq hüququ yoxdur. Azəriqaz İB-nin əməkdaşları qərəzli olaraq başqasının xətasını ona akt tətbiq edərək cərimə etmişlər və bu, fotoqraflarda da öz əksini tapmışdır. Tərtib olunmuş akt 2020-ci il tarixdə təsdiq olunsa da, 2021-ci ildə onun sayğaca pul köçürmələrindən borca pul çıxılmağa başlanılmışdır. O, bu barədə Azəriqaz İB-yə müraciət etmiş və ona tərtib olumuş aktın başqa şəxs barəsində tərtib edilməli olduğu, lakin səhvən onun adına yazıldığı qeyd olunmuşdur. Azəriqaz İB-nin əməkdaşlarının tərtib etdiyi İnventar Aktına əsasən borcun silinməsi barədə Azəriqaz İB-nin müafiq idarəsinə müraciət etmiş, oradan isə bildirilmişdir ki, həqiqətən qeyri-qanuni qoşulma onun tərəfindən olmamış, səhv olunaraq Akt tərtib olunmuş, həqiqətən Aktda olan sayğac və nömrəsi ona aid deyildir. Lakin borcu silə bilməyəcəklər, bu səbəbdən də ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X7 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı «cərimənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş 30.12.2020-ci il tarixli, ******* saylı akta əsasən 26568 m3 qazın dəyəri olan 2656.80 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********04110 saylı abonent kodu verilmiş ünvanda təbii X8na riayət olunması vəziyyətinin yoxlanılmasına baxış keçirilən zaman gecə saatlarında sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Aşkar olunmuş qanunazidd fakt dərhal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Gecə saatlarında çəkilmiş fotoşəkilin üzərində koordinatlar və tarix qeyd olunmuşdur. Bu qanunazidd hərəkət nəticəsində Cavabdehnə böyük məbləğdə ziyan dəymişdir. Həmçinin, iddiaçının iddia ərizəsinə qoşma etdiyi özü tərəfindən çəkilmiş fotoşəkilin Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillə eynilik təşkil etdiyi açıq-aşkar görünür. Yuxarıda qeyd olunmuş qanunazidd faktla bağlı 30.12.2020-ci il tarixli, ******* saylı “Təbii X8nın pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. 30.12.2020-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 26568 m3 təşkil etmişdir. Hesablanmış 2656,80 manat dəymiş ziyan 2020-ci ilin dekabr ayından abonentin koduna yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X8”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı bir hüquqi əsası yoxdur. **********04110 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Tərtib olunmuş cərimənin iddiaçıya deyil, başqa şəxsə məxsus olduğunu göstərən inventar aktı ilə bağlı onu deyə bilər ki, həmin akt sübut kimi qəbul edilməməlidir. Bəli həmin Akt Azəriqaz İB-nin nümayəndələri tərəfindən tərtib olunmuşdur, lakin akt sübut deyildir. İş materiallarında olan şəkillər fərqli olsa da hesab edir ki, həmin şəkillər abonentə məxsusdur. O, güman edir ki, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə etmiş, bu səbəbdən də ona cərimə hesablanmışdır. Onda olan məlumata görə, abonent ödənişlər etdiyi üçün inventar aktına əsasən cərimə məbləğinin silinməsi mümkün olmamışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Mülki Prosessual Məcəllənin: 4.1 maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.11.2012-ci il tarixli RX seriyalı 00737798 saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 339 saylı reyestr kitabının 31 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********46 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Təbii X8nın pozulması haqqında 30.12.2020-ci tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman **********04110 nömrəli abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmış, akt abonent tərəfindən imza edilməkdən imtina edilmişdir. -Azəriqaz İB-nin nümayəndələri S.Baxşiyevin, E.Abasovun, R.Mustafayevin imzaları ilə təsdiq edilmiş 30.12.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyindən təbii qaz təchizatı dayandırılmış, akt istehlakçı tərəfindən imza edilməkdən imtina edilmişdir. -Azəriqaz İB-nin 30.12.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 26568 m3 ödənilməsi, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Əsas olaraq 30.12.2020-ci tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********04110 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu Qobu qəsəbəsi ünvanında 16.01.2017-ci il tarixdə Smart G-4 İtron Diafraqma tipli 1602AZ**********08 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), aktlara əsasən hesablanmış abonentin 2021-ci ilə aid olan borcu 2656.80 manat göstərilmişdir. -Gasrep GPG16062408 smart sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********04110 olan, İddiaçı adına olan sayğaca görə yükləmələr və tutulmalara əsasən müəyyən edilmişdir ki, abonent 23.01.2017-ci il tarixdən etibarən sayğaca pul yükləmiş və borca görə tutulmalar 11.11.2021-ci il tarixdən başlanmaqla 6.75 manat, 27.12.2021-ci il tarixdə 9 manat, 21.01.2022-ci il tarixdə 18 manat, 14.02.2022-ci il tarixdə 6 manat olmaqla tutulmuşdur. -Azəriqaz İB-nin nümayəndələri R.Babazadənin, Ç.Abbasovun və İddiaçı imzaları ilə təsdiq edilmiş 30.12.2021-ci il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, mənzilə baxış keçirilən zaman sayğacdan kənar istifadə edilmədiyi, akta tikilən şəklin abonent kodu **********11360 olan X2 məxsus olması müəyyən edilmişdir. -Gədəbəy RPŞ tərəfindən verilmiş 12.10.2012-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy şəhəri Pərizamanlı kəndində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X8 ilə tənzimlənir. X8 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X8»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). X10 tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb birbaşa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «X8»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. İş tədqiq edilmiş materiallarından və cavabdehin nümayəndəsinin izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə 30.12.2020-ci tarixli ******* saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 2656.80 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii X8nın pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş 30.12.2020-ci tarixli ******* saylı aktı sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, 30.12.2020-ci tarixli ******* saylı akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, X3 nümayəndələri tərəfindən istehlakçı barəsində 30.12.2020-ci tarixli ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə, həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, 30.12.2020-ci tarixli ******* saylı aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, 30.12.2020-ci tarixli ******* saylı aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də Azəriqaz İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş Təbii X8nın pozulması haqqında 30.12.2020-ci tarixli ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Məhkəmə, mülki iş materiallarına əlavə olunmuş, sayğacların əks olunduğu ayrıayrılıqda olan 2 (iki) ədəd fotoşəkillərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı barəsində yanlışlıqla tərtib olunmaqla cərimə hesablanması ilə nəticələnmiş inventar aktından göründüyü kimi, həmin akta tikilmiş fotoşəkildə əks olunmuş sayğacın abonent X2 məxsus olması araşdırma zamanı öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 2-ci şəkildə əks olunmuş sayğacın isə abonentə məxsus olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, bununla bağlı sübutetmə yükü daşıyan cavabdeh istinad etdiyi həmin halı, yəni sayğacın həqiqətən də iddiaçıya məxsus olmasını sübuta yetirilə bilməmişdir. Bu səbəbdən də, məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş fotoşəkli əsas sübut növü kimi nəzərə almır. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş təbii X8nın pozulması haqqında 30.12.2020-ci tarixli ******* saylı akt ilə Gasrep saldosunu paralel şəkildə qiymətləndirib hesab edir ki, abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi 2020-ci ildə aşkar edilməklə 30.12.2020-ci tarixli ******* saylı akt əsasında tərtib edilmiş tələbnamə əsasında 2656.80 manat borc hesablandığı halda, iddiaçı barəsində təqdim edilmiş Gasrep saldosuna əsasən isə abonent barəsində borca görə tutulmaların 11.11.2021-ci il tarixdən başlayaraq tutulduğu müəyyən edilmişdir. Eyni zamanda, mülki iş materiallarına əlavə olunmuş Azəriqaz İB-nin nümayəndələri ilə abonent İddiaçı iştirakı ilə tərtib edilmiş 30.12.2021-ci il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktına əsasən, mənzilə baxış keçirilən zaman sayğacdan kənar istifadə edilmədiyi, akta tikilən şəklin abonent kodu **********11360 olan X2 məxsus olması təsdiq olunmuşdur. Beləliklə, məhkəmə həmin inventar aktını əsas sübut növü kimi qiymətləndirir və hesab edir ki, həmin aktı inkar edəcək faktlar cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmadığından, eyni zamanda, məhkəmə iclasında cavabdehin nümayəndəsi sözügedən sayğacın həqiqətən də iddiaçıya məxsus olduğunu sübuta yetirə bilmədiyindən, inventar aktı əsasında başqa şəxs barəsində hesablanmalı olduğu halda, yanlışlıqla iddiaçıya hesablanmış cərimənin silinməsinə dair iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. X6 tərəfindən əsassız olaraq hesablanmış 2656.80 (iki min altı yüz əlli altı manat səksən qəpik) manat borc abonent kodu **********04110 olan İddiaçı məxsus abunə hesabından silinsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1574/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1574/2022
16.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver