Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1578/2021 04.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Səfiyeva Cəmilə İbrahim qızı İddiaçı Yusibov Anar Sadıq oğlunun cavabdeh CavabdehMMC-yə qarşı “razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və ödəniləcək aylıq müavinətin geri qayatrılması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Yusibov Anar Sadıq oğlu cavabdeh CavabdehMMC-yə qarşı “razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və ödəniləcək aylıq müavinətin geri qayatrılması tələbi ilə məhkəməyə müraciət edərək tərəflər arasında razılaşma müqaviləsinə əsasən aylıq müavinətinin minimum əmək haqqı məbləğinin 100 faiz miqdarında aybaay birdəfəlik müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirib hesab edirəm ki, MPM-nin iddianın yolverməzliyinə görə MPM-nin 153.2.2 maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin adı ilə xahiş etdi hissəsi uyğunluq təşkil etməsə də, ərizənin məzmunundan və iddiaçının xahişindən göründüyü kimi iddiaçı 1-ci qrup əlil kimi bunda təqsirli hesab etdiyi cavabdehdən aylıq müavinətinin minimum əmək haqqı məbləğinin 100 faiz miqdarında aybaay birdəfəlik müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin materiallarında olan Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-3105/2020 saylı qətnaməsindən müəyyən edilir ki, iddiaçı Yusibov Anar Sadıq oğlu cavabdeh CavabdehMMC-ə qarşı sağlamlığa vurulan zərərə görə aylıq ödənclərin müəyyən edilib ödənilməsi iddia tələbində həmçinin minimum əmək haqqı məbləğinin 100 faiz miqdarında aylıq müavinətin müəyyən edilməsi barədə də qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Qeyd edilən qətnamə ilə iddia tələbi təmin edilməmişdir. İş materiallarından göründüyü kimi iddiaçı yenidən eyni iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Yusibov Anar Sadıq oğlunun cavabdeh CavabdehMMC-yə qarşı “razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və ödəniləcək aylıq müavinətin geri qayatrılması” tələbi iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 153.2.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Yusibov Anar Sadıq oğlunun cavabdeh CavabdehMMC-yə qarşı “razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və ödəniləcək aylıq müavinətin geri qayatrılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1578/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1578/2021
04.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver